QUN1

Balaca sərt dənələr şəklində olan daş qırıntısı, qum. (“Kitabi-Dədə Qorqud” leksikası)

Qan kəlməsilə birlikdə “qanqun” şəklində işlənmişdir, bugünkü dildəki qarşılığı qan-mandır. (“Kitabi-Dədə Qorqud” leksikası)

QUMRU
QUNC
OBASTAN VİKİ
Eytour İngi Qunnleyqsson
Eytour İnqi Qunnleyqsson (İslandca: Eyþór Ingi Gunnlagsson) 29 may 1989-cu ildə anadan olan İslandiyalı müğənni. Eytour İnqi Qunnleyqsson 2013 Avroviziya Mahnı Müsabiqəsində İslandiyanı "Ég Á Líf" mahnısı ilə təmsil edib və İslandiyaya 17-ci yeri qazandırıb.
Eytour İnqi Qunnleyqsson
Eytour İnqi Qunnleyqsson (İslandca: Eyþór Ingi Gunnlagsson) 29 may 1989-cu ildə anadan olan İslandiyalı müğənni. Eytour İnqi Qunnleyqsson 2013 Avroviziya Mahnı Müsabiqəsində İslandiyanı "Ég Á Líf" mahnısı ilə təmsil edib və İslandiyaya 17-ci yeri qazandırıb.
Eytour İqni Qunnleyqsson
Eytour İnqi Qunnleyqsson (İslandca: Eyþór Ingi Gunnlagsson) 29 may 1989-cu ildə anadan olan İslandiyalı müğənni. Eytour İnqi Qunnleyqsson 2013 Avroviziya Mahnı Müsabiqəsində İslandiyanı "Ég Á Líf" mahnısı ilə təmsil edib və İslandiyaya 17-ci yeri qazandırıb.
Hari Qunarto
Hari Qunarto (1954~) Yaponiyanın Ritsumeikan APU Universitetində Asiya-Sakit Okean Araşdırmaları üzrə tədqiqatçı alim və professordur və onun nəşrlərindən biri UNESCO-nun Ümumdünya İrs Saytlarının rəqəmsal mühafizəsi haqqındadır Borobudur, İndoneziya Məbədi .
Keyt Qunter
Keyt Qunter (5 iyul 1982, Brisben) — Avstraliyanı təmsil edən su poloçusu. Keyt Qunter, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarında və 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. == Karyerası == Keyt Qunter, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu. Keyt Qunter, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu. Keyt Qunter, 2012-ci ildə Avstraliya yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 13:11 hesabı ilə məğlub edən Avstraliya yığması, XXX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Qunbad məscidi
Qunbad məscidi və ya Altmış qübbə məscidi (benq. ষাট গম্বুজ মসজিদ Shaṭ Gombuj Moshjid) — Banqladeşdə məscid.YUNESKO-nun Dünya İrsinə daxil olan Baqerhat Məscid şəhərinin bir hissəsidir. Bu, sultanlıq dövründən (1204-1576) Banqladeşdə ən böyük məsciddir. Məscid Sundarban qubernatoru Xan Cahan Əli tərəfindən Benqal Sultanlığı dövründə qurulmuşdur. == Tarixi == Məscidin inşasına 1442-ci ildə başlanmışdır və 1459-cu ildə tamamlandı. Məscid namaz üçün, həmçinin mədrəsə və məclis zalı kimi istifadə olunurdu. == Üslub == Məscid, Tuğlaq üslubunda tikilimişdir. Bura dam örtüyünü dəstəkləyən çoxsaylı tağlara çatan incə sütunlarla əhatə olunmuşdur. Məscid əsasən terrakota və kərpiclə bəzədilib Məscidin uzunluğu 160 fut (49 m) eni isə 108 fut (33 m). Məsciddə 77 qübbə və hər küncdə bir günbəz var.
Qunbyorn dağı
Qunbyorn dağı (alm. Gunnbjørns Fjeld‎) — Qrenlandiyanın ən hündür dağı, Arktikanın ən hündür nöqtəsi. Votkins sıra dağlarına daxildir. Adanın cənub-şərqində, Danimarka boğazından 100 km aralıda yerləşir. Zirvə Qrenlandiyanı kəşf etmiş Qunnborn Ulfsonun şərəfinə adlandırılmışdır. İslandiya saqalarında dağın adı "ağ paltar" olaraq anılır. Qunbyorn dağına ilk dırmanma 16 avqust 1935-ci ildə Avqustin Kurto, Cek Lonqlend, Ebbi Munkon, Lourens Vaqer tərəfindən təşkil olunmuşdur.
Qundadalur
Qundadalur (Faroecə: Gundadalur) - Torshavn şəhərində yerləşən idman kompleksidir. Bura yerli stadionu ilə məşhurdur (photo Arxivləşdirilib 2007-09-28 at the Wayback Machine).Milli öz oyunlarını burada keçirir.
