PAD

pad1

n I 1. yastıq, yastıqça; 2. yumşaq yəhər; qaltaq yastığı (yəhərdə); 3. yastıqça (möhür üçün); 4. pəncə (dovşanda, tülküdə və s.); 5. astarlama, astar vurma (rənglə)

n II 1. tiryəkxana, qumarxana; 2. yorğan-döşək; yataq; 3. mehmanxanada otaq; 4. mənzil, ev, məskən; daxma, koma, mağara, yuva; 5. nömrə (maşında); The car was wearing California pads Maşında Kaliforniya nömrəsi vardı

pad2

v (-dd-) I 1. pambıqla, yunla və ya tüklə doldurmaq; 2. altına yumşaq bir şey qoymaq; to ~ the shoulder çiyin altına yumşaq bir şey qoymaq (palto və s. haq.); 3. həddindən artıq şişirtmək / genişləndirmək (artıq, boş-boş sözlər işlətməklə); to ~ an expense / account xərci / hesabı süni surətdə şişirtmək; 4. heyvanın izi / ləpiri ilə getmək

v (-dd-) II küt səs çıxararaq aramla yerimək / gəzmək; to ~ about the house in one’s slippers ev ayaqqabısında evdə aramla gəzmək

PACT
PAD-ELEPHANT
OBASTAN VİKİ
Pad
Pad (rus. падь, ing. pad) — dərin, adətən meşə ilə örtülmüş dağ dərəsi və ya müvəqqəti (bəzən daimi) axarı olan yarğan. Uzaq Şərqdə və Şərqi Sibirdə işlədilən ad.
Acalypha padifolia
Acalypha padifolia (lat. Acalypha padifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin akalif cinsinə aid bitki növü.
Aksum padşahlığı
Aksum krallığı və ya Aksum padşahlığı — Efiopiyanın şimalında qədim dövlət. İndiki Sudan ərazisi də Aksum krallığına aid olmuşdur. Adı Aksum şəhərindən götürülmüşdür. Aksum krallığı haqqında ilk məlumat II əsrə aiddir. Əsasən II-XI əsrlərdə aid olmuşdur. Hindistandan və Şərqi Afrikadan Aralıq dənizinə gedən ticarət yollarının Aksum krallığından keçməsi onun iqtisadi inkişafına yardım etmişdir. == Tarixi == Aksum krallığı e.ə. I minillikdə Cənubi Ərəbistanda mövcud olmuş Sami mənşəli Sah krallığınin yerində qurulmuşdur. III əsrin axırlarında Aksum krallığı çox güclənmiş və III-VI əsrlərdə Afrikanın şimal-şərqindəki ən böyük ticarət mərkəzi olmuşdur. İsgəndəriyyədən Nil sahillərinə qədər olan ərazidə bütün ticarət bu krallığın nəzarəti altında gerçəkləşmişdir.
Alber Pahimi Padake
Alber Pahimi Padake (ərəb. ألبر بهيمي بدكي‎; fr. Albert Pahimi Padacké; 15 noyabr 1966, Pala[d]) — 26 aprel 2021-ci ildən etibarən Çadın hazırkı Baş naziri olan siyasətçi. == Həyatı == Padake 1966-cı ilin noyabrında Pala sub-prefekturasının Quin şəhərində anadan olub. Ncamena Universitetini fəxri diplomla bitirmişdir. == Fəaliyyəti == 1997-ci ilin noyabr ayında işinə məsuliyyətsiz yanaşmasına görə Prezident İdris Debi tərəfindən qovulanadək öncə Maliyyə Naziri, daha sonra isə Ticarət Naziri vəzifəsində çalışıb. Pahimi Padake 8 noyabr 2001-ci ildə hökumətdə Mədənlər, Enerji və Neft Naziri təyin edilməmiş dən öncə 2001-ci ilin fevralınadək Maliyyə üzrə dövlət katibi idi. 2001-ci ilin avqustunda ehtiyat nazir təyin edildi və bu vəzifəni 2002-ci ilin iyun ayına qədər tutdu. Pahimi Padake 2002-ci ilin mayında parlament seçkilərində Mayo-Dallah departamentində Pala seçki dairəsində Çad Demokratiya Uğrunda Milli Hərəkat namizədi olaraq Milli Məclisə seçildi. 2002-ci ilin iyunundan 2005-ci ilin avqustunadək Mərkəzi Afrika İqtisadi və Valyuta Birliyinin üzvü oldu.
