Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Peysər
Peysər və ya bəzən boyunardı – boynun arxa tərəfi. == Etimologiyası == "Peysər" farsmənşəli sözdür, "پس سر‎" (hərf. başın arxası) sözlərindən gəlmişdir. == Təbiətdə == Məməlilərin bir çox növündə peysərdə dərinin sərbəst, qeyri-həssas hissəsi yerləşir. Analar balalarını daşımaq üçün onları bu yerdən ağıza alırlar. Bu, balanın daşınarkən hərəkətsiz qalmasına şərait yaradır. Pişiklər cütləşərkən erkək fərd dişi fərdin hərəkətini məhdudlaşdırmaq üçün onun peysərindən dişləyir. == Mədəniyyətdə == Ənənəvi Yaponiya mədəniyyətində peysər (項, unaci) qadınlar tərəfindən paltarla örtülməyən azsaylı bədən hissələrindən biridir. Qadının peysəri bir çox yapon kişi üçün qadının cazibədar bölgələrindən biri hesab olunur. Livan və Misir mədəniyyətlərində şəxsin peysərinə əllə vurmaq ağır təhqir hesab olunur. Müasir Azərbaycan dilində isə "peysər" vulqar söz kimi işlədilir.
Pensər
Pensər — Azərbaycan Respublikasının Astara rayonunun Pensər kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Pensər kənd adının tərkibindəki penə sözü talış dilindəki "yuxarı" və sə "baş", "hündür" sözlərindəndir (Yuxarıbaş kəndi). == Tarixi == Kəndin qədim adı Butəsərdir. Şeyx Zahid Gilani Astaranın Butəsər (indiki Pensər) kəndində XIII əsrin sufi alimi Seyid Cəmallədindən dərs almışdır. Cəmallədin Gilani 1253-cü il noyabrın 28-də vəfat etmiş, məzarı Astara rayonunun Pensər kənd qəbiristanlığındadır. Astarada bir neçə əsrin yadigari olan kərpic kürəsi aşkar olunub. Bu kürə vasitəsilə bişirilən kərpiclərlə rayonda ilk ümumtəhsil müəssisəsi olan Rus-Tatar məktəbi titkilib. İndi bu kürə Astaranın Pensər kəndində qorunub saxlanılır. Kərpic Kürəsi kəndin sakini İntizar Mürsəlov tərəfindən aşkarlanıb. O, iki il əvvəl həyətində ağac əkmək üçün çala qazarkən hansısa tikilinin kərpicləri üzə çıxır.
Bəndi-Qeysər
Bəndi-Qeysər (ərəb. بند قیصر‎‎, tərcümədə Sezarın dambası) — İranın cənub-qərbindəki Şuştər şəhərinin su anbarının yaxınlığında antik irriqasiya kompleksidir. == Tarixi == Bu körpü Valeriana imperiyasının, həmçinin Sasani və Edes arasındakı müharibənin qarşısını almaq üçün tikilib. Bəzi mənbələrdə tikintinin 3, bəzilərində isə 7 il davam etdiyi barədə məlumatlar var (260-270-ci illərdə). Bəndi-Qeysərin memarı IX-X əsrdə at-Tabari və al-Masudidir. == Texniki xüsusiyyətləri == Körpü Harun çayı üzərində tikilmişdir. İrriqasiya-suvarma sistemləri Şuştar şəhəri ətrafında əkin sahələrinin suvarılmasında istifadə olunur. Bu körpünün uzunluğu 500 m-dir. Onun tikintisi zamanı 40-a yaxın arx çəkilmişdir. Bu arxların eni 6,6 m.
Pensər bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Peykər Sultan
Peykər Sultan (tam titulu: Banui Dövran, Nəvvab'i-Naibəyi-Səfəviyyə Peykər Sultan Səfəvi) (1537-1598)— Səfəvi Sultanı, Şahbanu, Seyid Baqi Yəzdinin və Xanış Sultan Səfəvinin qızı. == Həyatı == Peykər Sultan 1537-ci ildə İsfahanda dünyaya gəlmişdir.Atası məşhur xanlardan Seyyid Nurəddin Neymətullah Baqi Yəzdi, anası isə Şah I İsmayılın qızı Xanış Sultan idi. Uşaq yaşlarından gözəlliyi ilə seçilmiş Peykər Sultan ara-sıra ailəsi ilə birgə paytaxt Qəzvinə gedər, bu səfalı diyardan gəlmək istəməz, bu gözəl yerlərdə ara sıra 'Pəri Peykər' ləqəbi ilə şeirlər yazarmış. Lakin dayısı qızı olan Pərixan Sultan ilə heç yola getməz, hər zaman mübadisə edərmişlər.Həddi-bülüğa çatmış Peykər Sultan anasının təkidi ilə dayısı oğlu Şah I Təhmasibin 2-ci oğlu II İsmayıl ilə 1555-ci ildə ailə həyatı qurur. Beləlilkə, Xanış Sultan ilə İsmayıl Mirzənin anası Şahbanu Məvzili Sultan ilə ittifaq yaranır. Xanış Sultan bütün bunları Məhinbanu Sultanın olan nüfuzunu sarsıtmaq və yerinə keçmək üçün edirdi. Çünki onlar, əsasında, ögey idilər və Pərixan Sultan onun yanında yetişirdi. Lakin bu səadət çox sürmür. Əvvəlcə 1564-ci ildə anası Xanış Sultan vəfat edir. İsmayıl Mirzə atasının əmri ilə Qəhqəhə qalasına zindana salınır.
