lao
laoslu
OBASTAN VİKİ
Laolar
Laolar və ya laoslular (laos ລາວ) — Cənub-Şərqi Asiyada tay etnik qrupu. Laosun əsas əhalisidir. Laosda, Tailandda, Çində, Vyetnamda, Kambocada və Myanmada laoların etnoqrafik qrupları yaşayır. Laos dilində danışırlar. Dinləri buddizmdir. Laoların əcdadları Hind-Çin ərazisinə b.e. ilk əsrlərində Şərqi Asiyadan gəlmişlər. XIV əsrdə Lansanq feodal dövlətini yaratmışdılar. Əsas məşğuliyyətləri çəltikçilik və bağçılıqdır, toxuculuq və ipəkçilik də inkişaf etmişdir.