meşə-qoruq
meşə-meliorativ
OBASTAN VİKİ
Meliorasiya
Meliorasiya (lat. melioratio - yaxşılaşdırmaq) — torpaqların faydalı istifadəsi üçün yararlı olmayan təbii şəraitin yaxşılaşdırılmasına yönəldilmiş təsərrüfat və texniki tədbirlər sistemi: əsasən torpağın su, hava, qida və istilik rejimlərini nizamlamaq yolu ilə həyata keçirilir.Tətbiq sahəsinə görə meliorasiya üç əsas qrupa bölünür: Su rejimi əlverişli olmayan torpaqların meliorasiyası - Bataqlıq, su basmış torpaqların, həmçinin quru bozqırların, susuz səhra və yarımsəhra sahələrinin meliorasiyası. Buraya izafi nəmliyə qarşı mübarizə tədbiri kimi qurutma meliorasiyası, quraqlığa qarşı suvarma meliorasiyası (irriqasiya) daxildir. Əlverişli olmayan fiziki-kimyəvi xassələrə malik (şorakətli, şor, ağır gilli, lilli) torpaqların meliorasiyası. Bu qrupa şor torpaqların duzsuzlaşdırılması və şorakətli torpaqların kimyəvi meliorasiyası daxildir. Suyun və küləyin mexaniki təsirindən eroziyaya uğramış torpaqların meliorasiyası. Su ilə səthi yuyulmuş, həmçinin suyun yarğanlar əmələ gətirdiyi, sürüşmələr törətdiyi, küləyin qum yaratdığı sahələrin meliorasiyası. Qurutma, duzsuzlaşdırma və kimyəvi meliorasiyası da əsas mübarizə tədbiri ərazinin drenlənməsi, suvarma meliorasiyasında isə əsas tədbir suvarma şəbəkəsinin yaradılması və onun su mənbəyinə birləşdirilməsidir. Hər iki halda torpağın su-duz rejimi normal saxlanmalı, lazımi aqrotexniki, fitomeliorasiya və hidrotexniki üsullarla aparılır. Azərbaycan Respublikasının düzənlik rayonlarında yarıdan çoxu müxtəlif dərəcədə şor olan, suvarılmalı, şorakətli, qurudulmalı və su eroziyasına qarşı mübarizə aparmalı torpaq vardır.
Kimyəvi meliorasiya
Kimyəvi meliorasiya — Torpağın xassələrini yaxşılaşdırmaq və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək üçün torpağa kimyəvi təsir göstərmək üsulları sistemi. Kimyəvi meliorasiya üsulları: torpaqda yüksək turşuluğa qarşı əhəngli gübrələrdən istifadə edilməsi. (əsasən çimli podzol torpaqlar üçün; torpağın gipslənməsi (şorakətli torpaqlar üçün) – qələviliyi azaltmaq üçün torpağa gips verilir; torpağın turşulaşdırılması (neytral və qələvi reaksiyalı torpaqlar üçün), bu məqsədlə torpağa natrium 2-sulfat verilir. (bəzi bitkilər üçün, məs. çay bitkisi); Kimyəvi meliorasiyaya həmçinin melorasiya olunan torpağı tam yaxşılaşdırmaq üçün yüksək dozada mineral və üzvi gübrələrin verilməsi də aid edilir. Kimyəvi meliorasiya adətən hidrotexniki meliorasiya ilə birlikdə aparılır. (məs. şorakət torpaqların yuyulması). == Kimyəvi optium == Torpaq və su mühitində orqanizmin maksimum məhsuldarlığını təmin edən kimyəvi elementlərin tərkibi və nisbəti.