Qeysər Kaşıyeva
Qeysər Seyfulla qızı Kaşıyeva (7 iyun 1893, Tiflis – 17 aprel 1972, Bakı, Azərbaycan SSR) — Azərbaycan rəssamı. O, rəssamlıq təhsili almış ilk azərbaycanlı rəssam qadın hesab edilir. == Həyatı == Qeysər Seyfulla qızı Kaşıyeva 7 iyun 1893-cü ildə Tiflisdə anadan olmuşdur. Yeddi yaşında ikən Tiflisdəki qız pansionunda oxumuş, orada rus dilini öyrənmiş, sonra isə Qızlar Gimnaziyasında təhsil almışdır. Gimnaziyada oxuduğu illərdən onun rəssamlığa həvəsi yaranmış, eyni zamanda bədii qurama və bədii toxuma işlərinə də maraq göstərmişdir. 1907–1908-ci illərdə Tiflisdə incəsənəti təbliğ edən cəmiyyətin nəzdində rəssamlıq məktəbi oxumuşdur. Daha sonra məşhur rus rəssamı Riçard Zommer Qeysərin istedadını yüksək dəyərləndirərək ondan Moskvada təhsilini davam etdirməsini istəmişdir, lakin dövrün sərt tələbləri buna imkan vermədiyinə görə Qeysər Tiflis mühiti ilə kifayətlənməli olmuşdur. O, Tiflisdə yaradılmış Qadın Xeyriyyə Cəmiyyətinin bütün tədbirlərində iştirak edirdi. Belə tədbirlərin birində Qeysər Kaşıyeva Şirin bəy Kəsəmənli ilə tanış olmuşdu. Şirin bəy Qazax bəylərindən Çingiz bəyin oğlu idi.
Qeysər kəsiyi
Qeysər kəsiyi (lat. caesarea "hökmdar", "imperator" və lat. sectio "kəsik") hamiləliyi bitirmək üçün tətbiq edilən cərrahi müdaxilə, qarın boşluğuna müdaxilə edilərək, uşaqlığın yarılması ilə dölün azad edilməsi – "doğulması" əməliyyatının adıdır. Adətən tibbi göstəriş əsasında icra edilməsinə baxmayaraq, müasir dövrdə hamilənin arzusu ilə də müdaxilə icra edilir. Firdovsi nin "Şahnamə"sinin qəhrəmanı Rüstəm məhz qeysər kəsiyi ilə dünyaya gəlmişdir. == Tarixçəsi == Müdaxilnin adının mənşəyi haqqında üç fərziyə mövcuddur. Pliniy hesab edir ki, sezarların sələflərindən birinin (güman ki, bi Yuli Sezar olmuşdur) bu müdaxilə yolu ilə dünyaya gəldiyindən belə adlandırılmışdır. Roma imperator qanunlarına görə (lat. Lex Caesarea sezar qnunu) ölən hamilə qadının uşağını xilas etmək üçün tətbiq edildiyindən. lat.
Əsəd Qeysər
Asad Qayser (urdu اسد قیصر;15 noyabr 1969) — Pakistanlı siyasətçi, 2018-ci ilin avqust ayından milli məclisin sədri.Vəzifədən əvvəl o, Milli Assambleyanın üzvü idi. == Həyatı == Qayser 15 Noyabr 1969-cu ildə Pakistanın Suvabi rayonunda anadan olmuşdur. (Pakistan qəzetlərinin birində yazılanlara görə o, 15 noyabr 1968-ci ildə Marquzda anadan olmuşdur.) İlk təhsilini Marquzdakı Hökumət ali orta məktəbindən almışdır. Daha sonra Peşəvər Universitetini bitirib, incəsənət bakalavr dərəcəsi almışdır. 1995-ci ildə məzun olduqdan sonra Pakistanın Camaat-e-İslaminin bir hissəsi olan Pasbanın bölgü prezidenti oldu.
