Masallı Mamed

Məmməd İsgəndər oğlu Hüseynov (4 noyabr 1960, Masallı21 mart 2011, Bakı) — Qanuni oğru.

Masallı Mamed
Məmməd İsgəndər oğlu Hüseynov
Masallı Mamedin Masallıdakı qəbirüstü abidəsi
Masallı Mamedin Masallıdakı qəbirüstü abidəsi
Doğum tarixi 4 noyabr 1960(1960-11-04)
Doğum yeri
Vəfat tarixi 21 mart 2011(2011-03-21) (50 yaşında)
Vəfat yeri
Dəfn yeri
Atası İsgəndər Hüseynov
Milliyyəti Azərbaycanlı
Dini islam
Təhsili orta
Fəaliyyəti Qanuni oğru
Fəaliyyət illəri 1978–2011
Tanınır bütün postsovet ölkələrində

İlk məhkumluq

[redaktə | mənbəni redaktə et]

1961-ci ildə Masallıda anadan olan "qanuni oğru" ilk dəfə 17 yaşında məhkum olunub. Bu məhkumluq "Masallı Mamed"in atası İsgəndər Hüseynova görə baş verib. Univermaqda şöbə müdiri işləyən İsgəndər Hüseynovun xanım işçilərindən biri polisinin şərinə tuş gəlib. İsgəndər Hüseynov qızı həbsxanadan qurtarmaq üçün onun "təqsirini" öz üzərinə götürüb. Bu məsələ ilə bağlı məhkəmə prosesi davam edərkən 18 yaşlı "Masallı Mamed" həmin polislə görüşüb və ondan ifadəsini geri götürməyi tələb edib, lakin polis gənc Mamedin sözünü qulaqardına vurub. Masallının sayılıb-seçilən güləşçilərindən olan Mamed polisi əzişdirib. Bu əməlinə görə məhkəmə onun 3 il məcburi əməyə cəlb olunması barədə hökm çıxarıb. Bu olaydan qısa müddət keçdikdən sonra Bakıya gələn Mamed tələbə qohumu ilə şənliyə gedib. Şənlikdə tələbə qıza sataşan bir oğlanla mübahisəsi düşüb. Mamed həmin oğlanın qızı küçə söyüşləri ilə təhqir etməsinə dözməyərək bıçağa əl atıb. Həmin oğlanı qətlə yetirəndən sonra Mamedə ölüm hökmü ilə üzə-üzə qalıb, lakin atası İsgəndər Hüseynov oğlunun güllələnmədən qurtara bilib. Mamed 15 il azadlıqdan məhrum edilib. Cəzasını Şuşa Krıtısında çəkib

Şuşa "krıtısı"

[redaktə | mənbəni redaktə et]

Mamed cəzasının 5 ilini çəkmək üçün, Şuşadakı qapalı həbsxanaya göndərilib. O zaman "Şuşa krıtısı" kimi məşhur olan bu həbsxana Azərbaycanda ən ağır şəraitli, kriminal qanunların işləmədiyi həbsxana kimi tanınırdı. Həbsxanadakı özbaşınalığı, ədalətsizliyi görən Mamed bütün bunlara qarşı mübarizəyə başlayır. Onun əsas hədəfi həbsxana rəhbərliyi ilə əməkdaşlıq edən və məhkumların hüquqlarının pozulmasında bilavasitə rol alan dustaqla olur. Mamed onlardan birini cəzalandırır. Bu hadisə onun "Şuşa krıtısı"ndan uzaqlaşdırılması ilə nəticələnir. Mamed bu həbsxanadan da ağır rejimli Qroznı həbsxanasına göndərilir…

Mamed Qroznı həbsxanasına daxil olmamışdan qabaq onun sorağı buradakı məhkumlara çatmışdı. Hər bir məhkum bilirdi ki, "Şuşa krıtısı"ndan gələn bu gənc oğlan heç kimin qarşısında əyilməyən və haqqı müdafiə edən bir şəxsdir. Bu həbsxanada cəza çəkənlərdən biri də mərhum "qanuni oğru" "Dağlı Cavanşir" idi. O zaman "Dağlı Cavanşir" də hələ "qanuni oğru" titulu almamışdı, amma kriminal aləmdə kifayət qədər nüfuzu var idi. Mamed burada Cavanşirlə dostlaşır. Hər iki azərbaycanlı məhkum Qroznı həbsxanasında ədalətsizliyə qarşı mübarizə aparır. Qapalı həbsxanada cəzası bitdikdən sonra Mamed Rusiyadan Bakıya, 6 saylı cəzaçəkmə müəssəsinə köçürülür. Burada da həbsxana rəhbərliyinin qanunlarına tabe olmayan Mamed yenidən Rusiya həbsxanalarına göndərilir. Bu dəfə onun "evi" Voloqda şəhərindəki "Sentral" adlı müvvəqqəti təcridxana olur. Mamed bu təcridxanada kriminal qaydalar tətbiq edir, "vəziyyət" yaradır. Buradan isə "Matrosskaya Tişina" adlı həbsxanaya göndərilir. Bu həbsxanada bir çox tanınmış "qanuni oğru"lar "qonaq" olublar. Rusiyanın ən sərt həbsxanalarından hesab edilən "Matrosskaya Tişina"da məhkumlar qiyam etdikdə onların sakitləşdirilməsində Mamedin böyük rolu olur. Bütün bunlar "qanuni oğru"ların və kriminal aləmin nüfuzlu nümayəndələrinin diqqətini cəlb edir. Mamedin məhkumlar arasındakı böyük nüfuzunu görən "qanuni oğru"lar ona kriminal aləmin ən ali titulunu təklif edir, lakin Mamed "qanuni oğru" titulunun məsuliyyətini dərk edərək bu təklifi qəbul etmir.

1993-cü il: "Qanuni oğru" titulu

[redaktə | mənbəni redaktə et]

1992-ci ildə mart ayında azadlığa çıxan Mamed həmin ilin noyabrın 4-də, doğum günündə ailə həyatı qurur. Bununla belə kriminal həyatını da davam etdirir. 1993-cü ilin dekabrında Bakıdakı "Leyla" şadlıq evində "qanuni oğru"lar "Lotu Bəxtiyar", "Sabirabadlı Hikmət", "Dağlı Cavanşir", "Yetim Hüseyn", "Ənvər Sovetski" və "İrəvanlı Faiq"in iştirakı ilə Mamedə "qanuni oğru" titulu verilir. Bundan sonra "Masallı Mamed" daha bir neçə dəfə məhkum olunur. Sonuncu dəfə 2010-cu ildə narkotik ittihamı ilə 3 il azadlıqdan məhrum edilib. Bəzi məlumatlara görə, 2006-cı ildə qanunsuz silah gəzdirməyə görə Bakıda həbs olunarkən həbsxanada zəhərlənib. Məhkumlardan biri onun yeməyinə zəhər qatıb. Bundan sonra "Masallı Mamed"in səhhətində ciddi problemlər yaranıb. Elə səhhətindəki problemlərə görə də 2011-ci ildə dünyasını dəyişib, lakin bəziləri iddia edir ki, onu həbsxanada ikinci dəfə zəhərləyərək öldürüblər.

Masallı Mamed 2011-ci il martın 21-də cəza çəkdiyi 1 saylı həbsxanada dünyasını dəyişib.[1]

  1. Nurəddin Ədiloğlu. "Masallı Mamed". Bakı: Qanun, 2012.