Qundanlı
Qundanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Məlikəhmədli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Toponimikası == Qundanlı kəndi Bərgüşad çayının sahilində, dağətəyi ərazidədir. Oykonim qundanlı nəslinin adı ilə bağlıdır. Kəndin inqilabaqədərki ədəbiyyatlarda Qundanlı Müsxanlı, Daşaltı, Əzizobası, Şərəfli adlarına da rast gəlinir.
Qundaq-qundaq
Qundaq-qundaq oyunu
Qundaqlı yay-ox
Qundaqlı yay-ox (köhnə azərbaycanca tarixi adları: Çarx چارخ Zənbərək زنبرک Zənburək زنبورک) — mexaniki yay-ox Azərbaycan Respublikası qanunvericiliyinə əsasən soyuq atıcı silah növüdür. Arbalet adi yay və oxdan dəqiq atış və dağıdıcı gücü ilə fərqlənir, lakin ox və yay arbaletdən daha sürətlidir. Arbaletdən atış üçün bolt, ox və ya güllədən istifadə edilir. Döyüş zamanı həm mexaniki (əl ilə istifadə edilən), həm də xüsusi avadanlığın üzərinə quraşdırılmış iri həcmli arbaletlərdən də istifadə edilirdi. Belə arbaletlərə arkbalist deyilir. == Mexanizm == Arbaletin əsas hissəsi qundaqdır və qundağın iç hissəsinə tətik quraşdırılır. Qundağın üzərində istiqamətləndirici (oxları) oyuq olur. Qundağın sonuna isə çiyinlər bərkidilir və həmin çiyinlərə ayağ üçün halqa quraşdırılır. Həmin halqaya arbaleti doldurma zamanı ayaq keçirilir. Çiyinlər elastikliyə malik polad, ağac və ya buynuzdan hazırlanır.
Qundağlı ox-yay
Qundaqlı yay-ox (köhnə azərbaycanca tarixi adları: Çarx چارخ Zənbərək زنبرک Zənburək زنبورک) — mexaniki yay-ox Azərbaycan Respublikası qanunvericiliyinə əsasən soyuq atıcı silah növüdür. Arbalet adi yay və oxdan dəqiq atış və dağıdıcı gücü ilə fərqlənir, lakin ox və yay arbaletdən daha sürətlidir. Arbaletdən atış üçün bolt, ox və ya güllədən istifadə edilir. Döyüş zamanı həm mexaniki (əl ilə istifadə edilən), həm də xüsusi avadanlığın üzərinə quraşdırılmış iri həcmli arbaletlərdən də istifadə edilirdi. Belə arbaletlərə arkbalist deyilir. == Mexanizm == Arbaletin əsas hissəsi qundaqdır və qundağın iç hissəsinə tətik quraşdırılır. Qundağın üzərində istiqamətləndirici (oxları) oyuq olur. Qundağın sonuna isə çiyinlər bərkidilir və həmin çiyinlərə ayağ üçün halqa quraşdırılır. Həmin halqaya arbaleti doldurma zamanı ayaq keçirilir. Çiyinlər elastikliyə malik polad, ağac və ya buynuzdan hazırlanır.
Qundeliya
Gundelia (lat. Gundelia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Gundelia rosea Gundelia tenuisecta Gundelia tournefortii == Turnefor qundeliyası (Gundelia tournefortii) == Status. Nadir, Ön Asiya növüdür. Yayılması. Naxçıvan AR – Ordubad rayonu (Parağa və Billov kəndlərinin ətrafı). Azərbaycandan kənarda – Türkmənistan, İran, aralıq dənizin şərq hissəsi və Kiçik Asiyanın flora rayonlarında. Bitdiyi yer. Quru gilli, daşlı yamaclar və orta dağlıq qurşağının dəniz səviyyəsindən 1800 m hündürlüyə qədər yamacları. Ehtiyatı.
Qunduz
Qunduzlar — əsasən çay və göl sahillərində məskunlaşırlar. Ancaq əvvəlcə suyun axmaması üçün onu müəyyən yerdən kəsib gölcüklər yaradırlar. Bunu ona görə edirlər ki, su çoxalanda yuvalarını sel aparmasın. Gölcük tikmək üçün onlar iti dişləri ilə gəmirib ağacı yıxır, gölcüyün yan tərəflərini palçıqla suvayır, boş yerləri daşla doldururlar. Ağacın budaqlarından və yarpaqlarından isə kəsilmiş hissəsinin arxa ətrafında evciklərini tikirlər. Yuvalarına ancaq suyun altından yol qoyurlar. Qunduzlar Şimali Amerikada, Avropanın Asiyanın bəzi yerlərində yaşayırlar. Qunduzların bədəninin uzunluğu 1 metrə çatır. Çəkiləri 30–32 kq arasında dəyişir. == Qunduzların yemi == Qunduzlar bitkilərlə qidalanırlar.