Qeysər Xəlilov
Qeysər Veysəl oğlu Xəlilov (9 oktyabr 1929, Nuxa, Zaqatala-Nuxa dairəsi – 7 aprel 2000, Bakı) — fəlsəfə elmləri doktoru (1984), professor (1989), Azərbaycan SSR əməkdar elm xadimi (1990), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (Şirkətinin) sədri (1990–1991). == Həyatı == Qeysər Veysəl oğlu Xəlilov 1929-cu ildə Nuxada (hazırkı Şəki) sənətkar ailəsində anadan olmuşdur. Yeddiəppəklər nəslindəndir. 1936–1946-cı illərdə Nuxa şəhər 10 saylı orta məktəbdə təhsil aldıqdan sonra Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş və buranı 1951-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1963-cü ilədək Azərbaycan radiosunda jurnalist, uşaq və gənclər şöbəsinin müdiri işləmiş, Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsində partiya komitəsinin katibi seçilmişdir. 1963-cü ildə Qeysər Xəlilov Azərbaycan SSR "Bilik" cəmiyyəti sədrinin birinci müavini seçilmiş və 1990-cı ilədək bu vəzifədə çalışmışdır. 1990-cı il fevralın 1-də Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsinə təyin edilmiş, elə həmin gün "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. 1991-ci ilin mart ayında o, Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkətinin sədri təyin edilmiş, 1991-ci ilin sentyabr ayından isə Azərbaycan Respublikası Prezidentinin müşaviri olmuşdur. 1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin sədri işləmidir. 1993-cü ildə təqaüdə çıxmışdır.
Peykər sultan Ziyadoğlu-Qacar
Peykər sultan Ziyadoğlu-Qacar (Gəncə və ya Səfəvilər – 1580, Şirvan bəylərbəyliyi və ya Səfəvilər) — mənşəcə Azərbaycan türklərindən olan böyük dövlət xadimi, sərkərdə, Səfəvilər dövlətində Gəncə-Qarabağ bəylərbəyi. == Həyatı == İmamqulu xan I Şah Təhmasibin yanında qorçu kimi xidmət etmişdi. II Şah İsmayıl ona əvvəlcə sultan, sonra xan ünvanı verərək Qarabağa bəylərbəyi təyin tdi. Qəhrəman, qoçaq bir sərkərdə idi. Sultan Məhəmməd Xudabəndə şahın dönəmində də Qarabağın bəylərbəyisi təsdiq edildi. Ərəşdə Qaytas paşanın qoşununu dağıdıb, özünü öldürmüşdü. 1576-cı ilin 22 avqustunda Səfəvi dövlətinin taxtına şah I Təhmasibin oğlu II Şah İsmayıl əyləşdirilir. Bu vaxt artıq ölkə qızılbaş əmirlərinin arasında gedən çəkişmələrdən zəifləmişdir. II Şah İsmayıl əmirlərin hakimiyyətini məhdudlaşdıran bir sıra tədbirlər görür, eyni zamanda bəzi bəylərbəyliklərinin hakimləri arasında dəyişikliklər aparır. O, Qarabağ və Gəncə bəylərbəyisi Yusif Sultan Ziyadoğlu Qacarı da vəzifəsindən uzaqlaşdırıb, onun yerini həmin nəsildən olan Peykər Sultana verir.
Peykər xan İyirmi Dörd
Peykər xan İyirmi Dörd — XVI əsrin sonları XVII əsrin əvvəllərində Səfəvi imperiyası üçün xidmət etmiş Qızılbaş tayfa başçısı. Fəaliyyətinin əsas hissəsi Cənubi Qafqazla bağlıdır. O, bu zaman Bərdənin və Kaxetiyanın hakimi vəzifəsində xidmət etmişdir. Sonuncu vəzifəsindən Şah Abbas dövründə 1625-ci ildə Gürcü üsyanı ilə getmişdir. == Canişinliyi == Gələcəkdə xan olacaq Peykər xan İyirmi Dörd tayfasının başçısı kimi Qarabağda hakimiyyət uğrunda Qacar tayfası ilə rəqabətdə idilər. Şah II İsmayılın əmri ilə Peykər xan bəylərbəyi təyin olunması üçün öz qohumu və Qarabağ bəylərbəyisi olan Yusif xan Şahverdi Ziyadoğlunu, onun anasını, qardaşlarını qətlə yetirdi. Lakin II Şah İsmayıl vəzifəni rəqib Qacar tayfası mənsubuna verdi. Peykər xan 1608-ci ildə Şah Abbas tərəfindən Bərdənin hakimi təyin edildi. 1620-ci ildə vəzifəsi daha da yüksəldi və şahın tam hakimiyyəti altına almaq istədiyi Kaxetiyanın hakimi təyin edildi. Bundan sonra şahın əmri ilə o, gürcü kraliyyət ailəsindən olan Fatma Sultan Bəgüm ilə evləndi.
İndiana Peysers
İndiana Peysers — İndiana ştatının mərkəzi olan İndianapolisi təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransının Mərkəzi qrupunda mübarizə aparır.