Meliorasiya mühəndisliyi
Meliorasiya mühəndisliyi — ixtisasında çayların və digər su mənbələrinin su еhtiyatlarından istifadə еtmək üçün inşa оlunan hidrоtехniki qurğuların layihələndirilməsi, tikintisi, istismarı və оnların tədqiqi üzrə mütəхəssislər hazırlanır. Bu iхtisasda tələbələrə su anbarlarının layihələndirilməsi, su еnеrjisindən istifadə оlunması, hidrоеnеrgеtik qurğular sistеminin yaradılması (su еlеktrik stansiyalarının tikintisi), su nəqliyyatı qurğuları tikintisi (gəmi hərəkəti yоlları və şlüzlər, gəmi qaldıranlar, gəmiçilik limanları) və digər su nəqliyyatı yоllarından istifadə оlunması, balıqçılıq təsərrüfatında yaradılan hidrоtехniki qurğular və daşqın sularından mühafizə üçün yaradılan hidrоtехniki qurğular kоmplеksi və s. öyrədilir. “Meliorasiya mühəndisliyi” ixtisasına yiyələnən məzunlar əkinə yararlı tоrpaq sahələrindən səmərəli istifadə еtmək üçün həyata kеçirilən kоmplеks mеliоrasiya tədbirlərini: müasir tələbatlara uyğun müхtəlif kоnstruksiyalarda irreqasiya və kоllеktоr-drеnaj sistеmlərinin layihələndirilməsini, tikintisini, istismarını, tоrpaq və su еhtiyatlarından səmərəli istifadə оlunması üsullarını,mеliоrasiya tikintilərinin ətraf mühitə təsirini öyrənir və gеniş prоfilli mütəхəssis kimi hazırlanır. Bu iхtisas və iхtisaslaşmaları bitirmiş mütəхəssislər Azərbaycan Mеliоrasiya və Su təsərrüfatı ASC-nin tabеliyində оlan müəssisələrdə, bu sahə üzrə fəaliyyət göstərən еlmi-tədqiqat institutlarında, su еlеktrik stansiyalarının tikinti və istismarında, həmçinin dəniz hidrоtехniki qurğuların tikintisində işləyə bilərlər. == Təsviri == Son 100 il ərzində təcrübəli mühəndislər Meliorasiyaya çayların əhliləşdirilməsi, nəhəng bəndlərin və kanal işlərinin tikintisi və Amerika Qərbinə məskunlaşma gətirən nəhəng elektrik stansiyalarının idarə edilməsi ilə vurğulanan zəngin tarix vermişlər. Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi ixtisas üzrə magistratura təhsilini bitirən məzunlar tikinti-montaj, sənaye, istismar, su təsərrüfatı və enerji sahəsində, elmi-tədqiqat təşkilatlarında çalışa,həmçinin istənilən növ tikinti işlərinə rəhbərlik edə bilmə bacarıqlarına malik olurlar.Magistratura mərkəzində meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi ixtisasına yiyələnən tələbələr ətraf mühitin mühafizəsi üzrə dövlət təşkilatlarında çalışa və su təsərrüfatı obyektlərinin və hidromeliorativ sistemlərin istismarı və yenidən qurulması ilə məşğul ola bilərlər. Bu gün meliorasiya mühəndisinin müəyyən bir intizam daxilində rol və məsuliyyətləri hər biri bu sahədə çalışan şəxsin yenilik və yaradıcılığına meydan oxuyan saysız-hesabsız layihə və proqramları əhatə edə bilər.Məsələn, inşaat mühəndisi bir layihədə sərfəli körpü və ya bənd layihələndirməkdən başqa bir layihədə bataqlıq ərazilər və ya balıq yetişdirmə koyları yaratmağa keçə bilər. Böyük çay sistemlərinin əməliyyat modellərinin yaradılması, bəndlərin təhlükəsizlik yoxlamalarının aparılması - iri betondan tutmuş kiçik torpaq konstruksiyalara qədər, nəhəng su elektrik stansiyalarının saxlanması... bütün bu vəzifələr - və daha çox!
