Güvəyəbənzər qaramtıl-sarı şibyəyeyən

Güvəyəbənzər qaratıl-sarı şibyəyeyən (lat. Setina aurita) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ.

Güvəyəbənzər qaramtıl-sarı şibyəyeyən
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Güvəyəbənzər qaramtıl-sarı şibyəyeyən
Beynəlxalq elmi adı

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Kəpənəyi nisbətən iridir. Qanadları açılmış halda 16-18 mm-dir. Qanadları və qarıncığındakı naxışlara görə E.irrorella növünə çox oxşayır, lakin ondan naxışların daha tünd sarı rəngdə olması, ön və arxa qanadlarda qara ləkələrin iriliyi ilə fərqlənir. Tırtılı qara və ya qara-boz rəngdə olub, hər bədən buğumunun kürək hissəsində iki romb şəklində sarı ləkə, yanlardan nazik sarı yan xətt uzanır, kürək hissəsində uzun qara tüklər, yan hissəsində isə sarı tüklər yerləşir.

Gündüzlər uçur. İldə bir nəsil verir. Tırtıl mərhələsində qışlayır. Yazda qışlamadan çıxan tırtıllar şibyələrlə qidalanır.

Azərbaycanda dağətəyi, dağlıq və dağ-səhra yerlərdə yayılmışdır. Kəpənəyi Qaxın İlisu, Lerikin Kosmolyan kəndələrindən və Ordubaddan toplanmışdır.

  • S.Ə.Hacıyeva. Azərbaycanın ayıca (Lepidoptera, Arctiidae) kəpənəkləri (dissertasiya). Bakı: 2005.