Kimyəvi meliorasiya

Kimyəvi meliorasiya[redaktə | mənbəni redaktə et]

Iş başında olan meliatorlar

Torpağın xassələrini yaxşılaşdırmaq və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltmək üçün torpağa kimyəvi təsir göstərmək üsulları sistemi. Kimyəvi meliorasiya üsulları: torpaqda yüksək turşuluğa qarşı əhəngli gübrələrdən istifadə edilməsi. (əsasən çimli podzol torpaqlar üçün; torpağın gipslənməsi (şorakətli torpaqlar üçün) – qələviliyi azaltmaq üçün torpağa gips verilir; torpağın turşulaşdırılması (neytral və qələvi reaksiyalı torpaqlar üçün), bu məqsədlə torpağa natrium 2-sulfat verilir. (bəzi bitkilər üçün, məs. çay bitkisi); Kimyəvi meliorasiyaya həmçinin melorasiya olunan torpağı tam yaxşılaşdırmaq üçün yüksək dozada mineral və üzvi gübrələrin verilməsi də aid edilir. Kimyəvi meliorasiya adətən hidrotexniki meliorasiya ilə birlikdə aparılır. (məs. şorakət torpaqların yuyulması).

Kimyəvi optium[redaktə | mənbəni redaktə et]

Torpaqsu mühitində orqanizmin maksimum məhsuldarlığını təmin edən kimyəvi elementlərin tərkibi və nisbəti. [1]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. “Elm” nəşriyyatı. Bakı: 2003