Mirsad Türkcan (türk. Mirsad Türkcan), ilkin adı Mirsad Yahoviç (serb. Мирсад Јаховић; doğum tarixi 7 iyun 1976-cı il. Novi-Pazar, Raşka dairəsi, Yuqoslaviya) — Serb əsilli Türkiyə peşəkar basketbolçusu. Uzun hücumçu mövqeyində oynuyurdu.
Mirsad Türkcan | |
---|---|
Mövqeyi | Uzun hücumçu |
Boyu | 206 sm[1] |
Çəkisi | 102 kq |
Vətəndaşlığı | |
Doğum tarixi | 7 iyun 1976 (48 yaş) |
Oyunçu seçimi | Hyuston Rokets |
Vikianbarda əlaqəli mediafayllar |
Mirsad Yahoviç Yuqoslaviyanın Novi Pazar şəhərində anadan olmuşdur və gənc yaşlarında Efes Pilsen məşqişilərinin dəvəti ilə Türkiyəyə köçmüş və adını Mirsad Türkcan olaraq dəyişdirmişdir. Professional basketbol karyerasına Türkiyənin Efes Pilsen klubunda başlamışdır. 1998-ci ildə Hyuston Rokets klubu tərəfindən NBA seçmələri üçün seçildi, daha sonra oyunçunun hüquqları Filadelfiya Seventi Siksers klubuna keçdi. 1999-cu ildə isə Nyu-York Niksiyə verildi. 1999/2000 mövsümündə Türkan, New York Niks və Miluoki Baksda 17 matçda qalib gələrək, Türkiyənin NBA-dakı ilk nümayəndəsi oldu.
2000-ci ildə Türkan Avropaya qayıtdı. Karyerası boyu o Fransanın Racing, Rusiyanın MOİK və Dinamo, İtalyanın Siena, Türkiyənin Ulker və Fənərbaxça Ulker komandalarında oynadı. Karyerası boyu İki dəfə 2003 və 2004-cü illərdə Avroliqanın Final Dördlüyündə oynadı. Mirsad Avro Liqa tarixində ən çox rebound edən (1287) basketbolçu statusuna malik idi.[2] Bu rekord sonradan Felipe Reys tərəfindən qırıldı.[3]
O, oyun karyerasını 2012-ci ilin sentyabrında başa vurdu.[4] Fənərbaxça Ulker Klubu onun 6 nömrəli formasını əbədiləşdirdi.[5].
Mirsadın bacısı Emine Yahoviç Serbiyada məşhur bir pop müğənnisidir. Türkiyədə Emin Sandal kimi tanınan, türkiyəli müğənni Mustafa Sandal ilə evlənib.
18 dekabr 2005-ci ildə Mirsad Miss Serbia və Monteneqro 2005 gözəllik müsabiqəsinin qalibi 18 yaşlı Dina Dzankoviç ilə evləndi. Üç övladı var: oğlu Nusret və qızları Naba və Kariya.