Qaraməryəm-Padar neotektonik qalxımı

Qaraməryəm-Padar neotektonik qalxımı Acınohur dağətəyi zonasının şərq qurtaracağında yerləşir və relyefdə bilavasitə əksini tapmış, pleystosen süxurlarının yaratdığı cavan antiklinal qalxım olaraq, Girdimançay çayının Kür çökəkliyinə çıxdığı sahədə qollarının yaratdığı və “padar pəncərələri” kimi tanınan antesedent vadilər vasitəsilə bir neçə hissəyə eninə parçalanmışdır. Qalxım cənuba çevrilmiş iki antiklinal qırışıq və onları ayıran ensiz sinklinalla təmsil olunur və alp tektogenezinin ən cavan pasaden (orta-gec pleystosen) fazasında formalaşmışdır.

Qaraməryəm-Padar neotektonik qalxımı
Yerləşməsi
Ölkə  Azərbaycan

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

"Azərbaycan Respublikasının Geoloji İrsi" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2013