Allahın Padşahlığı
Allahın Padşahlığı (yunan: βασιλεία τοῦ θεοῦ, Basileya tu Teu; lat. Regnum Dei) yaxud Səmavi Padşahlıq (ivrit: מלכות השמים, Malkut ha-şamayim; yunan: Βασιλεία τῶν Ουρανῶν, Basileya ton Uranon) — xristianlığın əsas anlayışı, İncilin — İsa Məsihin Müjdəsinin baş mövzusu. İsa Məsihin müasirləri olan yəhudilər bu anlayışı İsrailin siyasi, hərbi qələbəsi və rifahı olaraq anlayırdılar. O dövrdə demək olar ki bütün yəhudilər Səmavi Padşahlığı bərqərar edəcək olan Məsihi gözləyirdilər. Bibliyada İsa Məsih Səmavi Padşahlıqdan tez-tez bəhs edir. İsa Səmavi Padşahlığı Özünün Padşahlığı kimi elan edirdi. Ponti Pilatın qarşısında mühakimə edilərkən İsa belə cavab verdi: "Mənim Padşahlığım bu dünyadan deyil. Əgər Mənim Padşahlığım bu dünyadan olsaydı, xidmətçilərim Yəhudi başçılarına təslim edilməməyim üçün döyüşərdi, amma indi Mənim Padşahlığım buradan deyil". Dünyanın sonu haqqında çox düşünən fariseylər İsadan "Allahın Padşahlığı nə zaman gələcək?" soruşanda, İsa onlara belə cavab verdi: "Allahın Padşahlığı müşahidə ilə gəlməz. Adamlar "bax, o buradadır" yaxud "oradadır" deməyəcəklər, çünki budur, Allahın Padşahlığı sizin daxilinizdədir".
Baccharis padifolia
Baccharis padifolia (lat. Baccharis padifolia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin bakxaris cinsinə aid bitki növü.
Cared Padaleki
Cared Tristan Padaleki ABŞ aktyoru. Aktyorun 2005-ci ildə çəkildiyi "Fövqəltəbii" serialı ona məşhurluq gətirmişdir. Bundan başqa o, "Mum evi", "Gilmor qızları", "13-cü cümə" və "Ağlayan canavar" kimi filmlərdə də çəkilmişdir. "Fövqəltəbii" serialındakı tərəf müqavili Ceneviyev Kortes ilə evlidir. == Həyatı == Cared Tristan Padaleki 1982-ci il 19 iyul tarixində Texasda anadan olub. Əslən o, polyakdır, çünki ata tərəfdən babası polyak idi. Onun özündən böyük qardaşı Rayan və kiçik bacısı Meqan var. 12 yaşında aktyorluq dərsləri götürməyə başladı. 1999-cu ildə 17 yaşındaykən aktyorluq debütünü etdi, lakin ona əsl şöhrət gətirən "Fövqəltəbii" serialı oldu. Serialda o, fövqəltəbii hadisələri araşdıran ovçu Sem Vinçesterin rolunu canlandırmışdır.
Combretum padoides
Combretum padoides (lat. Combretum padoides) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin kombretkimilər fəsiləsinin kombretum cinsinə aid bitki növü.
