Moplanın əksəriyyətini icarədarlar və kənd təsərrüfatı fəhlələri təşkil edirdi. Üsyan 20 avqust 1921-ci il tarixində möminlərin yığışdıqları Tiruranqadi məscidindəingilis müstəmləkəçi qoşunlarının basqını ilə başlamışdır. Xilafət hərəkatının iştirakçısı, arabacı Variyan Hacı Günəhmədin başçılığı ilə 50 min nəfərlik üsyançılar Ernad və Valluvanad mahallarını ələ keçirmiş, "xilafət padşahlığı" elan etmişdir. Hinduist icarədarlar da Mopla üsyanına qoşulmuşdur. Mopla üsyanı 1921-ci ilin sonunda amansızlıqla yatırılmışdır. Dağlara çəkilmiş üsyançıların silahlı mübarizəsi 1922-ci ilin fevralın sonuna qədər davam etmişdir.[2]
↑Мопла үсјаны // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 57.