Qunduz müharibələri
== Ümumi məlumat == 17-ci əsrdə baş verən Qunduz müharibələri, Müqəddəs Lavrenti və daha aşağı Böyük Göllər bölgəsində iqtisadi rifah uğrunda müharibə idi.Müharibələrdə İrokezlər, Huronlar, şimal Alqonkinləri və onların Fransız müttəfiqləri,xəz ticarətini nəzarət altına almağa çalışırdılar. Avropalılar orta əsrlərdən etibarən Rusiya və Skandinaviyadan xəz əldə edirdilər. Bu qəbilələrin hərbi gücü və diplomatik bacarıqları, on yeddinci əsrin sonlarından on səkkizinci əsrin sonlarına doğru Avropa-Hindu əlaqələrində böyük rol oynadı. İrokezlər ,torpaqlarını genişləndirmək və xəz ticarətini və Avropa bazarları ilə Qərbi Böyük Göllər bölgəsinin qəbilələri arasındakı ticarəti özəlləşdirməyə çalışırdılar. Onlar 5 Konfederasiyadan -Mohauk, Oneida, Onondaqa, Kayuqa və Senekadan ibarət idi. (Konfederasiya, daha sonra Tuskaroranın 18-ci əsrdə qəbul edildiyindən sonra 6 xalqdan ibarət oldu.) Vaşinqton və Ottavadakı hökumət səlahiyyətliləri, İrokez suverenliyini yalnız fərdi tayfa hökumətləri varlığında gördülər. Suveren Mohauk başçılığındakı İrokez Konfederasiyası, Böyük Göllər bölgəsinin böyük Alqonkin dilində danışan qəbilələrinə qarşı hərəkətə keçdi. İrokezlər, Holland və İngilis ticarət tərəfdaşları tərəfindən silahlandırıldı.Alqonkinlər isə, əsas ticarət ortağı olan Fransızlar tərəfindən dəstəkləndi.Döyüşlər mərhəmətsiz və Şimali Amerika tarixində yaşanan ən qanlı qarşıdurmalardan biri olaraq göstərilir. İrokezlər, Huron, Eri, Suskeannok və Şauni də daxil olmaqla, bir neçə böyük qəbilə Konfederasiyasını yox etdiyində, Şimali Amerika qəbiləsi coğrafiyasını yenidən təşkil etdilər və bölgədə suveren hala gələrək torpaqlarını genişlətdilər.İrokezlər, bəzi şərq qəbilələrini Mississippi çayının qərbinə və ya cənubda Karolinaya doğru sıxışdırırdılar.İrokezlər, Ohayo vadisi torpaqlarını ov ərazisi kimi görərək,təxminən 1670-ci ildən etibarən buraya nəzarət etdilər. Alqonkin və İrokez cəmiyyətləri bu müharibələrdə böyük ölçüdə pozuldu.
Qunduzca döyüşü
Qunduzca döyüşü – Qızıl Orda dövlətinin xanı Toxtamış ilə Teymur arasında indiki Samara oblastının Qunduzca çayı sahillərində 18 iyun 1391-ci ildə baş vermiş müharibə. Toxtamışın məğlub olub, ordusundan geriyə qalanla Volqa bölgəsinə geri çəkilməsi ilə nəticələnmişdir. == Arxa plan == Əmir Teymurun dəstəyi ilə 1378-ci ildə Qızıl Ordu taxtını ələ keçirən Toxtamış bir neçə il içərisində ölkənin daxili problemlərini həll edərək iqtisadi və hərbi sahədə ölkə birliyini təmin etdi. Şimala etmiş olduğu səfərlərlə rusları da itaəti altına alan Toxtamış beləcə gücünün zirvəsinə çatdı. Qızıl Orda dövlətini əvvəlki sərhədlərinə çatdırmaq üçün Əmir Teymurun ona etmiş olduğu yardımları heçə sayaraq, Xarəzmi Teymurdan istədi. İstəyinin qəbul edilməməsindən sonra, 1387-ci ildə Teymurun çıxmış olduğu Orta Şərq səfərini fürsət bilib, Xarəzmdə Konqrat Süleyman Sufi ilə razılaşaraq üsyan başlatmış, Dəşti Çetadakı Duğlat əmir Kamarəddinlə də razılığa gələrək, birləşmiş ordular birlikdə Teymurun oğlu Ömər Şeyxi Əndicanda məğlub edərək Mavəraünnəhri yağmalamışdır. Eyni il hədəf yayındırma məqsədiylə başqa Qızıl Orda ordusuu Qafqaz üzərindən Teymurun hakimiyyəti altındakı Dərbənd və Şirvanı yağmalamaq üçün göndərmişsə də, bu ordu Teymurun mirzəsi Miranşaha məğlub olaraq geri çəkilməyə məcbur olmuşdur. 1388-ci ildə mərkəzinə geri dönən Teymur ilk olaraq Xarəzmə daxil olmuş, Qızıl Orda tərəfdarı konqratları məğlubiyyətə uğradaraq Ürgənci xarabaya çevirmiş və burada hakimiyyətini təzələmişdir. Miranşahın da qatılması ilə ordusunu gücləndirən Teymur 1389-cu ilin baharında Sapranda olan Toxtamışın üzərinə yerimişdir. Lakin Toxtamış uzun müddətdir səfərdə olmasına görə, yorğun ordusunun Teymura qarşı müqavimət göstərə bilməyəcəyini başa düşərək, Sapranı tərk etmiş və Dəşti Qıpçak bozqırına geri çəkilmişdir.