Heydər
Heydər — kişi adı və təxəllüs. Heydər Əliyev — Azərbaycanın görkəmli siyasi və ictimai xadimi, Azərbaycan prezidenti Heydər Hüseynov — Azərbaycan alimi, fəlsəfə elmləri doktoru (1944), professor (1944) Heydər Həkim — Azərbaycan həkimi Heydər xan Əmoğlu — peşəkar inqilabçı, İran Kommunist partiyasının Baş katibi.
Heysəm
Heysəm (ərəb. هيثم‎) — ərəb mənşəli ad.
Leylər
Belibağlılar (lat. Circinae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Meysəri
Meysəri — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Şamaxı rayonunun Meysəri kəndi Mirikənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Meysəri kənd Soveti yaradılmışdır. == Toponimikası == XIX əsrdə Meysəri adlı kənd (87 ailə, 495 nəfər) qeydə alınmışdır. Kənd XV əsrdə səfəvilərin ordu hissələrindən birinin adı ilə adlandırılmışdır. Mənbələrin məlumatına görə, bu dövrdə ordunun "sol cinahı" cəvanğar və ya meysərə adlanırdı. == Coğrafiyası və iqlimi == Kənd Zoğalava çayının sahilində, dağlıq ərazidə yerləşir. == Əhalisi == Kənd əhalisi 795 nəfərdir ki, onun da 409 nəfərini kişilər, 386 nəfərini isə qadınlar təşkil edir. === Tanınmış şəxsləri === Mirzə Sakit — Azərbaycanlı satirik şair. === Şəhidləri === Şirinov Aslan Sərdar oğlu İsayev Bəxtiyar Səfər oğlu Əbilov Nadir Qədir oğlu Bayramov İmran Allahverdi oğlu == İqtisadiyyatı == Kənddə 162 təsərrüfatı var.
Speyşer düşərgəsi qətliamı
Speyşer düşərgəsi qətliamı — 12 iyun 2014-cü ildə İŞİD dəstələrinin Tikritdə yerləşən Speyşer düşərgəsi aviabazasına hücum edib 1,566 şiə iraqlı kursantı öldürməsi. Hücumun baş verdiyi vaxtda aviabazada 4,000–11,000 arası silahsız kursant var idi. İŞİD döyüşçüləri şiə olan və müsəlman olmayan kursantları bir yerə yığmış və onları öldürmüşdür. İraq hökuməti qətliama görə həm İŞİD qruplaşmasını, həm də İraqın Ərəb Sosialist Dirçəlişi Partiyasını günahlandırmışdır. == Hücum == İraq siyasətçisi olan Mişən Ər-Cübori düşərgənin bəzi baş zabitləri kursantlara 15 gün istirahət etməyi və mülki geyimlərdə ailələrinə getməyini əmr etmişdir". Bağdada getmək üçün yolda avtobus axtararkən onların yanında içərisində 10 silahlı şəxs olan iki avtobus dayanmışdır. Avtobuslardan birini Səddam Hüseynin ögey qardaşı Səbavi İbrahim Ər-Tikritinin oğlu Əyman Səbavi İbrahim sürürdü. Bir müddət sonra içərisində silahlı adam olan bir neçə avtobus da gəldi. Kursantların bəziləri oğurlanmış və Ər-Qüsur Ər-Rasiya vilayətinə aparılmışdır. Qırğından canını qurtaran bir neçə şəxs də yüksək rütbəli zabitlərin onlara düşərgəni tərk etmək əmrini verdiyini təsdiqləmişdir.
Pencər
Peyklər
Peyk — kosmosda başqa bir obyekt ətrafında müəyyən trayektoriya ilə fırlanan obyektdir. Süni və təbii peyklər mövcuddur. Beynəlxalq Astronomiya İttifaqının 24 avqust 2006-cı ildəki qərarına əsasən mərkəzi cisim (planet, asteroid) ətrafında fırlanan, trayektoriyasının mərkəzi bu cismin daxilində yerləşən obyektlərə peyk demək olar. Əgər fırlanan obyektin mərkəzi kənarda yerləşərsə onda həmin obyekt peyk adlanmır və onlar iki və ya daha artıq planetdən ibarət olan sistemin tərkib hissəsi kimi qəbul edilir. Dünyanın peyki Aydır Ümumiyyətlə, "peyk" sözü kosmosa atılan və kosmosda Dünya ya da başqa bir cisim ətrafında hərəkət edən bir maşını ifadə edir. 1957-ci ildə Sovetlər Birliyi, Dünyaya orbitdəki ilk insan istehsalı peyk olan Sputnik 1-i başlatdı. Bu qeyri-adi müvəffəqiyyət, astronavtları Aya aparıb kosmos araşdırmalarına hakim olan ilk ölkə olması üçün Amerika və Rusiya arasındakı yarışa başlamışdı. Sputnik, dünya səviyyəsində radio operatorları tərəfindən duyulabilən davamlı bir beep siqnalı Verdi. Dünya və ay təbii peyklərə nümunədir. Minlərlə süni və ya insan istehsalı peyk, Dünyanın ətrafında dönür.
