MUFTA

[ alm. ]
1. tex. Val, boru və s. kimi silindrik şeyləri bir-birinə rəbt etmək üçün metal halqa, bilərzik.
2. Əlləri soyuqdan qorumaq üçün xəzdən və s.-dən hər iki tərəfi açıq isti kisəcik.
[Mariya] kürkünü çıxartmayıb, əllərini muftaya soxub oturmuşdu. Çexovdan.

MUFLÓN
MUĞ
OBASTAN VİKİ
Mufta
Mufta — bir-birinə nisbətən oxboyu fırlanan vallar, çarxlar və ya başqa fırlanan hissələr arasında daimi və ya müvəqqəti ötürmə yaratmaq və bununla bir tərəfdən digər tərəfə qüvvə ötürmək üçün birləşmə qurğusudur. Muftaların sinifləşdirilməsi üçün birləşmənin işə salınması növü əsas götürülür. Birinci halda ayrılmayan muftalardan istifadə edilir. Fırlanan hissələri tez-tez birləşdirmək və ya ayırmaq üçün ayrılıb-qoşulabilən muftaların tətbiqi əlverişlidir. Ayrılabilməyənlər sərt və elastiki olaraq iki qrupa bölünürlər. Sərt muftalar bir-birinə nisbətən dəqiq fırlanan vallarda tətbiq olunur. Bunlar kinematik və sürtünmə ilişməsinə ayrılırlar. Elastiki muftalarla birləşmiş valların fırlanma dəqiqliyi aşağı olur. İlişmə yaranan xətalardan asılı olaraq eninə, uzununa, bucaq və dönmə istiqamətlərində elastiki olanlara bölünür. Həm də müxtəlif elastikli muftaları kombinasiya etmək olar.

Digər lüğətlərdə

бункеро́вщик бу́стер за́дом кора́лловый поселя́ться сконча́ние сто́почкой чухна́ бесподо́бно горизонта́льно лазаря петь перело́паться пинг-по́нговый самооса́дка сахарозаво́д сори́ть словами утилитари́зм центробе́жный fully-lined hematogenic pie chart punctually statehood trough unessential