Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nimrud
Nimrud (və ya Nəmrud) — Qədim Assuriyanın Kalhu adlanan şəhərinin vaxtı ilə yerləşdiyi təpəliyin adıdır. İraqın Mosul şəhərinin yaxınlığında yerləşir. Burada e.ə. XIII əsrdə I Salmanassar tərəfindən paytaxt Nineviyadan 4 mil aralıqda şəhər salınmışdı. E.ə. 885-ci ildə Aşşurnasirpal paytaxtı buraya köçürür və şəhəri bərpa edir. Kalax şəhəri Nineviyadan daha çox mövcüd olur və eyniadlı əyalətin mərkəzinə çevrilir. Şəhər vaxtı ilə hündür dördbucaq formasında olub və Dəclə çayı ilə yuyulub. Hal hazırda burada 4 qrup qalıqlar var. Nimrudda yerləşən şəhər qalıqları 1845-1847-ci illərdə Leyard tərəfindən araşdırılıb.
Nimruz
Nimruz vilayəti (dəri ولایت نیمروز; puşt. نيمروز ولايت) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Etimologiya == Vilayətin adı dəri və bəluc dillərində günün yarısı və ya ortası deməkdir, nim(نيم,yarı) və roz(روز,gün) sözlərinin birləşməsidir. == Coğrafiyası == Vilayətin sahəsi 41.005 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 148.5 min nəfər, inzibati mərkəzi Zərənc şəhəridir. == Əhalisinin etnik tərkibi == Əhalisi əsasən bəluclardan, qismən puştunlardan, az sayda tacik və özbəklərdən ibarətdir. Vilayətdə əhalinin 61%-i bəluc dilində, 27%-i (39 kəndin əhalisi) puştun dilində, 10%-i daricə və özbəkcə danışır.
Nimruz vilayəti

Nimr əl-Nimr
Şeyx Nimr Baqir əl-Nimr (21 iyun 1959, Əl-Avamiyyə[d] – 2 yanvar 2016, Səudiyyə Ərəbistanı) — Səudiyyə Ərəbistanlı şiə din xadimi və insan haqları fəalı. == Həyatı == Şeyx Nimr Baqir ən-Nimr 1958-ci ildə (bəzi mənbələrdə 1959) Ərəbistanın şərqində Əl-Qətif şəhərinin Əl-Avamiyyə qəsəbəsində alim ailəsində dünyaya gəlib. Atası Şeyx Məhəmməd ibn Nasir Əli Nimr və babası Əli ibn Nasir Əli Nimr Səudiyyə Ərəbistanının böyük alimlərindəndir. Ayətullah Nimr İslami təhsilini 10 il müddətinə Tehranda və Suriyada alıb. Bu dövrdə o, Ayətullahlar Şirazi və əl-Mədarrəsinin anlayışını tamamilə mənimsəyib. Qısa müddətdə oranın ən qiymətli ustadlarından birinə çevrilib. Bu müvəffəqiyyətlərindən sonra "Həzrəti Qaim" Mədrəsəsinin rəhbəri olur və illərlə bu vəzifəsini icra edir. Ərəbistana qayıtdıqdan sonra Əl-Avamiyyə şəhərində "İmam Qaim" Elm Mərkəzini qurur. 2001-ci ildə İslam Mərkəzini təsis edir. Dini baxımdan ölkəsindəki məzhəblərarası münaqişə anlayışına çox qoşulmayan Nimr həm də Səud rejiminin tənqidçilərindən olub.
Nimr ən-Nimr

Panthera pardus nimr
Ərəbistan bəbiri (lat. Panthera pardus nimr) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Cimmu
İmperator Cimmu (13 fevral e.ə. 711 – ən tezi 11 mart e.ə. 585 və ən geci 9 aprel e.ə. 585, Kasixara[d], Nara prefekturası) — Yapon ənənəsinə əsasən Yaponiyanın ilk imperatoru. Adətən hakimiyyətə başladığı il E.ə. 660-cı il kimi qəbul edilir. Mifoloji inanca görə o, Yapon tanrısı Uqayafukiaezu və ilahə Tamayori-bimenin övladıdır. Hakimiyyətə başladığı 11 fevral günü Yaponiyada Milli Bünövrə Günü kimi qeyd olunur.