Meşə
Meşə — Nisbətən böyük və ya kiçik sahədə yerləşən, bir-birinə və bitdiyi şəraitə, yəni bitkilərə, iqlimə, heyvanlar aləminə və s. təsir edən, burada birgə və ziddiyət şəraitində inkişaf edən ağac bitkiləri topluluğuna "meşə" deyilir. Meşələrin bir çox növü olur məsələn: rütubətli ekvatorial meşələr, enliyarpaqlı meşələr, iynəyarpaqlı (tayqa) meşələri. Məsələn: çinar ağacı,şam ağacı,iydə ağacı,qoz ağacı, meyvə ağacı == Ümumi məlumatlar == Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-nin payına düşür. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. XVIII–XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1213.7 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir.
Meşə kadastrı
Meşə kadastrı — Meşənin səmərəli istifadəsi, qorunması, mühafizəsi və meşə təsərrüfatının inkişafının planlaşdırılmasını təşkil etmək məqsədilə meşələrin dövlət uçotu və dövlət Meşə kadstrı aparılır. Dövlət Meşə kadastrı meşə quruluşu materialları əsasında yerinə yetirilir. Meşə təsərrüfatından səmərəli və effektli istifadə etmək məqsədilə dövlət Meşə kadastrına meşələrin kəmiyyət və keyfiyyət vəziyyəti haqqında məlumatlar, meşələrin qoruyucu kateqoriyalara bölünməsi və s. daxil edilir. Dövlət Meşə kadastrının sənədləşdirilməsi dövlət meşələrində, qoruq meşələrində və ayrı-ayrı müəssisə və təşkilatlara aid meşələrdə aparılmalıdır. Hazırda bəzi SNQ dövlətlərində Meşə kadastrı aparılır. Respublikamızda vaxtilə bu işə başlanmış, lakin sonra davam etdirilməmişdir. Onun aparılması respublikamızın meşə təsərüfatları üçün vacib məsələ hesab edilməlidir.
Meşə kirpisi
Meşə kirpisi (lat. Erinaceus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin kirpilər fəsiləsinə aid heyvan cinsi. Bu cins kirpi növlərinə Avropa, Orta və Ön Asiya, Sibir, Çin və Koreyada ən çox rast gəlinir. Cinsə aid Adi kirpi nümayəndəsi Yeni Zelandiyada yaşamağa uyğunlaşdırılmışdır. Cinsin latınca Erinaceusadı, mənasi "tikanlı sədd" mənasını verən ericius sözündən götürülmüşdür. == Növləri == Amur kirpisi (Erinaceus amurensis) Şərqi Avropa kirpisi (Erinaceus concolor) Adi kirpi (Erinaceus europaeus) Erinaceus roumanicus == Qidalanması == Meşə kirpiləri hər şey yesələr də, ətyeyən heyvan sayılırlar: siçan, kərtənkələ, qurbağa, həşəratlar və onların süfrələri.
Meşə marmotu
Meşə marmotu (lat. Marmota monax) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Meşə pişiyi
Çöl pişiyi (lat. Felis silvestris) — pişik cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək təhlükəsi altındadır. == Ümumi məlumat == Bədənin uzunluğu 53–70 sm, quyruğun uzunluğu isə 23 – 35 sm — dir. Çəkisi 3.4 – 5.3 kq — a çatır. Quyruğu uzun və nazikdir. Bədənin xəzi, bel tərəfdə boz – sarı, qarın tərəfdə isə çirkli – ağımsov rəngdə olur. Bel tərəfində qara xallar səpələnmiş şəkildədir. Buna görə də, ona bəzən xallı pişik deyilir. Xalları fərdi cəhətdən dəyişkəndir.
Meşə poruğu
Mərcanotuçiçək poruq (lat. Stachys sylvatica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin poruq cinsinə aid bitki növü. == Sinonimləri == Stachys canariensis Jacq. Stachys cordata Gilib. [Invalid] Stachys cordatifolia Gilib. [Invalid] Stachys foetida Gueldenst. ex Ledeb. Stachys glaucescens Muss.Puschk. ex Spreng. Stachys trapezuntea Boiss.
