NEIGHBOURHOOD

neighbourhood1

n 1. qonşuluq, yaxınlıq; to live in the ~ of London Londonun yaxınlığında yaşamaq; 2. rayon, bölgə, məhəllə, kvartal; We live in a wealthy neighbourhood Biz varlı məhəllədə yaşayırıq; 3. qonşular; He was laughed at by the whole neighbours Bütün qonşular ona güldülər / onu ələ saldılar;

◊ in the ~ of təxminən, təqribən; a sum ~ 500 $ təxminən / təqribən 500 $ məbləğində

neighbourhood2

adj məhəlli; yerli; ~ schools məhəlli məktəblər; ~ papers yerli qəzetlər

NEIGHBOUR
NEIGHBOURING
OBASTAN VİKİ
The Neighbourhood
The Neighbourhood (bəzən "THE NBHD" kimi göstərilir) — 2011-ci ildə Kaliforniya ştatının Nyuböri-Park şəhərində qurulmuş amerikan rok qrupu. Qrup müğənni Cessi Ruterford, gitaraçılar Ceremi Fridman və Zak Abels, basçı Mayki Marqotdan ibarətdir. Qrupun 2014-cü ildən zərbçisi olan Brendon Frid 2022-ci ildə qrupdan ayrıldı. Qrup “I'm Sorry…” və “Thank You” mini-albomlarını buraxdıqdan sonra 2013-cü ildə Columbia Records vasitəsilə ilk studiya albomu “I Love You.”-nu yayımladı. Albomun “Sweater Weather” mahnısı 2013-cü ildə Billboard Hot 100 çartında 14-cü pilləyə yüksəldi, mahnı uzun müddət sonra TikTok-da populyarlıq qazandı və Spotify-da ən çox dinlənən mahnılardan birinə çevrildi. Elə həmin il qrup “The Love Collection” adlı mini-albom; və 2014-cü ilin noyabrında “#000000 & #FFFFFF” adlı miksteyp yayımladı. İkinci albom, “Wiped Out!” 30 oktyabr 2015-ci ildə buraxıldı. Öz adlarını daşıyan üçüncü studiya albomu “The Neighbourhood” 9 mart 2018-ci ildə işıq üzü gördü. Həmin albomun əlavə treklərinin olduğu versiyası “Hard to Imagine The Neighbourhood Ever Changing” 2 noyabr 2018-ci ildə buraxıldı. Dördüncü albom “Chip Chrome & the Mono-Tones” 25 sentyabr 2020-ci ildə yayımlandı.
The Neighbourhood (albom)
The Neighbourhood — amerikan alternativ rok qrupu The Neighbourhood-un üçüncü studiya albomu. 9 mart 2018-ci ildə Columbia Records tərəfindən buraxılıb. Albomun başqa bir versiyası "Hard to Imagine the Neighbourhood Ever Changing" 2 noyabr 2018-ci ildə buraxılıb. Albomun bu versiyasına "Revenge" və "Too Serious" trekləri daxil edilməyib.