Gimri
Gimry (rus. Гимры, avar. Генуб) — Dağıstan Untsukulsky rayonunda bir kənd.
Kimrı
Kimrı — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
NAIRU
NAIRU (ing. non-accelerating inflation rate of unemployment) — inflyasiyanı sürətləndirməyən təbii işsizlik nisbəti. NAIRU, inflyasiyanın artdığı bir azalma ilə işsizliyin nəzəri səviyyəsini təyin edir. İlk dəfə 1975-ci ildə Franko Modilyani və Lukas Papademos tərəfindən NAIRU (inflyasiyasız işsizlik nisbəti) olaraq Milton Fridman tərəfindən irəli sürülən “təbii işsizlik nisbəti” konsepsiyasında inkişaf olaraq tanıdıldı. Ümumiyyətlə, bu konsepsiya dövlət siyasətinin formalaşmasında Keynsçilik yanaşmanın genişlənməsinə cavab addımdır. == Yaranması == Təbii işsizlik konsepsiyasından ən erkən bəhs olunan, Abba Lernerin gəlir siyasətinin həyata keçirilməsi (əmək haqqına nəzarət və qiymət səviyyəsi) tələbi stimullaşdırmaq üçün. Fridrix fon Hayek, bəzi insanların bacarıqlarının faydasız olduğu üçün tam məşğulluğa nail olmağa çalışan hökumətlərin inflyasiyanı sürətləndirəcəyini iddia etdi. Bu konsepsiya az və ya çox dərəcədə qarışıq iqtisadiyyatı olan bir sıra sənayeləşmiş ölkələr üçün işsizlik və inflyasiya arasında müşahidə olunan mənfi əlaqəni yekunlaşdıran Phillips əyrisinin populyarlığından irəli gəldi. Bu korrelyasiya (əvvəllər ABŞ-də İrwin Fisher tərəfindən qeyd edilmişdi) bəzi analitikləri hökumətin eyni zamanda həm aşağı işsizliyə, həm də qiymət sabitliyinə nail ola bilməyəcəyinə inandırdı. Buna görə də hökumətin rolu inkişaf etmiş sosial konsensusa uyğun gələn işsizlik və inflyasiya arasında uzlaşma olmalı idi.
Namur
Nauru
Nauru (nauru. Naoero; ing. Nauru) və ya rəsmi adı ilə Nauru Respublikası (nauru. Repubrikin Naoero; ing. Republic of Nauru) — Sakit okeanda Okeaniya regionunda ada-dövlət. Ölkə köhnədən Pleasant Adası olaraq da bilinir. Nauru Mikroneziyada yerləşən mikrodövətdir. Ada-dövətin ən yaxın qonşusu 300 km şərqdə Kiribatinin Banaba adasıdır. Nauru Tuvaludan şimal-qərbdə, Solomon Adalarından 1300 km şimal-şərqdə, Papua Yeni Qvineyadan şərq və şimal-şərqdə, Mikroneziya Federativ Ştatlarından cənub-şərqdə, Marşal Adalarından isə cənubda yerləşir. İnzibati mərkəzi Yaren, ümumi sahəsi 21 kvadrat kilometr, əhalisinin sayı 11 min nəfərdir.
