Masal şəhristanı

Masal şəhristanı və ya Masal bölgəsi (farsca: شهرستان ماسال‎) — İran İslam Respublikasının Gilan ostanının şəhristanlarından biridir.

Masal şəhristanı
37°23′ şm. e. 49°00′ ş. u.HGYO
Ölkə
Əhalisi
Əhalisi
  • 52.649 nəf. (2016)[1]
Xəritəni göstər/gizlə
Masal şəhristanı xəritədə
Masal şəhristanı
Masal şəhristanı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Gilan vilayətinin bölgələri

Şəhristan 1998-ci ildə Talış şəhristanının ərazisinin bir qismi hesabına təşkil edilmişdir.[2] Şəhristanın ərazisi 633 km²-dir.[3] Şəhristanın inzibati mərkəzi Masal şəhəridir. Masal şəhəri Fumən şəhərindən 35 km, ostanın inzibati mərkəzi olan Rəşt şəhərindən isə 60 km uzaqlıqda yerləşir.

  • Rəsmi olaraq Masal şəhristanının əhalisi :
  • 2006 s.a. əsasən 47,648[4] nəfər
  • 2006 s.a. əsasən şəhər əhalisi 14,858 nəfər
  • 2006 s.a. əsasən kənd əhalisi 32,790 nəfər

Şəhristan əhalisi əsasən talışlardan[2][3], qismən giləklərdən və az sayda azərbaycanlılardan ibarətdir.

  • Mərkəzi (Masal) bəxşi
  • əhali : 26,063 nəfər (2006 s.a.)
  • şəhər əhalisi : 10,992 nəfər (2006 s.a.)
  • kənd əhalisi : 15,071 nəfər (2006 s.a.)
  • Şandirman bəxşi
  • əhali : 21,585 nəfər (2006 s.a.)
  • şəhər əhalisi : 3,866 nəfər (2006 s.a.)
  • kənd əhalisi : 17,719 nəfər (2006 s.a.)
  • Mərkəzi (Masal) bəxşində :
  • Masal şəhəri
  • Əhalisi :
  • 2006 s.a. əsasən 2,986 ailədə 10,992 nəfər[5]
  • Şandirman bəxşində :
  • Bazar Cümə şəhəri
  • Əhalisi :
  • 1976 s.a. əsasən 3,866 nəfər[6]

Şəhristanın bəxşləri 4 dehestana ayrılır: Şeyxneşin, Şandirman, Humə və Masal dehestanları.[3]

Şəhristanın dehestanlarında 98 kənd yerləşir, onlardan 12-sində əhali yaşamır.[3]

  1. نتایج سرشماری جمعیت به تفکیک تقسیمات کشوری سال 1395.
  2. 1 2 Encyclopædia Iranica :MĀSĀL Arxivləşdirilib 2022-05-18 at the Wayback Machine
  3. 1 2 3 4 Guilans Cultural Heritage, Handicrafts and Tourism Organization : Masal (county) Arxivləşdirilib 2012-06-23 at the Wayback Machine
  4. World Gazetteer :Gīlān: Administrative Divisions (population and area)[ölü keçid]
  5. "Māsāl type of geographical entity". 2013-06-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-13.
  6. "Bāzār Jom'eh type of geographical entity". 2013-06-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-06-13.