Meşə qrupları
Meşə qrupları - Meşələrin xalq təsərrüfatı əhəmiyyətinə uyğun olaraq, onların yerləşdiyi ərazidən və funksiyalarından asılı olaraq dövlət meşələri üç qrupa (I, II, III) ayrılır. == Ümumi məlumat == I-qrupa əsasən suqoruyucu, torpaqqoruyucu, səhiyyə-gigiyena və sağlamlıq funksiyası daşıyan meşələr daxildir. Bu meşələrdə istifadə olduqca məhdudlaşdırılır. Meşədə yalnız meşə-bərpa, xidməti və sanitar qırıntısına icazə verilir. II qrup meşələrdə başdan-başa, tədrici və seçmə qırıntısına icazə verilir. III qrup meşələr çoxmeşəli rayonlarda yerləşir və burada başdan-başa qırıntı üsulları tətbiq edilir. II, III qrup meşələrinə Ural, Sibir meşələri daxildir. Azərbaycan respublikasının meşələri I qrupa aiddir.
Meşə süleysini
Meşə süleysünü (lat. Dryomys nitedula) gəmiricilər dəstəsinin süleysünlər fəsiləsinə aid məməli heyvan növüdür. == Xarici görünüşü == Ölçücə süleysindən kiçikdir, bədənin uzunluğu 90 – 110 mm, arxa pəncənin uzunluğu isə 19 – 22 mm-dir. Quyruğunun uzunluğu təxminən bədənin uzunluğuna bərabər. Kütləsi 30-40 q-dır. Quyruğu yana daranmış tüklərlə örtülüdür. Kəllənin uzunluğu 24 – 26 mm olub, gözarası məsafə hamardır. Təbil kameraları iri və uzunsov şəkildədir. Xəzi bozumtul-pas və ya sarımtıl-qonur rəngdədir. Buna baxmayaraq, yaşadığı arealdan asılı olaraq rəngi kəskin dəyişə bilər.
Meşə süleysünü
Meşə süleysünü (lat. Dryomys nitedula) gəmiricilər dəstəsinin süleysünlər fəsiləsinə aid məməli heyvan növüdür. == Xarici görünüşü == Ölçücə süleysindən kiçikdir, bədənin uzunluğu 90 – 110 mm, arxa pəncənin uzunluğu isə 19 – 22 mm-dir. Quyruğunun uzunluğu təxminən bədənin uzunluğuna bərabər. Kütləsi 30-40 q-dır. Quyruğu yana daranmış tüklərlə örtülüdür. Kəllənin uzunluğu 24 – 26 mm olub, gözarası məsafə hamardır. Təbil kameraları iri və uzunsov şəkildədir. Xəzi bozumtul-pas və ya sarımtıl-qonur rəngdədir. Buna baxmayaraq, yaşadığı arealdan asılı olaraq rəngi kəskin dəyişə bilər.
Meşə sənayesi
Meşə sənayesi — meşələrdə odun tədarük edən və onun emalı ilə məşğul olan sənaye sahələrinin məcmusu.
Meşə sərhədləri
== Meşənin aşağı sərhəddi == Meşənin aşağı sərhəddi- boreal iqlim şəraitində dağ meşələri aşağı sərhədində meşə-çöl vasitəsilə meşəsiz çöllərlə əvəz olunur. Meşənin meşə-çöl və çöllə (bozqırla) əvəz olunmasına səbəb yağıntının az və havanın nisbi rütubətliyinin aşağı olmasıdır. Belə qanunauyğunluq respublikamızın dağ sistemləri şəraitinə uyğun gəlmir. Belə ki, Böyük Qafqazın cənub yamacında dağın Qanıx-Həftaran vadisinə keçid hissədə rütubətli düzən meşəsi ilə əvəz olunur. Böyük Qafqazın şimal-şərq yamacında meşənin aşağı sərhədi yoxdur. Burada dağlıq ərazi 600 m hündürlükdə Samur-Dəvəçi düzənliyinə keçir. Düzənliyin ərazisində bəzi yerlərdə dənizə qədər meşələrin yayılması müşahidə olunur. Lənkəran regionu ərazisində də meşənin aşağı sərhədi, yəni meşənin çölə, yaxud arid tipli seyrəkliyə keçidi müşahidə edilmir. Burada Lənkəran ovalığında Hirkan tipli məşəliklərin qalıqlarına təsadüf edilir. Respublikanın dağ yamaclarnda meşənin aşağı sərhədinin və antropogen landşaftların mövcudluğu yalnız insan fəaliyyəti ilə bağlıdır.
