The Neighbourhood

The Neighbourhood (bəzən "THE NBHD" kimi göstərilir) — 2011-ci ildə Kaliforniya ştatının Nyuböri-Park şəhərində qurulmuş amerikan rok qrupu. Qrup müğənni Cessi Ruterford, gitaraçılar Ceremi Fridman və Zak Abels, basçı Mayki Marqotdan ibarətdir. Qrupun 2014-cü ildən zərbçisi olan Brendon Frid 2022-ci ildə qrupdan ayrıldı.[1] Qrup “I'm Sorry…” və “Thank You” mini-albomlarını buraxdıqdan sonra 2013-cü ildə Columbia Records vasitəsilə ilk studiya albomu “I Love You.”-nu yayımladı. Albomun “Sweater Weather” mahnısı 2013-cü ildə Billboard Hot 100 çartında 14-cü pilləyə yüksəldi, mahnı uzun müddət sonra TikTok-da populyarlıq qazandı və Spotify-da ən çox dinlənən mahnılardan birinə çevrildi.[2][3]

The Neighbourhood
The Neighbourhood 2018-ci ildə
The Neighbourhood 2018-ci ildə
Əsas məlumatlar
Üslub
Fəaliyyət illəri 2011–2022 (fasilə)
Ölkə ABŞ ABŞ, Kaliforniya, Nyuböri Park
Digər adı THE NBHD (qısaltma)
Leybl Columbia
Heyət Cessi Ruterford
Ceremi Fridman
Zak Ebels
Mayki Marqot
Keçmiş üzvlər Brayan Sammis
Brendon Frid
thenbhd.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elə həmin il qrup “The Love Collection” adlı mini-albom; və 2014-cü ilin noyabrında “#000000 & #FFFFFF” adlı miksteyp yayımladı. İkinci albom, “Wiped Out!” 30 oktyabr 2015-ci ildə buraxıldı. Öz adlarını daşıyan üçüncü studiya albomu “The Neighbourhood” 9 mart 2018-ci ildə işıq üzü gördü. Həmin albomun əlavə treklərinin olduğu versiyası “Hard to Imagine The Neighbourhood Ever Changing” 2 noyabr 2018-ci ildə buraxıldı. Dördüncü albom “Chip Chrome & the Mono-Tones” 25 sentyabr 2020-ci ildə yayımlandı. Qrup fəaliyyətinə 22 fevral 2022-ci ildə fasilə verdi.[4]

Qrupun solisti Cessi Ruterford 2016-cı ildə SoundCloud üzərindən digər layihəsi olan The Factoury üçün bir neçə mahnı yayımladı, həmçinin o, solo karyerasına davam etdi və 2023-cü ilin martında Atlantic ilə müqavilə bağladı.[5][6][7]

Yaranması və I Love You. (2011–2013)

[redaktə | mənbəni redaktə et]

The Neighborhood 2011-ci ilin avqustunda müğənni Cessi Ruterford, gitaraçılar Zakari Abels və Ceremi Fridman, bas gitaraçı Maykl Marqot və təbilçi Brayan "Olivver" Sammis tərəfindən qurulmuşdur. The Neighbourhood üzvləri Amerika orfoqrafiyasından istifadə edən qruplardan fərqlənmək üçün menecerlərinin məsləhəti ilə "neighbourhood" sözünün Britaniya ingiliscəsini seçdilər, buna görə də mahnı adları da Britaniya ingiliscəsilədir.[8]

2012-ci ilin əvvəlində The Neighbourhood "Female Robbery" və "Sweater Weather" mahnılarını buraxdı.[9] 2012-ci ilin may ayında qrup Castin Pilbrou tərəfindən prodüserliyi edilmiş pulsuz yükləmə üçün I'm Sorry… adlı öz debüt mini-albomunu təqdim etdi.[10] 2012-ci ilin dekabrında The Neighbourhood ikinci mini-albomunu, Thank You-nu yayımladı.[11]