Peysli
Peysli (ing. Paisley, şot.kelt Pàislig) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində kiçik şəhər.
Xeybər
Xeybər (ər:محافظة خيبر) Ərəbistanda, Mədinə şəhərinin yaxınlığında kiçik bir şəhərdir. Habelə Mədinə ilə levant yolunda keçmişdə yeddi qala və təsərrüfatı olan bir sahədir. Bu sahə 7-ci hicrət ilində islam peyğəmbərinin əmri ilə Əli ibn Əbu Talib tərəfindən fəth edilmişdir. Onun cəmisinə Xəyabir deyirlər. == Xeybərin qalaları == Həsni Naim(حصن ناعم) Həsni Təmus(حصن تموص) Həsnül Səlam(حصن السلالم) Həsnül Şəqq(حصن الشق) Həsnül Nətah(حصن النطاه) Həsnül Vətih(حصن الوطیح) Həsnül Kətibə(حصن الکتیبه) Adları keçən qalalar üstdən aşağıya bir-bir Əli əli-ilə Xeybər döyüşü əsnasında fəth edilmişlər. Bu qalaların sakinləri islam peyğəmbərinin fəthindən sonra ondan istədilər ki oranın bir bölməsinin idarəsini özlərinə qaytarsın və onlarda cizyə verməyi başlasınlar.bu anlaşma oranın sakinlərinin fəhşaya və müsəlmanlara əziyyət edənədək yeində idi və bu olaylardan sonra ömər oranı yəhudilərin əlindən alıb müsəlmanlar arasında paylamışdı. Xeybərin Fədək adlı sahəsi Hz.Fatiməyə peyğəmbər tərəfindən bağışlanmışdir. bunun üçün: baxa bilərsiniz. == Mənbə == Yaqut Höməvi,Möcəmül Bolda,9-ci cild,1990.(الحموی، یاقوت، ابوعبدالله ، (مُعجَم اَلبُلدان) ، دار الکتب العلمیة، بیروت، لبنان) Uyunül Əxbar,Əldinuri.(الدینوری ، أبی محمد، عبدالله، بن مسلم، بن قتیبه.
Pekər
Pekər, Peker — ad, soyad.
Xeybər Xeybər ya yəhud
"Xeybər Xeybər ya yəhud, ceyş Muhəmməd səvfə yəud" (ərəb. خيبر خيبر يا يهود جيش محمد سوف يعود‎; "Xeybər Xeybər ey yəhudilər, Məhəmmədin ordusu qayıdacaq") — ərəb dilində islam tərənnümü. Burada Məhəmmədin başçılıq etdiyi müsəlman qüvvələrinin indiki Səudiyyə Ərəbistanında Xeybər vahəsində yaşayan yəhudiləri məğlub etdiyi Xeybər döyüşünə istinad edilir. "PBS" və "Times of Israel" xəbər agentlikləri, Müsəlmanlar Antisemitizmə Qarşı və Antidiffamasiya Liqası təbliğat qrupları tərənnümü antisemitizm hesab edir. == Zəmin == Bu şüar 1980-ci illərin sonlarında Birinci İntifada zamanı Fələstin islamçı HƏMAS təşkilatının qurucusu Əhməd Yasin tərəfindən irəli sürülmüşdür. O vaxtdan bu şüar islamçılar, islam ekstremistləri və antiisrail yaraqlıları tərəfindən daha geniş şəkildə qəbul edilmişdir. O, Qüds, İsveç, İngiltərə, Avstriya, Belçika, Niderland və Avstraliya daxil olmaqla, islam ekstremist və Fələstin tərəfdarı nümayişlərdə səsləndirilmişdir. Tərənnüm 2021-ci ildə İsrail–Fələstin böhranı və 2023-cü ildə İsrail–HƏMAS müharibəsi zamanı olduğu kimi, İsraillə fələstinlilər arasında zorakılıq dövrlərində daha çox istifadə olunur.
