Nimruz
Nimruz vilayəti (dəri ولایت نیمروز; puşt. نيمروز ولايت) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.
== Etimologiya ==
Vilayətin adı dəri və bəluc dillərində günün yarısı və ya ortası deməkdir, nim(نيم,yarı) və roz(روز,gün) sözlərinin birləşməsidir.
== Coğrafiyası ==
Vilayətin sahəsi 41.005 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 148.5 min nəfər, inzibati mərkəzi Zərənc şəhəridir.
== Əhalisinin etnik tərkibi ==
Əhalisi əsasən bəluclardan, qismən puştunlardan, az sayda tacik və özbəklərdən ibarətdir. Vilayətdə əhalinin 61%-i bəluc dilində, 27%-i (39 kəndin əhalisi) puştun dilində, 10%-i daricə və özbəkcə danışır.