Qrup 2013-cü ildə Koaçellada konsert verdi,[12] onların gözlənilən albomu I Love You. 16 aprel 2013-cü ildə Rolling Stone vasitəsilə premyerası edildi[13] və rəsmi olaraq 23 aprel 2013-cü ildə Columbia Records vasitəsilə buraxıldı. Aıbom ilk həftəsində 9000 ədəd sataraq ABŞ Billboard 200 albom hit-paradında 39-cu yerdə qərarlaşdı.[14] Bundan əvvəl 5 mart 2013-cü ildə ilk sinql "Sweater Weather"-in mahnı klipi buraxılmışdı.[15] Onlar mahnının ilk televiziya performansını 27 iyun 2013-cü ildə Jimmy Kimmel Live-da etdilər.[16] "Sweater Weather" 2013-cü ilin iyun ayının əvvəlində, Billboard Alternativ Mahnılar hit-paradında bir nömrəyə yüksəldi.[17]

Qrup 2013-cü ilin iyul və sentyabr aylarında Imagine Dragons üçün turne açılışında iştirak etdi.[18] The Neighbourhood 2013-cü ilin yayında Şərqi Kanadada da iki çıxış etdi. Onlar 31 iyul 2013-cü ildə Toronto Edgefest-ə başçılıq etdilər.[19] və bir neçə gün sonra avqustun 4-də Monrealda Kanadanın ən böyük musiqi festivalı olan Oşeagada nümayiş etdilər.[20] Bundan əlavə The Neighbourhood 21 sentyabr 2013-cü ildə Atlantada keçirilən Music Midtown-da çıxış etdi.[21]

#000000 & #FFFFFF və Wiped Out! (2014–2015)

[redaktə | mənbəni redaktə et]

16 yanvar 2014-cü ildə qrup sosial media vasitəsilə təbilçi Brayan Sammisin qrupdan ayrıldığını bildirdi.[22]

2013-cü ilin aprelində The Neighbourhood Lovelife, The 1975 və JMSN ilə birlikdə The Love Collection Tour adlı 2013-cü yay turunu elan etdi.[23] Həmçinin bir miksteyp buraxmağı planlaşdırdıqlarını dedilər.[24] 10 dekabr 2013-cü ildə onlar The Love Collection adlı yeni mini-albomlarını buraxdılar.[25] 28 noyabr 2014-cü ildə qrup nəhayət #000000 & #FFFFFF adlı miksteypi pulsuz olaraq yayımladı.[26] Miksteyp DJ Drama tərəfindən təşkil edildi və burada YG, Dej Loaf, French Montana, Denni Braun, G-Eazy və digərlərin qonaq çıxışları var.[27] Miksteyp 22 noyabr 2017-ci ildə yayımlanma və yükləmə üçün rəsmi olaraq buraxıldı.[28]

2015-ci ilin avqustunda qrup qarşıdan gələn Wiped Out! adlı ikinci albomun 30 oktyabrda buraxılacağını bildirdi. Albom buraxılmazdan əvvəl ilk sinql "RIP 2 My Youth" buraxıldı[29] və ABŞ Billboard 200-də 13-cü yerə çatdı.[30] Qrup 2015-ci ilin noyabrında Avropa turuna çıxdı,[31] albomu dəstəkləmək üçün 2016-cı ilin may və iyun aylarında Amerika turu etdi.[32]

Hard to Imagine, öz adlarını daşıyan albom və Chip Chrome & the Mono-Tones (2017–hal-hazırda)

[redaktə | mənbəni redaktə et]

The Neighbourhood 21 sentyabr 2017-ci ildə Hard adlı mini-albom yayımladı, mini-albom ABŞ Billboard 200 hit-paradında 183-cü yerə yüksəldi.[30][33][34] Digər mini-albom To Imagine isə 12 yanvar 2018-ci ildə işıq üzü gördü.[35][36] Qrup daha sonra 9 mart 2018-ci ildə öz adını daşıyan üçüncü studiya albomu The Neighbourhood-un buraxılacağını elan etdi və əvvəlki mini-albomlardan olan treklər, o cümlədən ilk sinql "Scary Love" bura daxil edildi.[37] Buraxılışdan sonra, yekun trek siyahısına daxil edilməyən mini-albomdan olan parçalar Hard to Imagine adlı başqa mini-albomda toplandı.[38] Daha sonra qrup "Revenge" və "Too Serious" adlı iki trek istisna olmaqla, HardTo ImagineThe Neighborhood və Ever Changing-də buraxılan bütün mahnıları əks etdirən Hard to Imagine the Neighborhood Ever Changing adlı albomun tam buraxılışını yayımladı.

