Laolar


Laolar və ya laoslular (laos ລາວ) — Cənub-Şərqi Asiyada tay etnik qrupu. Laosun əsas əhalisidir. Laosda, Tailandda, Çində, Vyetnamda, KambocadaMyanmada laoların etnoqrafik qrupları yaşayır. Laos dilində danışırlar. Dinləri buddizmdir. Laoların əcdadları Hind-Çin ərazisinə b.e. ilk əsrlərində Şərqi Asiyadan gəlmişlər. XIV əsrdə Lansanq feodal dövlətini yaratmışdılar. Əsas məşğuliyyətləri çəltikçilik və bağçılıqdır, toxuculuq və ipəkçilik də inkişaf etmişdir.[1]

Laolar
  1. Лаолар // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VI ҹилд: КубаМисир. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1982. С. 153.