qaramtıl
qaramtıllıq
OBASTAN VİKİ
Bozumtul böyürtkən
Göyümtül böyürtkən (lat. Rubus caesius) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şərqi Avrasi, Kiçik Asiya və İran hesab olunur. == Botaniki təsviri == Sildindirvari əksərən qövsvarı əyilmiş budaqlı, çox hündür olmayan koldur. Əksər budaqlar tüksüz ağımtıl, boz ləçəkli müxtəlif formalı kiçik tikanlı çox zaman tikansızdır. Yarpaqları enli lansetvaridir. Yarpaqları daim üç yarpaqcıqdan ibarətdir. Yarpaqcıqlar bir növ oturan hər iki tərəfdən yaşıl seyrək tüklü kənarı qeyri bərabər kəsik dişli ucdakı rombvari yumurtaşəkilli yandaılar bir qədər enli çəp yumurtavçari qaidədən dilimlidir. Çiçək saplağı bir qədər uzun çiçək qrupu s eyrək azçiçəkli süpürgədir. Kasa yarpaqları xırda keçətuklu çox zaman vəzili və meyvəyə yapışıq kimidir.
Bozumtul qızılböcək
Bozumtul qızılböcək-(lat. Capnodis tenebricosa Hbst.) Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Qızılböcəklər fəsiləsinə aid olan növ. == Həyat tərzi == Böcəklərə bütün yay fəsli rast gəlinir. May ayında yumurta qoyurlar. Yumurtalar əsasən ağacın gövdəsinin yarıqlarına və qabıq altına qoyulur. Yumurtadan iyun ayında çıxan sürfələr ağacın gövdəsinə girərək qidalana-qidalana kökə tərəf irəliləyirlər. Ağacların tör-töküntüsü altında imaqo mərhələsində qışlayırlar. İl ərzində bir nəsl verir. Zərərvericinin sürfə mərhələsindən 2 növ (Macrocentrus ancylivorus Roh., Perisierola gallikola Kieff.) entomofaq qeydə alınmışdır. == Yayılması == Avropa, İran, Suriya, Afrika, Qafqaz, Qazaxıstan.
Bozumtul çalağan
Bozumtul çalağan (lat. Elanus caeruleus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin boz çalağan cinsinə aid heyvan növü.
Qaramtıl qızılböcək
Qaramtıl qızılböcək (lat. Capnodis tenebrionis L.) — Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinin Qızılböcəklər fəsiləsinə aid olan növ. == Həyat tərzi == Abşeron yarımadasında, Qaramtıl qızılböcəyin sürfəsi, bəzək ağaclarının çürümüş köklərinə və gövdəsinə (iyun ayında) daha çox zərər verir (18-22 %). Böcəklərə, ilin yay fəslində daha çox rast gəlinir. May ayında ağacın kök hissəsinə yaxın gövdə yarıqlarına yumurta qoyurlar, 18-24 gündən sonra yumurtalardan sürfələr çıxır və torpağın alt hissəsinə yaxın köklərlə qidalanırlar. Qidalandıqdan bir müddət sonra sürfələr qabığın altında və ya yarıqlarda barama içərisində puplaşırlar. 10-14 gündən sonra puplardan çıxan böcəklər (mayın axırı, iyulun əvvəli) ağacların yarpaqları ilə qidalanırlar. Müşahidələrə əsasən böcəklər həm sürfə mərhələsində, həm də imaqo mərhələsində qışlayır. 3 ildə bir nəsil verir. == Yayılması == Rusiya, Qafqaz, Qazaxıstan, Türkmənistan, Orata və Cənubi Avropa, Afrika,Türkiyə, Suriya, İsrail, İrak, İran, Azərbaycan.
Güvəyəbənzər qaramtıl-sarı şibyəyeyən
Güvəyəbənzər qaratıl-sarı şibyəyeyən (lat. Setina aurita) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ. == Xarici quruluşu == Kəpənəyi nisbətən iridir. Qanadları açılmış halda 16-18 mm-dir. Qanadları və qarıncığındakı naxışlara görə E.irrorella növünə çox oxşayır, lakin ondan naxışların daha tünd sarı rəngdə olması, ön və arxa qanadlarda qara ləkələrin iriliyi ilə fərqlənir. Tırtılı qara və ya qara-boz rəngdə olub, hər bədən buğumunun kürək hissəsində iki romb şəklində sarı ləkə, yanlardan nazik sarı yan xətt uzanır, kürək hissəsində uzun qara tüklər, yan hissəsində isə sarı tüklər yerləşir. == Həyat tərzi == Gündüzlər uçur. İldə bir nəsil verir. Tırtıl mərhələsində qışlayır. Yazda qışlamadan çıxan tırtıllar şibyələrlə qidalanır.