16 avqust 2019-cu ildə onlar "Middle of Somewhere" adlı sinql ilə birlikdə video klipin premyerasını etdilər.[39] 10 oktyabr 2019-cu ildə The Neighbourhood-un sinqlı "Yellow Box" buraxıldı və Death Stranding adlı döyüş oyununda nümayiş olundu.[40] Onlar 7 noyabr 2019-cu ildə "Yellow Box" üçün lirik video yayımladılar.[41]

31 iyul 2020-ci ildə qrup dördüncü albomları olan Chip Chrome & the Mono-Tones-un 25 sentyabr tarixində buraxılacağını bildirdi.

2020-ci ilin sonunda onların I Love You. albomundan "Sweater Weather" və Wiped Out! albomundan "Daddy Issues" mahnısı TikTok-da məşhurlaşdı.[42]

The Neighbourhood 13 noyabr 2022-ci ildə sosial mediada qrupun üzvü Fridin çıxardıldığını bildirdi. Buna səbəb The Marías qrupunun müğənnisi Maria Zardoyanın onu cinsi zorakılıqda ittiham etməsi idi.[43]

  1. Halperin, Shirley; Shafer, Ellise. "Alternative Rock Band the Neighbourhood Is Going on Hiatus (EXCLUSIVE)". Variety (ingilis). 2022-02-22. 2022-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  2. Gigwise. "The Neighbourhood announce details of debut album, I Love You". March 28, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 26, 2013.
  3. "The Neighbourhood". Billboard. 2022-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-04.
  4. Halperin, Shirley; Shafer, Ellise. "Alternative Rock Band the Neighbourhood Is Going on Hiatus (EXCLUSIVE)". Variety (ingilis). 2022-02-22. 2022-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  5. "The Neighbourhood's Jesse® Rutherford Inks New Solo Deal with Atlantic Records". March 28, 2023. July 26, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 4, 2023.
  6. Larocca, Courteney. "The 10 best and 10 worst one-hit wonders of the 2010s". Insider. December 10, 2019. 29 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 April 2020.
  7. "All One-Hit Wonders 1955-2016 - Top40Weekly.com". top40weekly.com (ingilis). 2022-05-12. 2019-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-16.
  8. Kareem Gantt. "The Neighbourhood announce 2018 tour dates". AXS. January 18, 2018. April 21, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2022.
  9. "The Neighbourhood - Schedule". SXSW. 2013-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-09.
  10. Jake Blair. "The Neighbourhood – I'm Sorry… [EP]". EARMILK. May 10, 2012. November 19, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2022.
  11. "Thank You, - Single by The Neighbourhood". Apple Music, iTunes (US). January 14, 2013. April 4, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2022.
  12. Nicole Pajer. "Backbeat: The Neighbourhood Talks New Album Backstage at Coachella 2013". Billboard. April 12, 2013. April 1, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2022.
  13. "The Neighbourhood Reach for the Stratosphere on 'I Love You' - Album Premiere". Rolling Stone. April 16, 2013. March 11, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2022.
  14. "Chart Moves: The Neighbourhood Debuts, Van Halen's '1984' Returns After 20-Plus Years". Billboard. May 2, 2013. March 31, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2022.
  15. Alternative Press. "The Neighbourhood release "Sweater Weather" video". Alternative Press. noyabr 17, 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: mart 26, 2013.
  16. "Watch The Neighbourhood's Late Night Television Debut". Pigeons and Planes. June 28, 2013. July 29, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2022.
  17. "The Neighbourhood : Chart History". Billboard. 2014-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-09.
  18. Elliott Sharp. "Tour Dates: The Neighbourhood Is On The Road". Red Bull GmbH. July 1, 2013. April 21, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2022.
  19. Lilian Asante. "Edgefest 2013 lineup includes The Lumineers and Band of Horses headlining Toronto festival". National Post. April 8, 2013.
