1. Uşaqların oynayıb əylənməsi üçün düzəldilmiş hər cür şey. Uşaq oyuncağı. Oyuncaq mağazası.
– Sarı o biri otaqdan oyuncaqlarla əyləndirib saxladığı Çiçəyi buraxdı.
Səhər gün çıxandan gün batanadək uşaqlar oynar, ev tikər, palçıqdan oyuncaq düzəldərdilər.
// məc. Oynamaq, əylənmək üçün obyekt olan hər bir şey.
[Bəhram:] Saray olmuş bir oyuncaq; Meydan açır oğul-uşaq.
2. məc. Kor-koruna başqasının iradəsi ilə oturub-duran, öz müstəqil fikri olmayan adam haqqında.
[Molla Güləndam mütəəlliməyə:] …Mən sənin oyuncağın deyiləm ki, məni ələ salasan.
□ Oyuncaq hökumət – başqa, daha güclü hökumət tərəfindən hakimiyyət başına gətirilən və ölkəni onun iradəsi ilə idarə edən hökumət.
◊ Əlində oyuncaq etmək – bax əl.
Əlində oyuncaq olmaq – bax əl.