Pappataçi qızdırması, mığmığa qızdırması və ya üçgünlük qızdırma — mığmığaların sancması nəticəsində virusların orqanizmə keçməsindən törəyən xəstəlik.
Pappataçi qızdırması | |
---|---|
| |
XBT-10 | A93.1 |
XBT-10-KM | A93.1 |
XBT-9 | 066.0066.0 |
XBT-9-KM | 066.0[1][2] |
MeSH | D010217 |
Vikianbarda əlaqəli mediafayllar |
Xəstəlik inkubasiya dövründən sonra (3–6 gün) kəskin başlayır, temperatur yüksəlir (3–5 gün), başağrısı, gözü hərəkət etdirdikdə, baldır əzələlərində, bel-oma nahiyəsində ağrı olur. Xəstəlik başlayandan 24–26 saat sonra xəstənin qanında virus tapılır.[3]
Pappataçi qızdırması isti ölkələrdə, yəni Afrika, Asiya, Amerika, Avropanın Aralıq dənizi sahillərində geniş yayılmışdır. Krımda, Moldovada, Mərkəzi Asiya və Qafqazda rast gəlmək olur. Xəstəlik mığmığaları qırmaqla ləğv edilir.[3]