Meşə sərvətləri
Meşə sərvətləri – iqtisadi və mədəni cəhətdən cəmiyyətin meşəyə olan tələbatını ödəmək üçün meşənin məhsulundan və faydalı xüsusiyyətindən istifadə edilir. == Ümumi məlumat == Meşə sərvətlərinə oduncaq, texniki, ərzaq, yem, dərman bitkiləri, həmçinin meşənin qoruyucusu və ictimai əhəmiyyəti daxildir. Oduncaq sərvətləri-xidməti, səhiyyə və digər meşəqırma işləri vaxtı əldə edilir. Texniki sərvətlərə quttaperça, mantar qabığı, tinnidlər (gönü aşılamaq üçün), müxtəlif üzvi rəngləyicilər və s. aiddir. Meşənin ərzaq sərvətlərinə – meyvə, giləmeyvə, göbələk, qoz, yem otları, həmçinin vəhşi heyvan və quşlar daxildir. Bura həmçinin meşə ərazisində yerləşdirilən arıların məhsulu aid edilir. Yem sərvətlərinə meşə sahəsindən əldə edilən ot, çırpı, yem məqsədilə toplanan meyvələr (palıd qozası və s.) daxildir. Meşənin dərman sərvətləri farmakologiyada geniş istifadə olunur. Dərman preparatlarının 40%-dən çoxu dərman bitkilərindən hazırlanır.
Meşə taksasiyası
Meşə taksasiyası – meşə sərvətlərinin uçotu, keyfiyyətcə kəmiyyətcə xarakteristikasını və dinamikasını aşkar etmək üçün kompleks texniki tədbirlər. == Ümumi məlumat == Meşə taksasiyası ağacların, meşə massivlərinin həcmini, ehtiyatını, ayrı-ayrı ağacların və meşəliyin artımını hesablamaq üçün metodları öyrənir. Meşə taksasiyası meşə təsərrüfatı fəaliyyətini səmərəli planlaşdırmaq, meşənin dinamikasına, inkişafına və mövcud meşəliklərin bitmə şəraitinə görə optimallığına qiymət vermək, meşə təsərrüfatının düzgün aparılmasına, görülən təsərrüfat tədbirlərinin keyfiyyət və effektivliyinə nəzarət etmək haqqında məlumat verir.
Meşə tütəkotu
Meşə təsərrüfatı
Meşə təsərrüfatı — istehsal sahəsi: meşələri öyrənmək, qeydiyyata almaq, yeni meşələr salmaq, onları yanğından, xəstəlik və zərərvericilərdən qorumaq, meşələrin qoruyucu və sutəmizləyici funksiyasını saxlamaqla, xalq təsərrüfatının meşə materialına olan tələbatını ödəmək məqsədilə meşələrdən səmərəli istifadə olunmasını təmin edir. Meşə təsərrüfatı meşədən odun, dərman və texniki xammal, yeyinti məhsulları və s. istehsal edir. Meşədən torpaq və suqoruyucu, iqlim saflaşdırıcı, kurortoloji, rekreasiya və s. məqsədlər üçün istifadə olunur. Meşə təsərrüfatının əsas vəzifələrindən biri də meşələrin bərpası və yeni meşəliklər salınmasıdır. == Meşə təsərrüfatının kimyalaşdırılması == Meşə təsərrüfatında kimyəvi vasitələrdən istifadə olunması; Meşə təsərrüfatı kimyalaşdırılması özündə aşağıdakıları cəmləşdirir: meşənin ziyanverici cücülərdən və xəstəliklərdən qorumaq üçün, tingliklərdə və meşə əkinlərində alaq otları ilə mübarizədə pestisidlərin istifadə olunması; tingliklərdə əkin materialının keyfiyyətini, davamlılığını, boy artımını yüksəltmək məqsədilə mineral gübrələrdən istifadə olunması; meşə yanğınlarını söndürmək üçün kimyəvi vasitələrdən istifadə edilməsi və s.
