Masal şəhristanı
Masal şəhristanı və ya Masal bölgəsi (farsca: شهرستان ماسال) — İran İslam Respublikasının Gilan ostanının şəhristanlarından biridir.
== Ərazi ==
Şəhristan 1998-ci ildə Talış şəhristanının ərazisinin bir qismi hesabına təşkil edilmişdir. Şəhristanın ərazisi 633 km²-dir. Şəhristanın inzibati mərkəzi Masal şəhəridir. Masal şəhəri Fumən şəhərindən 35 km, ostanın inzibati mərkəzi olan Rəşt şəhərindən isə 60 km uzaqlıqda yerləşir.
== Əhali ==
Rəsmi olaraq Masal şəhristanının əhalisi :
2006 s.a. əsasən 47,648 nəfər
2006 s.a. əsasən şəhər əhalisi 14,858 nəfər
2006 s.a. əsasən kənd əhalisi 32,790 nəfər
=== Milli tərkib ===
Şəhristan əhalisi əsasən talışlardan, qismən giləklərdən və az sayda azərbaycanlılardan ibarətdir.
== Bəxşlər ==
Mərkəzi (Masal) bəxşi
əhali : 26,063 nəfər (2006 s.a.)
şəhər əhalisi : 10,992 nəfər (2006 s.a.)
kənd əhalisi : 15,071 nəfər (2006 s.a.)
Şandirman bəxşi
əhali : 21,585 nəfər (2006 s.a.)
şəhər əhalisi : 3,866 nəfər (2006 s.a.)
kənd əhalisi : 17,719 nəfər (2006 s.a.)
== Şəhərlər ==
Mərkəzi (Masal) bəxşində :
Masal şəhəri
Əhalisi :
2006 s.a.