Aşıq Heydər
Aşıq Heydər (tam adı:Məmmədov Heydər Kərim oğlu; d. 1867 – ö. 1949) — XIX əsrin sonu XX əsrin birinci yarısında yaşamış Ağbaba mahalının ustad aşığı, Ağbaba Süvarı Alayının Baş Ozanı == Həyatı == Məmmədov Heydər Kərim oğlu 1867-ci ildə Ağbaba mahalının Düzkənd kəndində anadan olmuşdur. Heydər üç yaşında olanda atası vəfat etmiş, anası isə öz dayısı molla Əhmədin təkidi ilə başqasına ərə verilmişdir. Heydər əmisi Məşədi Rəcəbin himayəsində yaşamışdır. 25 yaşında ona yatdığı yerdə İstanbulun yaxınlığında yerləşən Dəyirman kəndində Süleyman bəyin qızı Bəyaz xanıma buta verilməsi məlum olmuşdur. Aşıq Heydər Bəyaz xanıma qovuşa bilməmişdir. Ancaq onun sözləri dillərdə dastan olmuş və bu günümüzə kimi gəlib çatmışdır. Aşıq Heydər Aşıq Şenlik, Aşıq Nəsib və Çorlu Məhəmmədlə yaxın dost olmuşdur. Aşıq Heydər el şairi olmaqla bərabər kirkirə, dibək-salğar, cəhrə, yun darağı düzəldər, ağacdan qaşıq, qəlyan, müştük yonub hazırlamaqda da mahir sənətkar olmuşdur.
Aşıq Veysəl
Aşıq Veysəl (türk. Veysel Şatıroğlu; 25 oktyabr 1894, Sarqışla, Sivas ili – 21 mart 1973, Sarqışla, Sivas ili) — Türk xalq ozanı. Əfşar boyunun Şatırlı obasına mənsub musiqiçi. == Həyatı == Aşıq Veysəl Şatıroğlu 1894-cü ilin oktyabr ayında Sivasın Şarkışla səmtinə bağlı Sivrialan kəndində dünyaya gəlmişdir. Anası Gülizar, atası isə Əhməd adlı kəndilər idi. Veysəlin iki bacısı həmin zamanlarda ərazidə geniş yayılmış çiçək xəstəliyi səbəbindən gənc yaşda vəfat edirlər. Ailənin oğlan övladı da yeddi yaşı olarkən həmin xəstəlikdən hər iki gözünü itirir. Aşıq Veysəl uşaqlıq dövrlərinə təsadüf edən olayı bu şəkildə xatırlamışdır: Yetmiş doqquz il ömür sürən Aşıq Veysəl bu ömrünün cəmi 6–7 ilini gözlərilə işıqlı dünyaya baxa bilmişdir. Qalan ömründə Veysəl özü demişkən dünyaya qəlbinin gözü ilə baxmışdır. Onun fikrinə görə aşıq işıqlı dünyada baş verən olaylara gözlərilə deyil, könlü, ürəyi ilə baxmalıdır.
Baba Heydər
Baba Heydər— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Farsan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,922 nəfər və 2,245 ailədən ibarət idi.
Bob Peysli
Bob Peysli(ing. Bob Paisley; 23 yanvar 1919 – 14 fevral 1996, Liverpul) — ingilis futbolçu və baş məşqçi. == Həyatı == == Karyerası == 1939-cu ildə Mersisaydın qırmızı tərəfinə transfer olan Bob Paisley, 1946-47 mövsümündə bir çempionluq qazandığı, ardından 1951-də kapitan olduğu və 1954-də aktiv futbol həyatını sonlandırdığı Liverpulda, 15 il boyunca, qırmızı formanı tərlətdi.Bob Peysli, futbolu buraxmasının ardından Liverpulda qaldı və ehtiyat komandada məşqçiliyi və əsas komandada fizyoterapistlik etməyə başladı. Onu Liverpul tarixinin ən çox uğur qazanan məşqçisi kimi qəbul edə bilərik. Bill Şenklidən sonra Liverpulun başına gələn ən yaxşı məşqçi. Avropanın kralı Peysli. 1 Dekabr 1959-cu ildə, Böyük Adam Bill Şenkli, 2-ci liqadakı Liverpulun başına keçdi. . Şenkli, Bob Peysli və Co Feqan köməkçiləri olaraq yanına aldı və 1962-ci ildə, klubu 8 illik ikinci liqa kabusundan çıxartdı. Bob Peysli, üç liqa, iki federasiya kuboku (FA), bir UEFA Kuboku zəfərindən sonra 1974-də məşqçiliyi buraxan Şenklidən bayrağı götürdü. İlk ilində Liverpulu liqada ikinci etməsi fanatları üzdü.
Feysəl Rerras
Feysəl Rerras (fr. Fayçal Rherras, ərəb. فيصل غراس‎ – Feyṣəl Ğərras 7 aprel 1993, Lyej, Valloniya[d]) — Belçikada doğulmuş Mərakeşli peşəkar futbolçu.
