Boynundan bir çox kiçik və iri muncuqlar asmış bir dərviş … əlində kəşkül və təbərzin oxuya-oxuya gedir.
[Bülənd] …Nazlının boynundakı kəhrəbaların və muncuqların hamısını dartıb qopartdı.
□ Muncuq kimi – bir biçimdə, bir boyda (adətən yumru şəkildə) olan şeylər haqqında. Üzündən muncuq kimi tər axır.
// Müntəzəm sıra halında düzülmüş şeylər haqqında.
Reyhan xanım daxil oldu, Rüxsarə xanımı görüncə muncuq kimi düzülmüş ağ dişləri göründü.