QARABATDAĞ

I
(Bakı)
qaraqabaq. – Qarabatdağ adamın üzi gülməz
II
(Şərur)
boyunbağı
QARABAĞIR
QARABİLLƏ
OBASTAN VİKİ
Berinq qarabatdağı
Berinq qarabatdağı (lat. Phalacrocorax pelagicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin qarabatdaqlar fəsiləsinin qarabatdaq cinsinə aid heyvan növü.
Steller qarabatdağı
Steller qarabatdağı, və ya Eynəkli qarabatdaq (lat. Phalacrocorax perspicillatus) — Qarabatdaqlar fəsiləsinə daxil olan, nəsli kəsilmiş quş növü. Bu canlılar əsasən Berinq dənizinin Berinq və Ariy Kamen adalarında yayılmışdırlar. Bu canlı Qeorq Vilhelm Stellerin şərəfinə adlandırılmışdır (1709—1746). == Xariçi görünüş == Dünyanın ən iri qarabatdaqlarından biri olmuşdur. Uzunluğu 96 sm, çəkidi 6 kq təşkil edirdi. Qara təngdə olub üzərindən bürünc xətt keçir. Erkəklərin gözləri ətrafında sanki eynək vardır. == Həyat tərzi == Əsasən qayalıqlı ada sahillərində yerləşirdilər. Olduqca ləng idilər.
Yapon qarabatdağı
Yapon qarabatdağı (lat. Phalacrocorax capillatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin qarabatdaqlar fəsiləsinin qarabatdaq cinsinə aid heyvan növü. == Xarici görünüş == Xariçi görünüşünə və ölçülərinə görə böyük qarabatdağı xatırlatsa da, dimdikdəki sarı nöqtə ağız küncündə deyil. Bədənininin uzunluğu 84 sm, qanadları arasında məsafə 152 sm təşkil edir. Bir qanadının uzunluğu 32-33,2 sm, dimdiyinin uzunluğu 6,1-6,7 sm təşkil edir. Quyruğu dairəvidir və burada 14 lələk vardır. Göz kölgəsi, göz ətrafında həlqə, arxa boşluq və aşağı çənənin yan tərəflərı çılpaqdır. Böyük qarabatdaqlara nisbətdə alt çənənin çılpaq hissəsi daha az sahə tutur. Lələklərin parlaqlığı aşağı və irəli yönəlir. Bu növə daxil olan quş balalarını böyük qarabatdaqların balalarından fərqləndirmək asan deyildir.