Heydər Abbasi
Heydər Abbasi (fars. حیدر عباسی‎; 24 fevral 1943, Marağa, Şərqi Azərbaycan ostanı) — daha çox öz təxəllüsü ilə tanınır - Barışmaz (farsca: باریشماز) - İran azərbaycanlılarından olan şair, yazıçı, tərcüməçi və Azərbaycan ədəbiyyatı tənqidçisi. == Həyatı == Heydər Abbasi 1943-cü ildə Şərqi Azərbaycan ostanının Marağada şəhərində anadan olmuşdur. 2017-ci ilin dekabr ayının 7-də Marağa şəhərinin Əbdülqadir Marağalı adına Mədəniyyət və İncəsənət Kompleksində Heydər Abbasi üçün yaradıcılıq gecəsi keçirilmişdir. Mərasimdə Cənubi Azərbaycanın tanınmış şairləri, o cümlədən Kərimi Marağalı, Nadir İlahi, Vədud Dusti və daha bir neçə şair də iştirak etmişdir. == Təhsili == Təbriz Universitetində ingilis dili üzrə bakalavr təhsili almışdır. Tehran şəhərində isə magistr pilləsində təhsil almışdır. == Yaradıcılığı == 45 ədəbi əsəri vardır. Heydər Abbasi ədəbi yaradıcılıq və ədəbi tənqidçiliklə yanaşı tərcüməçiliklə də məşğuldur. Onun ən yaxşı tərcümə əsərlərinə Nəhcül-bəlağəni həm ərəb, həm də latın əlifbasında Azərbaycan dilinə tərcüməsini (həmçinin həmin əsərin təfsirini 2 cilddə yazmışdır), Mövlanə Cəlaləddin Ruminin Məsnəvisini həm ərəb, həm də latın əlifbasında (4 cilddə) Azərbaycan dilinə tərcüməsini misal göstərmək olar.
Persea persea
Amerika avokadosu (lat. Persea americana) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin avokado cinsinə aid bitki növü. Vətəni Mərkəzi Amerika və Meksikanın yüksəkdağlı rayonlarıdır. Botaniki cəhətdən avakado giləmeyvədir. Lakin əmtəəşünaslıq təsnifatına görə çəyirdəkli meyvələr qrupuna aid edilir. Meyvəsi yumru, oval formada, bəzən armudaoxşardır. Qabığı sıx, dərivari hamar və ya çopuq, qara, bənövşəyi və ya yaşıl rəngdədir. Yetişmiş meyvələrin ətliyi qabığından asan aralanır. Meyvənin daxilində iri çəyirdəyi var. Meyvənin ümumi kütləsinin 25%-ni təşkil edir.
Bəylər
Bəylər — Azərbaycanda daha çox işlədilən ad və təxəllüs. Bu adı olan tanınmış insanlar Bəylər Eyyubov —Azərbaycan Respublikası Təhlükəsizlik Xidmətinin rəisi,general-polkovnik Bəylər Ağayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Bəylər Məmmədov — “Hərbi xidmətlərinə görə ” medalı ilə təltif edilmiş şəhid. Bəylər Aslanov — Azərbaycanlı alim, geologiya-minerologiya elmləri doktoru. Bəylər Hacıyev — Bakı Dövlət Universitetinin İngilis dili kafedrasının dosenti. Tarzən Bəylər — el sənətkarı, xalq musiqiçisi. Bu təxəllüsü olan tanınmış insanlar Aygün Bəylər — "Əməkdar artist" (2002) Mirzə Bəylər — El şairi Anar Bəylər — Müğənni Yaşayış məntəqələri Bəylər (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Bala Bəylər — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Böyük Bəylər — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Digər Bəylər məscidi — İçəri Şəhərdə məscid.
Geymer
Geymer (ing. gamer) və ya oyunçu — müntəzəm olaraq kompüter oyunları oynayan şəxs. Geymerlər və onların sevdikləri oyun proqramları kompüterlərin aparat təminatının imkanlarının genişlənməsində başqa istifadəçilərin tələblərindən daha çox təsirli olur.
Kreyser
Kreyser (Hollandca: kruiser, "toqquşma") — böyük hərbi gəmilərin siniflərindən biridir. Destroyerlər kimi, kənardan dəstəyə ehtiyac duyurdular, amma müasir dövrdə bu fərq yox olmuşdur. Əvvəllər müstəqil əməliyyatlar üçün ən kiçik gəmi hesab olunurdular. Müasir müharibələrdə kreyserin köhnə funksiyası yox olmuş və yerini destroyerlərə buraxmışdır. Hərbi funksiyasına görə ən böyük gəmilər üçün Kreyser adından istifadə olunur. Deutschland sinifli kreyserlər, Alman Reyxsmarinası tərəfindən Versal müqaviləsinin məhdudiyyətlərinə uyğun olaraq hazırlanmış ağır zirehli bir kreyser forması ilə üç Panzerschiff'in seriyasıdır. Sinifin adı ilk tamamlanmış gəmidən, Deutschlanddan sonra təyin olunmuşdur. Seriyaya aid üç gəmi 1931–1934-cü illərdə istehsal edilmiş və İkinci dünya müharibəsi əsnasında Kriegsmarineyə xidmət etmişdir. İngiltərə öz gəmilərini, zirehli və kreyserlərdən daha kiçik olduqları üçün, güclü atəş gücünə malik olduqlarına və digər dövlətlərin ağır kreyserlərinə nisbətən daha çox silahla təchiz etdiklərinə görə zirehli döyüş gəmilərini "cib zirehlisi" adlandırmağa başladılar, baxmayaraq ki, xarakteristikası ağır kreyserə daha yaxın idi. Deutschland sinif gəmilərinə də bu dairənin içərisində "cib zirehlisi" deyilirdi.
