Qozağacı — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Yenikənd kənd Sovetinin Qozağacı kəndi Məşrif kənd Sovetinin tərkibinə verilmişdir.[1]
Qozağacı | |
---|---|
41°06′04″ şm. e. 48°59′16″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 319 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Kəndin adı onun ərazisində qoz ağaclarının çoxluğu ilə əlaqədar meydana gəlmişdir.[2]
Kənd dağətəyi düzənlikdə yerləşir.
Əhalisinin sayı 400 nəfərdir.[3]
Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı[4] ilə Siyəzən rayonu Qozağacı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 262 000 manat vəsait ayrılmışdır[5].
Siyəzən rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |