qozacıq
qozaqaldıran 2021
OBASTAN VİKİ
Qozağacı
Qozağacı — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Yenikənd kənd Sovetinin Qozağacı kəndi Məşrif kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == Kəndin adı onun ərazisində qoz ağaclarının çoxluğu ilə əlaqədar meydana gəlmişdir. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi düzən­likdə yerləşir. == Əhalisi == Əhalisinin sayı 400 nəfərdir. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Siyəzən rayonu Qozağacı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 262 000 manat vəsait ayrılmışdır.