Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Maharaştra (marathi dilində:महाराष्ट्र, ingilis dilində:Maharashtra) — Hindistanın mərkəzi hissəsində ştat. Əhalisi 112 372 972 nəfər (2011). Paytaxtı və ən iri şəhəri Mumbay (əvvəlki adı Bombey), ən geniş yayılmış dillər - marathi və ingilis dilləri. Əhalisinin sayına görə Hindistanın ikinci, ərazisinə görə üçüncü ştatı.
Maharaştra | |
---|---|
महाराष्ट्र | |
18°58′12″ şm. e. 72°49′12″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1 may 1960 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Digər | |
maharashtra.gov.in/1125/… | |
Vikianbarda əlaqəli mediafayllar |
Ştatın adı sanskrit dilində Maha (böyük) və Rashtra (ölkə) yaranmışdır, "böyük ölkə" mənasında izah olunur.
Ştatın ərazisi- 307 713 km²-dir. Maharaştra Qucarat, Madhya-Pradeş, Çhattisqarh, Telanqana və Qoa ştatları ilə həmsərhəddir, qərbdə ştat Ərəbistan dənizi ilə əhatə olunmuşdur. Maharaştra ilə Qucarat arasında Dadra və Naqar-Haveli ittifaqının ərazisi yerləşir. Qərbi Qhat dağı sahil buyunca ştatın şimalından cənubuna doğru uzanır və orta yüksəkliyi 1200 m.-ə çatır. Ştatın ən hündür nöqtəsi Əhmədnaqar dairəsinin Nasik şəhəri yaxınlığında yerləşən Kalbusay zirvəsidir(1646 m). Qhat dağ silsiləsindən qərbdə sahilboyu ərazidə eni 50–80 km olan Konkan düzənliyi, Qhat dağından şərqdə isə Dekan yaylası yerləşir.
Maharaştranın iqlimi may ayının əvvəllərindən iyunun əvvəllərinədək davam edən tropik mussonlarla müşayət olunan isti yay dövründən və iyundan oktyabra qədər davam edən musson mövsümü ilə səciyyələnir. Ən çox yağıntı Qhat dağlarının qərb yamaclarının və sahilboyu düzənliklərin payına düşür. Yaylanın daxili rayonlarında daha quru iqlim üstünlük təşkil edir.
VIII əsrdən 973-cü ilədək bu ərazi Raştrakutlar dövlətinin tərkibinə daxil olmuşdur. 973-cü ildən bu ərazidə Çalukya sülaləsi tərəfindən idarə olunan dövlət, 1189-cu ildən isə Yadovlar dövləti yaranmışdır. 1317-ci ildə Dehli sultanlığının qoşunlarının hücumları nəticəsində Yadovlar dövlətinə son qoyulmuşdur.
XX əsrin əvvəllərində müasir Maharaştra ərazisində Bombey, Heydərabad və Mərkəzi əyalətlərin bir hissəsi yerləşirdi. Bombeyin ərazisi Maharaştranın bütün ərazisinə yayıldıqdan sonra 1961-ci ildə bu ərazi dil əlamətlərinə əsasən Qucarat və Maharaştra ştatlarına bölündü.
Ən yeni dövrdə Maharaştra ştatında dəfələrlə hinduizm ardıcılları ilə müsəlmanlar arasında silahlı toqquşmalar baş vermiş, bundan başqa, burada dəfələrlə xarici müəssisələrə qarşı terror aktları törədilmişdir.
2011-ci ilin siyahıyaalınmasına əsasən ştatın əhalisi 112 372 972 nəfərdir. Bu göstəriciyə görə Maharaştra dünyada ən çox əhali məskunlaşan inzibati ərazi bölgüsüdür. Əhalinin sıxlığı hər kv². km.-ə 365,19 nəfər təşkil edir. Şəhər əhalisi ştatın bütün əhalisinin 42,4 %-ni təşkil edir. Əhalinin savadlılıq səviyyəsi - 77,27 % (kişilər - 86,2 % və qadınlar - 67,5 %). Ştatın rəsmi dili marathi dilidir, 2011-ci ilin siyahıyaalınmasına görə bu dil ştatın əhalisinin 68,89 %-nin ana dilidir. Bundan başqa, hind dili (11,04 %), urdu (7,13 %), qucarat (2,39 %), kannada (2,38 %), ingilis və s. dillər və dialektlər yayılmışdır.