Nibiru
Nibiru (tərcüməsi Keçid planeti, müasir dilimizdə X planeti) — Günəş sistemində yerləşdiyi güman edilən xəyali planet. Yer planetindən 4 dəfə böyükdür. == Tədqiqatlar == Bəzi tədqiqatçıların iddialarına görə bu səmavi cisim Şumer mətnlərində Günəş sistemində 12-ci planet kimi təsvir olunub. Əfsanəyə görə, planet hər 3600 ildən bir Mars və Yupiter arasında peyda olur. Lakin bu məsələ ilə bağlı nə şumerşünaslıq, nə də astronomiya sahəsində konkret elmi işlər mövcud deyildir. == Şumer inancı == Əfsanəyə görə bu planet əvvəllər gəlmiş və insanlığı yaratmışdır. Şumerlər onları "Anunakilər" yəni tanrılar adlandırmışdırlar. Əfsanəyə görə onların kişilərinin boyu 5 metrə, qadınlarının boyu isə 3 metrə çatarmış. Şumer tabletlərində onlar qanadlı təsvir olunmuş üzləri isə sanki maska ilə örtülü olarmış. Bu da onu göstərir ki, onlar bu planeti mühitinə uyğun olmayan bir şəkildə tənəffüs edirlər.
Nihiru
Nihiru (fr. Nihiru) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taenqa atolundan 28 km cənub-şərqdə, Şimali Maruteodan 30 km şimal-qərbdə yerləşir. == Coğrafiya == Atollun sahəsi 6,7 km²-dir. Daxilində laqun vardır. Laqun okeandan tam təcrid olunmuşdur. == İnzibati bölgüsü == İnzibati baxımından Makemo kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına adada yaşayış yoxdur. Əvvəllər adada tatake adlı yaşayış məntəqəsi olmuşdur. == Tarixi == Ada 1820-ci ildə rus dənizçi Faddey Bellinshauzen tərəfindən kəşf edilir.
Nitra
Nitra (slovak. Nitra, alm. Neutra‎) — Slovakiyanın qərbində şəhər. Əhalisi 88 minə yaxındır. Nitra, Nitra çayı vadisində, Tribeç dağ massivinin yamacında yerləşir. Nitra bölgəsinin inzibati mərkəzidir. == Əhali == == Qalereya == == Məşhur nitralılar == Henrich Benčík (* 1978), futbolçu Ivana Bojdová (* 1985), futbolçu Igor Demo (* 1975), futbolçu Renáta Filová (* 1981), futbolçu Vilmos Fraknói (1843-1924), tarixçi Stanislav Hudec (* 1982), hokkeyçi Monika Katonová (* 1989), futbolçu Ľubomír Kolník (* 1968), hokkeyçi Tomáš Kóňa (* 1984), futbolçu Wilhelm Viktor Krausz (1878–1959), rəssam Anton Lehmden (* 1929), rəssam və qrafik ustası Jan Ivan Lelley (* 1936), mikoloq Monika Matysová (* 1981), futbolçu František Mikloško (* 1947), Politik Dušan Milo (* 1973), hokkeyçi Jan Mojto (* 1948), Mediameneceri və Filmprodüseri Ľubomír Moravčík (* 1965), futbolçu Štefan Ružička (* 1985), hokkeyçi Stefan Schwartz (1851-1924), Venalı medalist Miroslav Stoch (* 1989), futbolçu Jozef Stümpel (* 1972), hokkeyçi Leopold Szondi (1893-1986), psixiatr == Qardaşlaşmış şəhərlər == İspaniya Qvadalaxara Polşa Keltse Serbiya Baçki-Petrovats Çexiya Çeske-Budeyoviçe Avstraliya Qosford Çexiya Kromerjij ABŞ Nepervill Xorvatiya Osiek Slovakiya Spişska Nova Ves Polşa Zelyona-Qura Niderland Zutermer == İstinadlar == == Xarici keçidlər == Internetseite der Stadt Nitra NitraLive!