Crataegus padifolia var. incarnata
Crataegus intricata (lat. Crataegus intricata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Sinonimlər == Crataegus apposita Sarg. Crataegus biltmoreana var. stonei (Sarg.) Crataegus coccinea auct. Crataegus horseyi E.J.Palmer Crataegus ouachitensis var. minor E.J.Palmer Crataegus padifolia var. incarnata Sarg.
Dipika Padukon
Dipika Padukon (hind. दीपिका पादुकोन) — Hindistan modeli və aktrisası. == Həyatı == Dipika Padukon 5 yanvar 1986-cı ildə anadan olmuşdur. Hazırkı aktrisa və keçmiş modeldir. Onun aktyorluq debütü 2006-cı ildə çəkilmiş “Aişvariya” filmində olub. 2007-ci ildə Hindistanda çəkilişləri bitdikdən sonra böyük uğur qazanmış “Om Şanti Om” filmində ifa etdiyi Şanti rolu ona “Filmfare-Best Female Debut” mükafatını qazandırmışdır . == Filmoqrafiya == == İstinadlar == .
Dipika Padukone
Dipika Padukon (hind. दीपिका पादुकोन) — Hindistan modeli və aktrisası. == Həyatı == Dipika Padukon 5 yanvar 1986-cı ildə anadan olmuşdur. Hazırkı aktrisa və keçmiş modeldir. Onun aktyorluq debütü 2006-cı ildə çəkilmiş “Aişvariya” filmində olub. 2007-ci ildə Hindistanda çəkilişləri bitdikdən sonra böyük uğur qazanmış “Om Şanti Om” filmində ifa etdiyi Şanti rolu ona “Filmfare-Best Female Debut” mükafatını qazandırmışdır . == Filmoqrafiya == == İstinadlar == .
Erkən padşahlıq (Misir)
Erkən padşahlıq (e.ə. təq. 3000-2800 ci illər) dövründə ilk iki sülalə hökmranlıq etmişdir. Misirin birinci fironu Narmer (Qədim Misir tarixçisi kahin Manefonun məlumatına görə adı Mina idi). Aşağı Misir üzərində qələbə çalaraq ölkəni vahid dövlətdə birləşdirdi. Birinci Misir sülaləsinin hakimiyyəti dövründə süni suvarma əkinçiliyi inkişaf etmiş, daş və mis alətlər təkmilləşdirilmiş, Nil çayının sol sahilində Misirin dini, siyasi, mədəniyyət və sənətkarlıq mərkəzi sayılan Memfis şəhərinin əsası qoyulmuşdur. Mərkəzləşdirilmiş dövlət yaradılmış və işğalçılıq müharibələrinə başlanılmışdır. == Mənbələr == Б. А. Тураев, Древний Египет, Издательство: Огни, 1922 г. Azərbaycan Sovet EnsiklopediyasıVI cild, səh.
Gennadiy Padalka
Hacıməmməd Padarov
Padarov Hacı Məmməd İbrahim oğlu -polkovnik. Azərbaycan SSR Baş Siyasi idarəsində, NKVD-də və DTN-də 1931-ci ildən 1954-cü ilədək işləmiş, Azərbaycan SSR Təhlükəsizlik nazirinin müavini Balakən rayon Siyasi İdarəsinin müvəkkili Hacı Məmməd Padarov idi. Axtarışda olan Molla Mustafa Şeyxzadəni tapıb hökumətə vermək üçün Padarov Omarxan Xalayevdən istifadə etdi. Daha doğrusu, Omarxana hədə-qorxu gəlib Şeyxzadənin gizləndiyi yeri öyrəndi. Onu Tiflisin Ortacalasında həbs edib Balakənə gətirdi, oradan da Bakıya apardılar. Buna görə Hacı Məmməd İbrahim oğlu Padarovu deputat seçdilər. Daha sonra respublika istintaq şöbəsinin rəisi və Dövlət Təhlükəsizlik nazirinin müavini vəzifəsinə qədər yüksəltdilər. Rütbəsi də polkovnik oldu.