Leysera
Leysera (lat. Leysera) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Leysera gnaphaloides Thunb.
Pəncşer
Pəncşir vilayəti (fars. پنجشیر‎, hərfi "beş aslan") — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin ərazisi 3.610 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 139.1 min nəfər, inzibati mərkəzi Bazarək şəhəridir. Pəncşir vilayəti Əfqanıstanın 34-cü vilayəti olaraq 13 aprel 2004-cü ildə yaradılmışdır. Pəncşir vilayəti Əfqanıstanın şərqində, Əfqanıstan-Pakistan sərhəddi yaxınlığında yerləşir. Vilayət Bəğlan və Təxar vilayətləri ilə, cənubda Lağman və Kapisa vilayətləri ilə, şərqdə Bədəxşan və Nuristan vilayətləri ilə, qərbdə isə Pərvan vilayəti ilə həmsərhəddir. == Əhalisinin etnik tərkibi == Əhalisi əsasən taciklərdən, həzaralardan, paşayilərdən, nuristanilərdən, Qılzay İttifaqına daxil olan puştunlardan və az sayda digər xalqların nümayəndələrindən ibarətdir. Taciklər sünni-islam etiqadlı farsdilli xalqdır. Əsasən dari (digər adı farsi - kabulidir) dilində danışırlar. Vilayətin Saləng rayonunda əhalinin çoxluğunu təşkil etməklə yanaşı digər rayonlarında da yaşayırlar.
Pəncər
Pəncər (lat. Amaranthus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi. Yunan dilində tərcüməsi "solmayan gül" deməkdir. Dekorativ gülçülükdə 4 növündən istifadə olunur. Onlardan biri dekorativ yarpaqlı bitkilərə, qalanları isə dekorativ-gül bitkilərinə aiddir. Azərbaycanda 9 növü yayılmışdır ki, onlardan 2 növü (Amaranthus cruentus və Amaranthus hypochondriacus) gülçülükdə istifadə olunur. Pəncərin toxumları may ayında torpağa əkilir. Enli, şaxələnmiş bitki yetişdirmək üçün pəncərin köklərini torpaqda bıçaqla əyri kəsmək lazımdır. Pəncər kolunun gözəl olması üçün iyun ayında bitkinin təpə tumurcuğu qopardılır. Dərilmiş pəncər otaq şəraitində güldanda yaxşı görünür.
Pərəsər
Pərəsər — İranın Gilan ostanında yerləşən şəhər. == Əhalisi == Pərəsər əhalisinin çoxluğunu Azərbaycanlılar və Talışlar təşkil edir. Burada yaşayan etnik Talışlar əsasən islamın sünni-şafei qoluna etiqad edirlər; Azərbaycanlılar isə əsasən şiə-cəfəri inanclıdır.
Qeymer
Geymer (ing. gamer) və ya oyunçu — müntəzəm olaraq kompüter oyunları oynayan şəxs. Geymerlər və onların sevdikləri oyun proqramları kompüterlərin aparat təminatının imkanlarının genişlənməsində başqa istifadəçilərin tələblərindən daha çox təsirli olur.
Qeyzer
Qeyzer (isl. geysir) — təbii surətdə yer altından baş qaldıran isti su və buxar fəvvarələri. Qeyzerlər yer səthinə fəvvarə şəklində çıxan isti bulaq olmaqla vulkanik hadisələrə aiddirlər. Daha çox İslandiya, ABŞ, Yeni Zelandiya, Kamçatka, Tibetdə və s. yerlərdə rast gəlinir. Qeyzerin yaranmasına səbəb yer daxilindəki isti suyun buxarlanması nəticəsində əmələ gələn qazın yüksək təziqlə fəvvarə vurmasıdır. Qeyzerlər, adətən, müəyyən fasilələrlə fəvvarə vurur. Müasir dövrdə qeyzerlərə ən çox İslandiya adasında, Yaponiyada, İtaliyada, Kamçatka yarımadasında və Sakit okean adalarında rast gəlinir. Qeyzer- fasilələrlə isti su və ya isti buxar fışqırtan,kükürt yayan qaynaqdır. "Qeysir" island dilində fışqırmaq deməkdir.Yeraltı suların maqma ocaqlarına toxunması ya da yaxın yerləşməsi və qızması nəticəsində yaranırlar.
Qəmsər
Qəmsər – İranın İsfahan ostanının Kaşan şəhristanının Qəmsər bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,566 nəfər və 1,048 ailədən ibarət idi.