Mirsad Türkcan
Mirsad Türkcan (türk. Mirsad Türkcan), ilkin adı Mirsad Yahoviç (serb. Мирсад Јаховић; doğum tarixi 7 iyun 1976-cı il. Novi-Pazar, Raşka dairəsi, Yuqoslaviya) — Serb əsilli Türkiyə peşəkar basketbolçusu. Uzun hücumçu mövqeyində oynuyurdu.
== Bioqrafiyası ==
Mirsad Yahoviç Yuqoslaviyanın Novi Pazar şəhərində anadan olmuşdur və gənc yaşlarında Efes Pilsen məşqişilərinin dəvəti ilə Türkiyəyə köçmüş və adını Mirsad Türkcan olaraq dəyişdirmişdir. Professional basketbol karyerasına Türkiyənin Efes Pilsen klubunda başlamışdır. 1998-ci ildə Hyuston Rokets klubu tərəfindən NBA seçmələri üçün seçildi, daha sonra oyunçunun hüquqları Filadelfiya Seventi Siksers klubuna keçdi. 1999-cu ildə isə Nyu-York Niksiyə verildi. 1999/2000 mövsümündə Türkan, New York Niks və Miluoki Baksda 17 matçda qalib gələrək, Türkiyənin NBA-dakı ilk nümayəndəsi oldu.