Həsən padşah Bayandur
Uzun Həsən (tam adı: Həsən ibn Əli ibn Qara Yuluq Osman Bayanduri; 1423, Diyarbəkir – 6 yanvar 1478, Təbriz) — Ağqoyunlu dövlətinin (1468–1503/1508) banisi, Ağqoyunluların IX hökmdarı və sülalənin ilk sultanı (padşah). Uzun Həsən 1453-cü ildən 1478-ci ilə qədər hökmdar olmuşdur, 1468-ci ildə müasir İraqı, Türkiyənin bir hissəsini, Cənubi Qafqazı, İranın böyük hissəsini və Suriyanın bir hissəsini əhatə edən Ağqoyunlu dövlətinin əsasını qoymuşdur. == Həyatı == 1423-cü ildə anadan olmuşdur. Əli bəy ibn Osman bəyin oğlu, Qara Yuluq Osman bəyin nəvəsidir. Kitab-i Diyarbəkriyyə kitabında babası Osman bəydən başlamaqla Bayandur xanın Uzun Həsənin 52-ci babası olması göstərilir. Uşaqlıq və gənclik illəri barədə heç nə məlum deyil. Bircə onu ehtimal etmək olar ki, o, yaxşı təhsil almış və yenicə yaranan Ağqoyunlu dövlətinin hərbi təlimlərində iştirak etmişdir. Uzun Həsənin sarayında səfir olmuş Venesiya diplomatı Ambrozio Kontarini Uzun Həsən haqqında yazır: == Ağqoyunlu dövlətinin yaradılması == 1453-cü il yanvarın 16-da Diyarbəkirə daxil olan Uzun Həsən qardaşı Cahangir Mirzənin qüvvələrini dağıtdı. Cahangir Mirzə Mardinə qaçdı, sonralar ağqoyunluların əsas rəqibi olan Qaraqoyunlu Cahanşahla ittifaqa girdi. Osmanlılar Qaraqoyunlu Cahanşah və teymurilərdən olan Əbu Səidi Uzun Həsənlə mübarizəyə təhrik edirlər.
Ignacy Jan Paderewski
İgnacy Jan Paderewski (18 noyabr 1860[…] – 29 iyun 1941[…], Nyu-York, Nyu-York ştatı) — Polşalı pianoçu, bəstəkar, diplomat, siyasətçi və keçmiş Polşa Baş Naziri. Polşanın ən məşhur pianoçu və bəstəkarlarından biri olub. 16 yanvar 1919 – 10 dekabr 1919 tarixləri arasında Polşanın Baş naziri və Xarici İşlər Naziri vəzifələrini icra edib. (18 noyabr 1860 – 29 iyun 1941), Polşalı pianoçu, bəstəkar, diplomat, siyasətçi və keçmiş Polşa Baş Naziri. == Həyatı == 1860-cı ildə Polşanın (bugünkü Ukrayna) Podolya bölgəsindəki Kurylowka kəndində anadan olmuşdur. Doğulduqdan bir neçə ay sonra anası vəfat edir. 3 yaşında olanda atası 1863-cü ildə Yanvar qiyamında iştirak etdiyi üçün təxminən bir il həbs edilir. Yaşadığı mühit, millətçilik hissini kiçik yaşlarda inkişaf etdirməyə imkan verdi. 12 yaşında Varşava Konservatoriyasında musiqi təhsilinə başlamışdır. 1878-ci ildə məzun olduqdan sonra eyni məktəbdə fortepianodan dərs deyib.