Nəmrud
Nəmrud (q.yəh. נִמְרוֹד‎; e.ə. 1751 – e.ə. 1638) —Tövratda və Quranda xatırlanan şah, ovçu. == İbrahim peyğəmbər və Nəmrud == (Bəqərə surəsi 158-ci ayə və sonrakı ayələr) Nəmrudun adı İbrahim peyğəmbərlə bərabər çəkilir. Millətinə bütlərin heç bir fayda verə bilməyəcəyini, dəfələrcə deyən və ancaq Uca Allahın üstün vəsflərə sahib olduğunu bildirən İbrahim (ə.s.) millətinin özünə inanmadığını gördükdə dərhal Nəmrudun yanına getdi. Qurani-Kərimdə adı keçməyən və o dövrdə millətin idarəçisi olan Nəmrud, sahib olduğu sərvət və səltənəti ilə özünü tanrı hesab edirdi. İbrahim (ə.s.) Nəmruda Allah inancı haqqında bəhs etdi. Ancaq o, rədd etdi və İbrahim (ə.s.) ilə Rəbbi haqqında mübahisə etdi. İbrahim (ə.s.) Allah təalanın həm dirildən həm də öldürən olduğunu dedikdə, Nəmrud da bunu edə biləcəyini dedi.
Qumru
Qumru (Türkcə kumru) - İzmirə xas kiçik bir çörək və bununla hazırlanan buterbrodlara verilən ad. Qumru simit (İzmirdə gevrek deyilir) xəmirinə bənzəyən az duzlu bir xəmirdən çıxarılar, susama batırılaraq sobalanar. Şəkli yaxalıqlı qurqur quşunun gövdəsini xatırlatdığından (Türkcəde kumru) bu adı götürmüşdür. İzmirdə qumrunu sobalardan sadə olaraq ala biləcəyiniz kimi; küçə satıcıları və dəzgahlardan içərisinə pomidor, yaşıl bibər və izmir tulumu (pendir) qoyulmuş olaraq da ala bilərsiniz. Ayrıca bufetlərdə, içinə kömürdə bişirilmiş sosiska, kolbasa, kaşar pendirinin və pomidorun yanında üzərinə ketçap və mayonez əlavə olunması ilə hazırlanmış buterbrod olaraq da istehlaka təqdim edilər. Bəzi buterbrodçular isə buterbrod çörəyinin içərisinə hazırlanan bol vəsaitli qarışıq buterbrodları səhv şəkildə qumru olaraq adlandırmaqdadırlar.
Nimfa
Nimfalar ya Nimfa (yun. Νύμφη, "həddi-büluğa çatmış qız", "gənc qız"; lat. nympha) — yunan mifologiyasında təbii ruh və ya təbiət hadisələrinin qız cildində canlanmış ruhları. Nimfalar adətən təbiət qoynunda: meşələrdə, bulaqlarda, dağ və yamaclarda məskən salıb yaşayarmışlar. satirlər kimi nimfalar da yer səthində baş verən təbii hadisələrin ruhlarıdırlar. Rəvayətə görə onlar təbiət qoynunda Panın müşaiyəti ilə nəğmələr oxuyar, rəqs edər, Artemida ilə ova çıxar və Dionisin təşkil etdiyi kef məclislərində iştirak edərdilər. Hərdən insanlarla ünsiyyətə girərək qəhrəmanlarla sevişərmişlər. Dağlarda yaşayan nimfalar oreadlar, meşə və ağaclarda məskən salmış nimfalara diriadlar və hamadriadlar, bulaqlarda yaşayan nimfalara nayadalar və dəniz nimfaları isə nereidalar adlandırılır. Təbiət gözəlliklərinin tərənnümçüləri olan nimfalar incəsənət əsərlərində bənzərsiz dağınıq saçlara malik rəqs edən, nəğmə oxuyan və çələng toxuyan, bəzən yarı çılpaq gözəl qadın simasında təsvir edilirlər.
3 nömrə, 4 nömrə, 5 nömrə...
3 nömrə, 4 nömrə, 5 nömrə... — 1920-ci illərin ikinci yarısında Bakıda meydana çıxan rəqs melodiyalarıdır. Bu rəqslər, xüsusilə "5 nömrə" və "6 nömrə" indi də məşhurdur. "3 nömrə" və "5 nömrə" kimi aram templi, həzin rəqsləri yalnız qadınlar oynayırlar.
