Yapon qarabatdağı

Yapon qarabatdağı (lat. Phalacrocorax capillatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sümsükquşukimilər dəstəsinin qarabatdaqlar fəsiləsinin qarabatdaq cinsinə aid heyvan növü.

Yapon qarabatdağı
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Fəsilə:
Növ:
Yapon qarabatdağı
Beynəlxalq elmi adı

Xarici görünüş

[redaktə | mənbəni redaktə et]

Xariçi görünüşünə və ölçülərinə görə böyük qarabatdağı xatırlatsa da, dimdikdəki sarı nöqtə ağız küncündə deyil. Bədənininin uzunluğu 84 sm, qanadları arasında məsafə 152 sm təşkil edir. Bir qanadının uzunluğu 32-33,2 sm, dimdiyinin uzunluğu 6,1-6,7 sm təşkil edir. Quyruğu dairəvidir və burada 14 lələk vardır.

Göz kölgəsi, göz ətrafında həlqə, arxa boşluq və aşağı çənənin yan tərəflərı çılpaqdır. Böyük qarabatdaqlara nisbətdə alt çənənin çılpaq hissəsi daha az sahə tutur.

Lələklərin parlaqlığı aşağı və irəli yönəlir.

Bu növə daxil olan quş balalarını böyük qarabatdaqların balalarından fərqləndirmək asan deyildir.

Əsasən Yapon dənizinin sahillərində yayılmışlar.

Primorsk diyarı ərazisində yuva qururlar. Bölgənin donmayan ərazilərində hətta qışlayırlar. Yumurtlama dövrü aprel ayının ortalarına düşür. Payızda yuvalarına yaxın ərazilərdə yaşayırlar.

Əsasən sahgil ərazilərində müşahidə edilirlər. Rudnaya çayı sahilində nadir hallarda müşahidə olunurlar. Böyük koloniyaları Qamov yarımadası və Slavyanski körfəzi sahillərində cəmləşmişdir. Çoxlu sayda Askold adası, Stelok körfəzi, Kovrijka adası, Poset körfəzi, Furuhelm adası ərazilərində müşahidə edilirlər. XIX əsrdə bölgənin sahil ərazilərində və Askold adasında böyük koloniyaları müşahidə edilirdi. Hazırda bu koloniyalar yoxdur. Hazırda böyük koloniyaları TokioNaqoya ətrafında müşahidə edilir.

Müxtəlif sayda olan koloniyalar şəklində və ancaq dəniz kənarlarında yaşayırlar. Yuvalar iki, üç, bəzənsə bir çütlük üçündür. Sahil yuvaları yalnız bu quşlara məxsusdur. Tokio ətrafında bu quşlar adi qarabatdaqlarla bir yerdə yuva qururlar.

Monoqamdır. Yuva əsasən əlçatmaz ərazilərdə, dəniz sahilinə yaxın qaya üzərində qurulur. Yaponiyada bəzi ağacların üzərində yuva qurmaları qeydə alınmışdır. Yaponiyada iri ağ vağlarla bir birgə paylaşdığı məkalar belə vardır.

Əsasən dörd yumurta qoyurlar. Rəng və ölçü baxımından Böyük qarabatdaqlardan fərqlənmir. Yumurtanın ölçüləri: 60×37,8 - 63,8×42,8 mm. Yumurtalarda sıx otururlar. Əgər quşu qorxutsanız onlar insanlara fikir vermədən yenidən yuvaya qayıdırlar.

Ancaq dəniz balıqları ilə qidalanırlar.

Qarabatdaq və insan

[redaktə | mənbəni redaktə et]

Böyük qarabatdaq ilə yanaşı o da balıq tutmaq üçün tez-tez ÇinYaponiya sakinləri tərəfindən balıq ovu üçün hazırlanır.