Kuşan padşahlığı
Kuşan dövləti və ya Kuşan padşahlığı (q.yun. Βασιλεία Κοσσανῶν; Baktriya dili: Κυϸανο, Kuşano) Bizim eranın I-III yüzilliklərində Orta Asiya, Əfqanıstan, Pakistan və Şimali Hindistan ərazilərində mövcud olmuş qədim dövlət. Əhalisi əsasən kuşanlardan ibarət idi. == Tarixi == Dövlətin qurucusu, ilk dəfə İmperator unvanı alan Kucula Kadfiz idi. Kucula, qısa müddətdə, hakimiyətini, Yüeçi qəbilələrinə qəbul etdirdi. Kuculanın ölümünə qədər Kuşan dövləti, Hinduquşun o tərəfindəki Taksilaya (bugünkü Ravalpindi) qədər yayılmışdı. Kuculanın ölümündən sonra yerinə keçen Vima dönəmində də, kuşanların genişləmesi davam etdi. Hindistanda Mathuraya qədər olan bölgələr, Kuşanların hakimiyətinə daxil oldu. Kuşan dövləti, ən parlaq zamanını I Kanişka dönəmində (78-144) yaşadı. Kanişkadan sonra başa keçən hökmdarlar dönəmində Kuşanlar, Ağ Hunların hakimiyəti altına girdi.
Lupinus padre-crowleyi
Lupinus padre-crowleyi (lat. Lupinus padre-crowleyi) — paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü.
Qaraməryəm-Padar neotektonik qalxımı
Qaraməryəm-Padar neotektonik qalxımı Acınohur dağətəyi zonasının şərq qurtaracağında yerləşir və relyefdə bilavasitə əksini tapmış, pleystosen süxurlarının yaratdığı cavan antiklinal qalxım olaraq, Girdimançay çayının Kür çökəkliyinə çıxdığı sahədə qollarının yaratdığı və “padar pəncərələri” kimi tanınan antesedent vadilər vasitəsilə bir neçə hissəyə eninə parçalanmışdır. Qalxım cənuba çevrilmiş iki antiklinal qırışıq və onları ayıran ensiz sinklinalla təmsil olunur və alp tektogenezinin ən cavan pasaden (orta-gec pleystosen) fazasında formalaşmışdır.
Qışlaq-i Padarcamal (Biləsuvar)
Qışlaq-i Padarcamal (fars. قشلاق پادارجمال‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 68 nəfər yaşayır (13 ailə).
Qışlaq-i Padareysxan (Biləsuvar)
Qışlaq-i Padareysxan (fars. قشلاق پادارعيس خان‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 16 nəfər yaşayır (4 ailə).
Qışlaq-i Padarhacıbəhriş (Biləsuvar)
Qışlaq-i Padarhacıbəhriş (fars. قشلاق پادارحاجي بهريش‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 94 nəfər yaşayır (20 ailə).
Qədim Padşahlıq
Qədim padşahlıq ya qədim dövr e.ə. 2800-2250 bəzi məlumatlarda e.ə. 2707-2216 cı illəri əhatə edən III, IV, V və VI sülalələrin hakimiyyət başında olduğu zaman kəsiyi. Bəzən III sülalə Erkən padşahlıq dövrünə aid edilir. Qədim padşahlıq dövründə Sinay yarımadasına, Fələstinə, Nubiya və Liviyaya qarşı işğalçılıq müharibələri nəticəsində Qədim Misir çoxlu qənimət , hərbi əsir, torpaq sahələri ələ keçirdi, ehramların inşasına başlandı, ticarət genişləndi. VI sülalə dövründə başlayaraq Misir dövləti zəiflədi və yarımmüstəqillik əldə etmiş nom əyanları gücləndi. Qədim padşahlığın sonunda nomlar arasında başlanmış rəqabət və çəkişmələr 200 il (e.ə. təqr. 2250-2050) davam etdi və daxili siyasi parakəndəliyə səbəb oldu. == İstinadlar == == Mənbələr == Б. А. Тураев, Древний Египет, Издательство: Огни, 1922 г.
