Tateşina Oyuncaq Ayı Muzeyi

Tateşina Oyuncaq Ayı Muzeyi (蓼科テディベア美術館, Tateşina Teddi Bea Bicutsukan?)Yaponiyanın Naqano prefekturasının Tateşina qəsəbəsində, Şirakaba gölünün sahilində yerləşən muzey. Dünyada ən böyük oyuncaq ayı muzeyidir.

Tateşina Oyuncaq Ayı Muzeyi
Açılış tarixi 1995
Mövzu oyuncaq ayı[d]
Ölkə
Yerləşir Tateşina[d]
36°06′31″ şm. e. 138°14′04″ ş. u.
Tateşina Oyuncaq Ayı Muzeyi xəritədə
Tateşina Oyuncaq Ayı Muzeyi
Tateşina Oyuncaq Ayı Muzeyi
1027.jp

Tarixi[redaktə | mənbəni redaktə et]

Muzey 1995-ci ildə Yaponiyanın ilk oyuncaq ayı muzeyi kimi açılmışdır.[1] 2011-ci ildə muzeydə yenidənqurma işləri aparılmış və 30 iyul 2011-ci ildə yenidən açılmışdır.[2]

Xüsusiyyətlər[redaktə | mənbəni redaktə et]

Muzeydə 15 fərqli ölkədən və 18 fərqli mövzuda olan 11.000-dən çox oyuncaq ayı nümayiş etdirilir. Muzey sərgisi 18 kabinə bölünmüşdür. Muzeydə tez-tez oyuncaq ayı axtarma oyunları keçirilir. Muzeyin miniatür oyuncaq ayı kolleksiyası var. Bu kolleksiyaya daxil olan 0,8 millimetr ölçüsündəki oyuncaq ayı dünyanın ən kiçik oyuncaq ayısı kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür.[3] Muzeyin sahəsi 3,300 m2 təşkil edir və dünyadakı ən böyük oyuncaq ayı muzeyidir.[1]

Muzeydə zürafə və fil kimi müxtəlif heyvanların real ölçüdə olan oyuncaqlarından ibarət "zoopark" fəaliyyət göstərir. Muzeyin oyuncaq ayı mağazası Yaponiyadakı ən böyük oyuncaq ayı mağazasıdır. Burada SteiffMerrythought kimi brendlərlə yanaşı yerli sənətçilərin hazırladıqları 2000-dən çox oyuncaq ayı satılır.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Concept". Muzeyin rəsmi saytı (yaponca). 7 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2023.
  2. "Tateshina Teddy Bear Museum" (ingiliscə). 2023-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2023.
  3. 1 2 "蓼科テディベア美術館". Muzeyin rəsmi saytı (yaponca). 2023-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 avqust 2023.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • 1027.jp — Tateşina Oyuncaq Ayı Muzeyinin rəsmi saytı