Maharaştra
Maharaştra (marathi dilində:महाराष्ट्र, ingilis dilində:Maharashtra) — Hindistanın mərkəzi hissəsində ştat. Əhalisi 112 372 972 nəfər (2011). Paytaxtı və ən iri şəhəri Mumbay (əvvəlki adı Bombey), ən geniş yayılmış dillər - marathi və ingilis dilləri. Əhalisinin sayına görə Hindistanın ikinci, ərazisinə görə üçüncü ştatı.
Ştatın adı sanskrit dilində Maha (böyük) və Rashtra (ölkə) yaranmışdır, "böyük ölkə" mənasında izah olunur.
== Coğrafiyası ==
Ştatın ərazisi- 307 713 km²-dir. Maharaştra Qucarat, Madhya-Pradeş, Çhattisqarh, Telanqana və Qoa ştatları ilə həmsərhəddir, qərbdə ştat Ərəbistan dənizi ilə əhatə olunmuşdur. Maharaştra ilə Qucarat arasında Dadra və Naqar-Haveli ittifaqının ərazisi yerləşir. Qərbi Qhat dağı sahil buyunca ştatın şimalından cənubuna doğru uzanır və orta yüksəkliyi 1200 m.-ə çatır. Ştatın ən hündür nöqtəsi Əhmədnaqar dairəsinin Nasik şəhəri yaxınlığında yerləşən Kalbusay zirvəsidir(1646 m).