Mığmığa qızdırması
Pappataçi qızdırması, mığmığa qızdırması və ya üçgünlük qızdırma — mığmığaların sancması nəticəsində virusların orqanizmə keçməsindən törəyən xəstəlik.
== Simptomlar ==
Xəstəlik inkubasiya dövründən sonra (3–6 gün) kəskin başlayır, temperatur yüksəlir (3–5 gün), başağrısı, gözü hərəkət etdirdikdə, baldır əzələlərində, bel-oma nahiyəsində ağrı olur. Xəstəlik başlayandan 24–26 saat sonra xəstənin qanında virus tapılır.
== Yayılması ==
Pappataçi qızdırması isti ölkələrdə, yəni Afrika, Asiya, Amerika, Avropanın Aralıq dənizi sahillərində geniş yayılmışdır. Krımda, Moldovada, Mərkəzi Asiya və Qafqazda rast gəlmək olur. Xəstəlik mığmığaları qırmaqla ləğv edilir.