Kiçik Kəpənək — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd.[2][3][4]
Kənd | |
Kiçik Kəpənək | |
---|---|
40°46′ şm. e. 44°00′ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Şörəyel mahalı]] |
Rayon | [[Düzkənd rayonu]] |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rayon mərkəzindən 11 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində[5] qeyd edilmişdir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur.Erm. SSR AS RH-nin 7.Xll.1945-ci il fərmanı ilə adı dəyişdirilib Hovit qoyulmuşdur.
Toponim qədim türk dilində "yapınçı" mənasında işlənən kəpənək sözündən[6] əmələ gələn kəpənəkçi etnonimi[7] əsasında əmələ gəlmişdir (etnonimin tərkibində -çi şəkilçisi toponim yaradıcılığında ixtisar edilib). "Kiçik" fərqləndirici əlamət bildirir. Etnotoponimidir. Quruluşca mürəkkəb toponimdir.
1878-ci ildə əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir[8] 1945-ci ildə kənd ermənicə Hovit adlandırılmışdır. XIX əsrin 40-cı illərində Böyük Kəpənəkçi kəndindən yaranmış məntəqədir.[9]