Brassica nigra subsp. nigra
Qara xardal (lat. Brassica nigra) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin kələm cinsinə aid bitki növü. == Sinonimləri == Brassica brachycarpa P.Candargy Brassica bracteolata Fisch. & C.A.Mey. Brassica elongata var. longipedicellata Halácsy ex Formánek Brassica nigra var. abyssinica Alexander Br. Brassica nigra var. bracteolata (Fisch. & C.A.Mey.) Spach ex Coss.
Brassica nigra var. nigra

Empetrum nigrum f. nigrum
Empetrum nigrum (lat. Empetrum nigrum) — erikakimilər fəsiləsinin empetrum cinsinə aid bitki növü. == Sinonim == Chamaetaxus nigra (L.) Bubani Empetrum crassifolium Raf. Empetrum medium Carmich. Empetrum nigrum f. ciliatum Jordal Empetrum nigrum f. cylindricum Lepage Empetrum nigrum subsp. nigrum Empetrum nigrum var. nigrum Empetrum nigrum f. nigrum Empetrum procumbens Gilib.
Empetrum nigrum subsp. nigrum

Empetrum nigrum var. nigrum

Salix nigra var. nigra
Pinus nigra var. nigra
Təbii şəraitdə Alp, Karpat dağları və Balkan yarımadasında dəniz səviyyəsindən 1100–1400 m yüksəkliklərdə qarışıq və təmiz meşəliklər yaradır. Hündürlüyü 20–40 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri piramidalıdır, yaşlandıqca çətiri tədricən oval şəkil alır. Gövdəsinin qabığı qalın, qara-boz, dərin yarıqlı, qeyri-bərabər çatlıdır. İki-üçillik zoğları tünd-qonur və ya tünd-bozdur, qınların xırda yarpaqları açıq-sarıdır. İynəyarpaqları uzun (8–14 sm), tünd-yaşıl, parlaq olmaqla budaqda cüt-cüt yerləşir, duz və ya bir az əyilmiş, bəzən burulmuşdur. Qısa saplaqlı qozalar budaqlarda üfüqi (8x3 sm) yerləşir, sarı-qonur, parlaqdır, uzunluğu 5–8 sm və qalınlığı 3–5 sm-dir, üçüncü il yetişir, ağacın üzərində 4–5 il qalır. Toxumları parlaq, tünd-bozumtul rənglidir, uzunluğu 4–6 mm olub, 1000 ədəd toxumun çəkisi 14 qr-dır. Toxum qabıqlarının apofizləri yuxarı kənarında yumrudur. Sıx iynəyarpaqlaırna və gövdənin tünd rənginə görə adi şama nisbətən daha qaranlıq, kölgəli əkinlər üçün yararlıdır.
Gümrü
Gümrü — Ermənistanda şəhər. == Tarixi == İrəvan quberniyasının Aleksandropol qəzasında kənd adı 1728-ci ilə mənbədə Şirakel nahiyəsində qeyd olunur. 1837-ci ildə Aleksandropol adlandırılmışdır. XIX əsrin II yarısında quberniyanın Alekandropol qəzasının mərkəzi olmuşdur. 1924-cü ildə Leninakan, 1990-cı ildə Kumayr adlandırılmışdır. == Toponimikası == 1728-ci ilə aid türkcə mənbədə Kumri kimidir.. Qədim forması Kəmər (yaxud Qəmər), ermənicə tələffüs forması Kumayr. Er. əv VIII əsrdə şimaldan Cənubi Qafqaza, o cümlədən İndiki Ermənistan ərazisinə gəlmiş qədim türk mənşəli kəmər yaxud qəmər (antik mənbələrdə kimmer) tayfasının adını əks etdirir. Kümrü (ermənicə tələffüzü Kumayr) toponiminin Kəmər etnoninimdən i barət olduğunu elə erməni tarixçiləri yazmışlar.