Meşə vallabisi
Meşə vallabisi (lat. Dorcopsis) — kenqurular fəsiləsinə aid heyvan cinsi.
Meşə çiyələyi
Meşə çiyələyi (lat. Fragaria vesca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. Çiyələyin məlum olan 20 növündən bir növü – meşə çiyələyi Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır və ehtiyatı çoxdur. Meşə çiyələyi mayın axırı, iyunun əvvəllərindən başlayaraq bütün yayı çiçəkləyir. Çiçəkləri ağ rəngli olub ətirlidir. Meyvələri iyunavqustda yetişir. Meyvələri ətirli, şirin, meyxoş olub, forması yumurtavari və uzun konusvaridir. Rəngi qırmızı, ağ, bəzən bənövşəyi olur. Çiyələk xırda meyvəciklərin birləşməsindən əmələ gəlib, hər meyvəciyin üzərində qeyri-həqiqi xırda sarı toxum yerləşir. Meşə çiyələyinin tərkibində 6% şəkər (fruktoza və qlükoza), 1,5% üzvi turşu (alma, limon), 1,5% azotlu maddə, 0,4% aşılayıcı maddə, 1,3% pektinli maddə, 20-50 mq% C vitamini, 3,5 mq% karotin, dəmir və kalium duzları, efir yağları vardır.
Meşə çuğundurotu
Meşə çuğundurotu (lat. Alyssum montanum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin çuğundurot cinsinə aid bitki növü.
Meşə ördəyi
Meşə ördəyi (lat. Aix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Meşə örtüyü
Meşə üzümü
Mədəni üzüm (lat. Vitis vinifera) - üzüm cinsinə aid bitki növü. == Ümumi yayılması: == Аzərbаycаn, Оrtа Аsiyа, Rusiya, Ukrayna, Moldaviya, Gürcüstan, Türkiyə, İrаn, Əlcəzаir, Аvrоpа və Şimаli Аmеrikа ölkələrində təbii аrеаllаrı vаrdır. == Azərbaycanda yаyılmаsı: == Naxçıvan MR, Zаqаtаlа-Bаlаkən, Lеrik, Yаrdımlı, Оğuz, Qəbələ, Хаnlаr rаyоnlаrı ərаzilərində yаyılmışdır. == Stаtusu: == Аzərbаycаnın nаdir, rеlikt bitki növüdür.VU D2. == Bitdiyi yеr: == Meşələrdə, düzənliklərdən başlayıb orta dağ qurşağına qədər olan ərazilərdə rast gəlinir. == Təbii еhtiyаtı: == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri: == Mеşə üzümü sаrmаşаn və dırmаşаn bitkidir. Gövdəsinin rəngi bоzumtul olub nazik çıxıntılıdır. Yаrpаqlаrı sаdə, dilimlidir.
Meşə ətirşahı
Meşəlik ətirşahı (lat. Geranium sylvaticum) — ətirşah cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == 60 sm hündürlükdədir. Kökətrafı yarpaqlar uzun tüklü saplaqlı, üst hissədən sıx, aşağı hissədən damarların üzərində tükcüklü, böyrəkvari-yumru, 6-7 bölümlü, enli rombvari, lələkvari bölümlü və ya iridişcikli hissəlidir; orta yarpaqlar daha qısa saplaqlı, yuxarıdakılar oturaq və qarşı-qarşıya düzülmüşdür. Çiçəkləri çoxsaylı, yuxarı hissədə olur. Ləçəkləri tərsyumurtavari, 14– 17 mm uzunluqda, tündqırmızı-bönövşəyi rənglidir. Erkəkcik sapı aşağıda enli və kirpikciklidir. Meyvənin tayları (layları, qanadları) tükcüklüdür. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Meşə talalarında və çəmənlərdə bitir.