Moşu Göyəzənli

Moşu Göyəzənli - dramaturq Vaqif Səmədoğlunun "Bəxt üzüyü" pyesinin əsas qəhrəmanlarından biri. Şair və aşıq. 1991-ci ildə Azərbaycanın xalq şairinin eyni adlı pyesi əsasında lentə alınmış "Bəxt üzüyü" filmində eyni adlı və yüngül şairlik qabiliyyətinə malik, vətənpərvər, özünə xalq şairi deyən, Mehtər Babasının poemasını bitirə bilməyən, “xoşbəxtliy”ə qafiyə axtaran personaj.[1]

Moşu Göyəzənli
Yaradan Vaqif Səmədoğlu
Əsər "Bəxt üzüyü" pyesi
Uyğunlaşdırma Bəxt üzüyü (film, 1991)
Uyğunlaşdırma adı Moşu Göyəzənli
Canlandıran Valeh Kərimov
Məlumat
Ləqəbi Şair
Cinsi Kişi
Doğum yeri Qazax rayonu
Peşəsi Şair, aşıq
Ailəsi
Həyat yoldaşı Söylü
Uşağı 6
Yaxın qohumu Babası: Mehtər

Moşu Göyəzənli Qazaxda doğulmuşdur. Həyat yoldaşı Söylüdən 6 oğul uşağı vardır və biri də dünyaya gəlmə ərəfəsindədir. Zəif bir şair olsa belə eyni zamanda güclü vətənpərvərdir və aşıqdır. Sözünü deyən, əsəbi və həyat yoldaşına xəyanət etməyən namuslu kişi xarakterinə malikdir. O, zəif sözbaz olduğu qədər də sadəlövhdür.[1] Xoşbəxtliyə qafiyə axtararaq öz-özünü və ətrafındakıları aldadır.[2]

  1. 1 2 ""Məşhur filmlərdən məşhur SİTATLAR" - "Bəxt üzüyü"nün dillər əzbəri olan ifadələri: "Adsız dəyirmanda xorez oler"". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.
  2. ""Bəxt üzüyü" filmi / Maraqlı məqamlar". 2021-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-11.