Meşə örtüyü

Respublikamızın meşə örtüyü haqqında hər tərəfli geniş məlumatla oxucu «Azərbaycanın meşələri»(Məmmədov, Xəlilov 2002)[1] kitablarında tanış ola bilər. Aşağıda meşələrimiz haqqında qısa məlumat verilir[2]. Dünyanın digər regionlarına nisbətən respublikamız az meşəli sayılır.

Sahəsi[redaktə | mənbəni redaktə et]

Ümumi ərazimizin yalnız 11%-i meşə ilə örtülüdür, yəni hər adam başına 0,14 ha meşə düşür.

Tərkibi[redaktə | mənbəni redaktə et]

Lakin meşələrimiz ağac, kol və heyvanat aləmi ilə olduqca zəngindir. Burada 450-dən çox yabanı ağac və kol növü bitir, onların 70-i endemik növ olub respublikamızdan başqa dünyanın heç bir yerində təbii halda bitmir. Qeyd edək ki, hələ yaxın keçmişdə respublikamızın bitki və heyvanat aləmi olduqca zəngin olmuşdur. Bir sıra bitki və heyvan növlərinin kökü kəsilərək adları flora və faunamızdan silinmişdir. Bir çox qiymətli ağac cinslərindən ibarət meşələrin sahəsi xeyli azalmışdır. Keçən əsrdə qoz, palıd, və digər qiymətli ağac cinsləri bəzi rayonlarda başdan-başa kəsilərək baha qiymətlə xaricə satılmış, əkinçilik və maldarlığın inkişafı ilə əlaqədar olaraq geniş meşə sahələri məhv edilmişdir.

Qırmızı kitaba daxil olan bitkilər[redaktə | mənbəni redaktə et]

Hazırda bəzi ağac və kol növləri - dəmirağac (Parrotia persica), azatağac (Zelkova), qaraçöhrə (Taxus baccata), ipək (və ya Lənkəran) akasiyası (Albizzia yulibrissin), ayıfındığı (Colurus colurna), araz palıdı (Quercus Araxina), şərq çinarı (Platanus orientalis), Xəzər lələyi (Gleditschia Caspica), meşə üzümü (Vitis silvestris), adi nar (Punica granatum), adi xurma (qafqaz xurması-Diospyros lotus), söyüdyarpaq armud (Pyrus salicifolia) və s. adları «Qırmızı kitaba» salınmış, onların mühafizəsi və artırılması üzrə tədbirlər irəli sürülmüşdür.    

Xarici keçid[redaktə | mənbəni redaktə et]

  • Qırmızı kitab[3]
  • Azərbaycan Qırmızı Kitabı[4]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Istinad[redaktə | mənbəni redaktə et]

  1. Məmmədov Q.Ş., Xəlilov M.Y. Azərbaycanın meşələri. Bakı “Elm” nəşr., 2002. 472 s.
  2. Quliyev V.Ş., Xəlilov M.Y. Dendrologiya. Bakı, 2000. 260 s. Əliyev H.Ə., Xəlilov M.Y. Təbiətin yaşıl libası. “Gənclik” nəşr., Bakı, 1988. 174s.1.Əsədov K.S. Böyük Qafqazın yabanı meyvə bitkiləri. Bakı, 1981. 128 s.
  3. "Arxivlənmiş surət". 2021-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-11.
  4. "Arxivlənmiş surət". 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-11.