Qədim padşahlıq (Misir)
Qədim padşahlıq ya qədim dövr e.ə. 2800-2250 bəzi məlumatlarda e.ə. 2707-2216 cı illəri əhatə edən III, IV, V və VI sülalələrin hakimiyyət başında olduğu zaman kəsiyi. Bəzən III sülalə Erkən padşahlıq dövrünə aid edilir. Qədim padşahlıq dövründə Sinay yarımadasına, Fələstinə, Nubiya və Liviyaya qarşı işğalçılıq müharibələri nəticəsində Qədim Misir çoxlu qənimət , hərbi əsir, torpaq sahələri ələ keçirdi, ehramların inşasına başlandı, ticarət genişləndi. VI sülalə dövründə başlayaraq Misir dövləti zəiflədi və yarımmüstəqillik əldə etmiş nom əyanları gücləndi. Qədim padşahlığın sonunda nomlar arasında başlanmış rəqabət və çəkişmələr 200 il (e.ə. təqr. 2250-2050) davam etdi və daxili siyasi parakəndəliyə səbəb oldu. == İstinadlar == == Mənbələr == Б. А. Тураев, Древний Египет, Издательство: Огни, 1922 г.
SC Paderborn 07
SC Paderborn 07 (alm. Sport-Club Paderborn 07 e.V.‎) - Şimali Reyn-Vestfaliya əyalətinin Paderborn şəhərini təmsil edən futbol klubu. SC Paderborn 1907-ci ildə təmsil etdiyi şəhərdə yaradılmışdır. Komandanın adının sonluğunda olan 07 rəqəmidə klubun yaradıldığı ilə işarətdir. 1985-ci ildə klub yenidən formalaşdırılmışdır. Həmin il üç alman klubunun birləşməsi nəticəsində yeni bir SC Parderborn 07 yaradılıb. 1997-ci ilə qədər komanda TuS Paderborn-Neuhaus adı ilə tanınırdı. Mavi-qara rənglərdən istifadə edən klub ev oyunlarını Paderborn şəhərində yerləşən 15.300 nəfər tutumlu Bentler Arenada keçirməkdədir.
Sonuncu padşahlıq (serial)
" Sonuncu Padşahlıq " ( ing. The Last Kingdom Sonuncu Krallığı ), " Sakson Salnamələri " ümumi adı altında Bernard Cornwellin məşhur kitab seriyasına televiziya uyğunlaşması olan İngilis tarixi serialıdır . Serialın premyerası 2015-ci il oktyabrın 10-da ABŞ-də BBC America-da , eyni il 22 oktyabrda İngiltərədə BBC Second-da yayımlandı . 2015-ci ilin dekabr ayında serial ABŞ-də 16 mart 2017-ci ildə təqdim olunan ikinci mövsüm üçün uzadıldı . 2017-ci ilin sentyabrında seriya üçüncü mövsüm üçün uzadıldı, 19 Noyabr 2018 tarixində yalnız Netflix- də satışa çıxdı . 2018-ci ilin dekabrında seriya rəsmi olaraq dördüncü mövsüm üçün uzadıldı, çəkilişləri 2019-cu ilin oktyabrında başa çatdı və premyeranın 26 aprel 2020-ci ildə keçirilməsi planlaşdırıldı . == İstehsal == Список эпизодов телесериала «Последнее королевство» Televiziya serialının süjeti 9-cu əsrin ikinci yarısında baş verir, indi İngiltərə kimi tanınan bir sıra ayrı-ayrı Anglo-Saxon krallıqlarını təmsil edir - Northumbria, Mercia, Wessex, East Anglia və s. Anglo-Sakson torpaqlarına "böyük millətlərin böyük ordusu" - Vikinqlər hücum edir və Danimarkalar onlara hakimiyyəti ələ keçirirlər. Qismən müstəqillik yalnız ağıllı və istedadlı King Alfred Böyük tərəfindən idarə olunan Wessex krallığı tərəfindən qorunur. Baş qəhrəman Utred Bebbanburg, Skandinaviyalılar tərəfindən qaçırılan və Jarl Ragnarın övladı olaraq böyüdülmüş bir Anglo-Saxon onluğunun yetim bir oğludur.

Digər lüğətlərdə