MOP

mop1

n 1. lif, süpürgə; 2. gur / dağınıq saç

mop2

v 1. liflə / süpürgə ilə yumaq / silmək; to ~ the floors döşəməni süpürgə ilə yumaq / silmək; 2. silmək, qurutmaq (göz yaşlarını); to ~ one’s brow with one’s handkerchief alnını ol dəsmalı ilə silmək; to ~ up silib təmizləmək; to ~ up a m ess zibili silib təmizləmək

MOOTED
MOP-HEAD
OBASTAN VİKİ
Gi de Mopassan
Anri Rene Alber Gi de Mopassan (fr. Henri René Albert Guy de Maupassant; 5 avqust 1850 – 6 iyul 1893, Pasi[d], Paris, Üçüncü Fransa Respublikası) — Fransa yazıçısı. == Həyatı == Anri Rene Alber Gi de Mopassan 5 avqust 1850-ci ildə Fransanın Dənizkənarı Sena departamenti, Turvilyasur-Ark yaxınlığındakı Miromenil qəsrində anadan olmuşdur. Atası yoxsullamış zadəgan, anası mədəni burjua ailəsindən idi. O, Ruan liseyini bitirmiş, 1869-cu ildə bakalavr adı almışdır. Mopassan ömrünün son ilərində dərin mənəvi böhran keçirmişdir. O, 1891-ci ildə ruhi xəstəliyə tutulmuş, tədriclə görmə qabiliyyətini, yaddaşını itirmiş, 2 yanvar 1892-ci ildə intihar etməyə cəhd göstərmişdir. 6 iyul 1893-cü ildə Parisdəki psixiatriya xəstəxanasında beyin iflicindən vəfat etmişdir. == Yaradıcılığı == Yaradıcılığa 1870-ci illərdə anasının uşaqlıq dostu Qüstav Floberin bilavasitə köməyi ilə başlamış, onun vasitəsilə fransız yazıçıları, habelə ikinci müəllimi hesab etdiyi İvan Turgenevlə tanış olmuşdur. İlk hekayə kitabını ("Telyenin müəssisəsi", 1881) Turgenevə ithaf etmişdir.
Moped
Moped - sürəti təxminən velosiped kimi olan, balaca motosiklet olub, sürücülük lisenziyası almaq avtomobil və motosikletdən asandır. Dəqiq təsvir etsək, mopedi həm mühərrik, həm də pedal ilə sürmək mümkündür. Amma hüquqi olaraq moped boyda olan bütün motosikletlər, pedalı olmasa belə, moped adlanır.
Mopla
Mopla və ya Mapilla — Cənubi Hindistanda Mədrəs əyalətinin Malabar mahalında yaşayan malayali xalqının dini müsəlman olan icması. Mopla IX əsrdə yaranmışdır. Dini və inzibati mərkəzi Psani şəhəridir. Moplanın əsas dini təhsil müəssisəsi də buradadır. == İstinadlar == == Əlavə ədəbiyyat == Маппила // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Mopla // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия.
Mopla üsyanı
Mopla üsyanı və ya Malabar üsyanı — 1921-ci ildə Britaniya Hindistanının Mədrəs əyalətinin Malabar mahalında mopla əhalisinin antifeodal və antiimperialist üsyanı. == Üsyan == Moplanın əksəriyyətini icarədarlar və kənd təsərrüfatı fəhlələri təşkil edirdi. Üsyan 20 avqust 1921-ci il tarixində möminlərin yığışdıqları Tiruranqadi məscidində ingilis müstəmləkəçi qoşunlarının basqını ilə başlamışdır. Xilafət hərəkatının iştirakçısı, arabacı Variyan Hacı Günəhmədin başçılığı ilə 50 min nəfərlik üsyançılar Ernad və Valluvanad mahallarını ələ keçirmiş, "xilafət padşahlığı" elan etmişdir. Hinduist icarədarlar da Mopla üsyanına qoşulmuşdur. Mopla üsyanı 1921-ci ilin sonunda amansızlıqla yatırılmışdır. Dağlara çəkilmiş üsyançıların silahlı mübarizəsi 1922-ci ilin fevralın sonuna qədər davam etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == The Mappilla Rebellion, 1921: Peasant Revolt in Malabar, Robert L. Hardgrave, Modern Asian Studies, Vol. 11, No. 1 (1977), Cambridge University Press.
Pyer Lui Mopertyui
Pyer Lui Mopertüi (ing. Pierre-Louis Moreau de Maupertuis; d. 1698, Fransa – 27 iyul, 1759, İsveçrə) — Fransız alimi; 1736-1737-ci illərdə dərəcə ölçmələri üçün lapland ekspedisiyasına rəhbərlik etmişdir; ən az təsir prinsipini ilk dəfə ifadə etmişdir.
Pyer Lui Mopertüi
Pyer Lui Mopertüi (ing. Pierre-Louis Moreau de Maupertuis; d. 1698, Fransa – 27 iyul, 1759, İsveçrə) — Fransız alimi; 1736-1737-ci illərdə dərəcə ölçmələri üçün lapland ekspedisiyasına rəhbərlik etmişdir; ən az təsir prinsipini ilk dəfə ifadə etmişdir.