NAMƏRBUT

sif. [ fars. na… və ər. mərbut] Nalayiq, namünasib. Namərbut söz.
[Fəxrəddin bəy:] Bilirsən nə var, ana, belə namərbut hərəkət ancaq bizim bu xaraba vilayətdə baş verə bilər… N.Vəzirov.
Camaat arasında namərbut, namünasib hərəkətlər artıb. Mir Cəlal.

// Söyüş məqamında işlənir (bəzən zarafatla).
[Hacı Mehdi:] Bəs, namərbut, neçə vaxtdır gəlib, mənə niyə xəbər eləməyibsən? Ə.Haqverdiyev.
[Hacı Murad:] Kəs səsini nadürüst, namərbut! S.S.Axundov.

NAMƏLUMLUQ
NAMƏRD

Digər lüğətlərdə