İohann Mixael Moşeroş
İohann Mixael Moşeroş (Johann Michael Moscherosch, 7 mart 1601, Vilştet — 4 aprel 1669, Borms) — alman şairi.
== Həyatı ==
Alman ədəbiyyatında sati-rik nəsrin ilk görkəmli nümayəndələrindən biri Yoxan Mixael Moşeroşdur. Moşeroşun əcdadı qədim Araqon zadəganlarından olmuşdur. XVI əsrin başlanğıcından onlar Niderlanda köçmüş, oradan da Almaniyaya gələrək burada feodal bürokratiyasına qaynayıb qarışmışlar. Atası Vilştadt da alman idi. Moşeroş da burada anadan olmuş, latın məktəbini bitirəndən sonra Strasburq universitetində oxumuşdur. Otuzillik müharibə dövründə onun əmlakı dəfələrlə qarət olunmuş, özü isə Strasburqa qaçaraq orada məmur işləmişdir. 1656-cı ildən o, müxtəlif knyazların saraylarında yüksək vəzifələrdə çalışmışdır.
Moşeroşun çoxcəhətli ədəbi irsində "Finander fon Zittevaldın qəribə və həqiqi yuxuları" romanı xüsusi yer tutur. Ədib Fransisko de Kevedonun "yuxugörmələr" üsulundan istifadə etsə də, hadisələrin realist, canlı və obrazlı təqdimi ilə ondan seçilir.