Nimrud (və ya Nəmrud) — Qədim Assuriyanın Kalhu adlanan şəhərinin vaxtı ilə yerləşdiyi təpəliyin adıdır. İraqın Mosul şəhərinin yaxınlığında yerləşir. Burada e.ə. XIII əsrdə I Salmanassar tərəfindən paytaxt Nineviyadan 4 mil aralıqda şəhər salınmışdı. E.ə. 885-ci ildə Aşşurnasirpal paytaxtı buraya köçürür və şəhəri bərpa edir. Kalax şəhəri Nineviyadan daha çox mövcüd olur və eyniadlı əyalətin mərkəzinə çevrilir.
Şəhər vaxtı ilə hündür dördbucaq formasında olub və Dəclə çayı ilə yuyulub. Hal hazırda burada 4 qrup qalıqlar var. Nimrudda yerləşən şəhər qalıqları 1845-1847-ci illərdə Leyard tərəfindən araşdırılıb. Şimalda yerləşən qalıqlar ən qədimdir və Aşşurnasirpalın sarayının qalıqlarıdır. Mərkəzdə yerləşən qalıqlar onun sələfi II Salmanasara aiddir. Cənub-qərbdə yerləşən qalıqlar Assarqoduonun bitirilməmiş sarayının qalıqlarıdır. Nimrudda həmçinin kiçik məbədin qalıqları yerləşir. Sarayların divarlarında yerləşən barelyeflər Assuriya mədəniyyətinin öyrənilməsində mühüm mənbələrdir.
2015-ci ilin mart ayında İŞİD terror qruplaşmasının silahlıları Nimrudun qalıqlarını ağır texnika vasitəsilə məhv ediblər[1].