  20. Kyle McGovern. "Beck, Frank Ocean, the Breeders Join Osheaga Festival's 2013 Lineup". Spin. May 8, 2013. April 2, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2022.
  21. "Music Midtown - Midtown Alliance - Atlanta, GA". Midtown Atlanta. 2018-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-10.
  22. Alexa Gallo. "The Neighbourhood part ways with drummer". idobi Radio. January 16, 2014. April 21, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2022.
  23. Tarynn Law. "The Neighbourhood embark on "The Love Collection" tour". idobi Radio. April 24, 2013. April 1, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2022.
  24. "Watch The Neighbourhood's "Lurk" Video, and Check Out Their Plans For Rock's First Real Mixtape". Pigeons and Planes. April 21, 2014. February 20, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2022.
  25. "The Love Collection - Single by The Neighbourhood". Apple Music, iTunes (US). December 10, 2013. April 18, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2022.
  26. "Download The Neighbourhood's #000000 & #FFFFFF Mixtape". Complex. November 28, 2014. October 19, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 17, 2021.
  27. Trevor Smith. "#000000 & #FFFFFF". HotNewHipHop. November 28, 2014. April 1, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2022.
  28. "#000000 & #FFFFFF by The Neighbourhood". Apple Music, iTunes (US). November 28, 2014. April 22, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2022.
  29. Georgina Langford. "The Neighbourhood Drop Cheery 'R.I.P. 2 My Youth' Video". MTV UK. September 17, 2015. July 9, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2022.
  30. 1 2 "The Neighbourhood Chart History". Billboard. November 22, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 10, 2018.
  31. Natasha West. "The Neighbourhood talk growing up, and second album 'Wiped Out!'". DIY. October 30, 2015. October 19, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2022.
  32. Julia Naman. "The Neighbourhood Announce Summer 2016 Tour Dates". mxdwn. February 16, 2016. April 21, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2022.
  33. Sadie Bell. "The Neighbourhood Drops Sinister (And Seductive) Surprise EP 'Hard': Listen". Billboard. September 22, 2018. February 24, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2022.
  34. "Hard – EP by the Neighbourhood". Apple Store, iTunes (US). September 22, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 22, 2017.
  35. Jonathan C. S. Pettyjohn. "The Neighbourhood Adds Some Color With "To Imagine EP"". Odyssey. yanvar 12, 2018. iyun 23, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: mart 10, 2018.
  36. "To Imagine – EP by the Neighbourhood". Apple Store, iTunes (US). September 11, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 12, 2018.
  37. "The Neighbourhood by The Neighbourhood". Apple Music, iTunes (US). March 9, 2018. September 8, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2022.
  38. "Hard to imagine - EP by The Neighbourhood". Apple Music, iTunes (US). March 9, 2018. September 8, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 8, 2022.
  39. The Neighbourhood - Middle of Somewhere (ingilis), 2021-12-15 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2020-04-09
  40. Schmitt, Tyler. "Hear The Neighbourhood's haunting new track 'Yellow Box'". Variance Magazine (ingilis). 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-09.
  41. The Neighbourhood - Yellow Box (Lyric Video) (ingilis), 2021-12-15 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2020-04-09
  42. Unterberger, Andrew. "The Neighbourhood Score Best On-Demand Streaming Weeks Yet For 'Sweater Weather' & 'Daddy Issues'". Billboard. November 2, 2020. October 26, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 26, 2021.
  43. Lynch, Jessica. "The Neighbourhood drop drummer Brandon Fried over groping allegations". Tone Deaf. November 14, 2022. November 14, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 14, 2022.