Xorvat Zaqoryesinin taxta oyuncaqları

Taxtadan hazırlanmış at

Xorvat Zaqoryasının taxta oyuncaqları (xorv. Drvene igračke Hrvatskog zagorja) — ənənəvi xorvat uşaq oyuncaqları. 19-cu əsrdən bəri Xorvat Zaqoryası bölgəsində xalq sənətkarları tərəfindən hazırlanır. 2009-cu ildə Xorvat Zaqoryasında taxta oyuncaqları xalq sənətkarlığı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.[1]

Oyuncaq istehsalı Mariya BistritsaQornya Stubitsaş şəhərlərinin ətrafındakı kəndlərdə başladı və hələ də davam edir. Bistriçki Laz, Stubiçki Laz, Qorniya Stubitsa, Mariya Bistritsa, Tuqonitsa və Turnişçe oyuncaqlar istehsalının əsas mərkəzləridir.[2] Tütək, treşotka (təkərli quş formasında oyuncaqlar), tambura, taxta heyvanlar (adətən atlar), fit, avtomobillər, yük maşınları, qatarlar, təyyarələr, kuklalar üçün uşaq mebelləri və s. kimi təxminən 50 oyuncaq modeli hazırlanır.[1]

Oyuncaqların xüsusiyyətlərindən biri onun əsasən kişilər tərəfindən əl ilə hazırlanması və qadınlar tərəfindən rəngləndirilməsidir. Hamısı əllə düzəldiyindən tamamilə eyni olan oyuncaqlar olmur.[3] Oyuncaqlar yerli ağaclar söyüd, ağcaqayın, fıstıqcökədən hazırlanırlar.[1] Ağac kəsilir, qurudulur, doğranılır və taxta və ya karton qəliblərdən istifadə edilərək ərsəyə gətirilir. Oyuncaqlar ən çox qırmızı, mavi, ağ və qara rənglərdə olur. Onlar çiçək və xət formasında naxışlarla bəzədilir, İstehsal üsulları ailələrdə nəsildən-nəslə ötürülürdü və bu günə qədər qorunub saxlanılır.

Oyuncaqlar dini bayramlar zamanı yarmarkalar və Mariya Bistritsa şəhərinin ən böyük məbədində satılır. Oyuncaqları xüsusi mağazalarda əldə etmək olar, turistlər arasında onlar çox populyardır.[1] 1950-ci ildən oyuncaqlar ölkə xaricində də satılmağa başlandı.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Traditional manufacturing of children’s wooden toys in Hrvatsko Zagorje Arxivləşdirilib 2016-05-25 at the Wayback Machine // UNESCO
  2. Jutarnji list Zagreb, 14. veljače 2009.
  3. UMIJEĆE IZRADE DRVENIH TRADICIJSKIH DJEČJIH IGRAČAKA S PODRUČJA HRVATSKOG ZAGORJA Arxivləşdirilib 2017-03-24 at the Wayback Machine na stranicama Ministarstva kulture Republike Hrvatske
  4. "One Hundred Toymakers Who Create Wood Toys for Fun and Profit". 2021-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-09.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]