Muncuqtəpə yaşayış yeri — Naxçıvan şəhərinin təqribən 3 kilometrliyində, Qaraçuq kəndi yaxınlığında Orta əsrlərə aid yaşayış yeri.[1]
Muncuqtəpə yaşayış yeri | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Naxçıvan |
Yerləşir | Qaraçuq kəndi yaxınlığında |
Tikilmə tarixi | XII-XVII əsrlər |
Üslubu | arxeoloji abidə |
Kateqoriya | Yaşayış yeri |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Araz su qovşağının tikintisi ilə əlaqədar 1969-cu ildə arxeoloji qazıntılar aparılmış, tikinti qalıqları, dəmir əşyaları, şirli və şirsiz saxsı məmulatı aşkar olunmuşdur. Tapıntılara əsasən Muncuqtəpə yaşayış yerini XII-XVII-ci əsrlərə aid etmək olar.