Bu məqalə qaralama halındadır. |
Moshe Dayan (ivr. משה דיין; 20 may 1915 – 16 oktyabr 1981) — İsrail hərb və dövlət xadimi.
Moşe Dayan | |
---|---|
ivr. משה דיין | |
| |
İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi[d] | |
6 dekabr 1953 – 29 yanvar 1958 | |
İsrailin kənd təsərrüfatı və kənd inkişafı naziri[d] | |
17 dekabr 1959 – 4 noyabr 1964 | |
İsrailin müdafiə naziri[d] | |
5 iyun 1967 – 3 iyun 1974 | |
Sonrakı | Şimon Peres |
Knesset üzvü[d] | |
30 noyabr 1959 – 16 oktyabr 1981 | |
İsrailin xarici işlər naziri[d] | |
20 iyun 1977 – 23 oktyabr 1979 | |
Sonrakı | Yitzhak Şamir |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İsrail |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | Təl-Əviv . İsrail |
Vəfat səbəbi | xərçəng xəstəliyi, kolorektal xərçəng, ürək tutması |
Partiya |
|
Fəaliyyəti | siyasətçi, zabit, arxeoloq |
Dini | ateizm[1] |
Hərbi xidmət | |
Mənsubiyyəti | İsrail, Birləşmiş Krallıq |
Qoşun növü | Haqana, İsrail Silahlı Qüvvələri |
Rəhbərlik edib |
|
Döyüşlər | |
Rütbəsi | Rav Aluf[d] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Moşe Dayan Fələstində yəhudi kəndində doğulmuş və bütün gəncliyini öz kəndlərini ərəblərdən qorumaqda, sonra isə partizan müharibəsində keçirmişdi. Moşe Dayan XX əsrin 30-cu illərin ortalarında ingilis batalyonlarında sərt təcrübə məktəbi keçmişdir. İkinci dünya müharibəsində ingilis ordusunda iştirak edərkən binokluna dəyən güllə nəticəsində bir gözünü itirmişdi.
Moşe Dayan 1945-ci ildə zabit rütbəsində tərxis olunub Fələstinə gəlir. O zaman Fələstin ərazisində 1 milyon 200 min ərəb, 650 min yəhudi yaşayırdı. Bura ingilislərin əlində idi. Lakin onlar BMT-nin qərarı ilə ölkədən çıxıb getdikdən sonra ərəblərlə yəhudilər arasında ölkəyə sahib olmaq, daha doğrusu, burada mövcud olmaq uğrunda gərgin mübarizə başlandı.
Moşe Dayan 1948-ci il yanvarın 10-da ərəb azadlıq ordusu yarandı. Lakin yəhudilər o zaman David Ben Qurionun başçılığı ilə daha sıx birləşmiş qüvvə idilər. Bu qüvvələr arasında gərginlik son həddə çatdı. Yəhudi hərbi dəstələrinin məqsədi terror yoluyla özlərinə həyat sahəsi əldə etmək idi. Bunu görüb qonşu ərəb dövlətləri Fələstindəki yəhudi icmalarını ləğv etmək üçün Transiordaniya kralı Abdulla ibn Hüseynin başçılığı ilə hərəkətə gəldilər. Yəhudilərin 10 təyyarəsi, 109 tankı, 1 tank batalyonu və minomyotçuları, ərəblərin isə 50 təyyarəsi, 50 tankı, 147 topu vardı.
Beləliklə, yəhudilər 1948-ci ilin mayın 10-dan 1949-cu ilin iyununa kimi ərəblərlə ölüm-dirim mübarizəsində öz varlıqlarını qorudular. On minlərlə qurban verib beş qonşu ərəb dövləti ilə beş cəbhədə vuruşdular və qalib gəldilər. Onlara Ştern Qanq, İrqun Tevay, İqal Allon, Devid Markus Moşe Dayan və başqa zabitlər komandanlıq edirdilər. Belə zabitlərdən biri də David Ben Qurion idi. Ərəblərə isə ingilis general-leytenantı Con Beqot Qlabbın başçılığı ilə təcrübəli ərəb generalları başçılıq edirdilər.
1956-cı ildə 1948-ci ilin sülh sazişi pozuldu. Əslində toqquşmalar heç vaxt ara vermirdi. Bu dəfə gərginlik Misir tərəfindən başlandı. Asuan bəndinin tikintisindən ABŞ və İngiltərənin imtina etməsi Camal Əbdül Nasirin Süveyş kanalını milliləşdirməyə sövq etdi. Bunu görən İsrail dövləti hadisələri qabaqlamağı qərara aldı. Yəhudilər bir neçə Misir şəhərini və Sinay yarımadasını ələ keçirdilər. Sonra tərəflər BMT-nin qərarı ilə sülh sazişi imzaladılar. Bu səkkiz günlük müharibə nəticəsində Moşe Dayan artıq general rütbəsində qərargah rəisi idi.
Nəhayət, 1967-ci il gəlib çatdı. Fələstin ərəbləri ilə yəhudilər heç cür Fələstin ərazilərini bölə bilmirdilər. Yəhudilər işğal etdikləri yerlərdə hər gün yeni-yeni yaşayış məskənləri salırdılar. Çünki vaxtilə 650 min nəfərlik İsrail dövlətinin əhalisi artıq gəlmələr nəticəsində üç milyonu keçmişdi.
General Dayanın hərbi istedadı nəhayət, üçüncü ərəb-israil müharibəsində özünü parlaq şəkildə göstərdi. Bu zaman hərbi nazir işləyən Moşe Dayan İsrail hərbi əməliyyatlarının taktiki və strateji planlarının yaradıcısı idi. 5-10 iyun 1967-ci ildə baş verən altı günlük müharibədə yəhudilər həm Suriya, həm Misir, həm də İordaniya ərəblərini məğlub etdilər. Nəhayət, 1973-cü ilin 6-24 oktyabr müharibəsində Moşe Dayanın başçılıq etdiyi diviziyalar dördüncü dəfə qonşu ərəb dövlətlərini diz çökdürdü və Sinay yarımadası ilə Holan təpələrini ələ keçirdi. İsrail ərazisi indiki şəklini aldı və təkgöz Moşe Dayan yəhudi peşəkar hərbçiliyinin rəmzi və yəhudilərin milli qəhrəmanı oldu.