Quni (Urmiya)
Quni (fars. قوني‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 898 nəfər yaşayır (140 ailə).
Qunib dairəsi
Qunib dairəsi (rus. Гунибский округ) — Rusiya imperiyası (Dağıstan vilayətində) və RSFSR–in (Dağıstan vilayəti və Dağıstan MSSR–də) tərkibində, 1860–1928–ci illərdə mövcud olmuş inzibati–ərazi vahidi. İnzibati mərkəzi Qunib kəndi idi.
Qunib rayonu
Qunib rayonu — Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. == Coğrafiyası == Rayonun sahəsi 609,5 km², inzibati mərkəzi Qunib kəndidir. == Əhalisi == Rayonun əhalisi 26.196 nəfərdir (2015-ci il).
Qunki
Qunki — Yaponiyada Kamakura dövrünün hərbi hadisələrini təsvir edən əsərlərin yazıldığı janr. == Haqqında == «Qunki» hərfi mənada «hərbi təsvir» deməkdir. Bu janrı Kamakura dövrünün hərbi hadisələrini təsvir edən əsərləri belə adlandırırdılar. «Qunkilərin» bir hissəsi O zamankı Heyyan dövründəkinə uyğun olaraq əsərin predmetinə, mövzusuna görə seçilir. (məs. Horen dövrünün povesti – Horen-monoqatari: Meyci dövrünün povesti, «Heyke-monoqatari», «tayra nəsli haqqında povesti) Deməli, «Qunki» ilə monoqatari arasında genetik əlaqə vardır. Bununla belə «Qunki»nin özünə məxsus fərqləndirici cəhəti vardır. Qunki ədəbi dilin yeni tipi ilə səciyyəvidir. Kitaizm burada yalnız leksik simada özünü göstərir, lakin elə sintaktik mənada da əsərin quruluşuna azca təsir göstərmişdir. «Qunki»də Heyyan ədəbiyyatının dil elementlərini görə bilinir və burada bir sıra xalq sözlərinin də şahidi olunur.
Qunma prefekturası
Qunma prefekturası — Yaponiyanın Kanto regionunda prefektura. Ərazisi 6 363 kvadrat kilometr, əhalisi 2 001 000 nəfərdir. Mərkəzi Maebasi şəhəridir.
Qunnar Myurdal
Karl Qunnar Myurdal (ing. Karl Gunnar Myrdal) (6 dekabr 1898, Dalarna, İsveç - 17 may 1987, Danderid, İsveç) — Isveçli iqtisadçı və siyasətçi. 1974-cü ildə iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Qunnar Myurdal 1923-cü ildə Stokholm Universitetinin Hüquq fakultəsindən məzun olur. 1927-ci ildə isə iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yüksəlir. 1933-1947-ci illərdə Stokholm İqtisadiyyat məktəbində professorluq edir. Bu müddətdə onun apardığı tədqiqatlardan Stokholm İqtisadiyyat məktəbi güclü təsirlənir. 1924-cü ildə Alva Myurdal ilə evlənir. Qunnar Myurdal və Alva Myurdal 1934-cü ildə "Əhali Məsələlərindəki Böhranlar" əsərini (ing. Crisis in the Population Question) birlikdə yazmışdılar.
Qunnar Nordal
Qunnar Nordal (isv. Gunnar Nordahl; 19 oktyabr 1921, Hernerfors — 15 sentyabr, 1995, Alqero) — hücumçu mövqeyində oynamış İsveç futbolçusu. Beynəlxalq futbol tarixi və statistikaları federasiyasının keçirdiyi sorğuya əsasən o, "Dünyanın ən yaxşı futbolçuları" siyahısında 46-cı yeri tutur, "Avropada XX əsrin ən yaxşı futbolçuları" siyahısında isə 36. "Milan" klubunun məşhur Gre-No-Li hücüm üçlüyünün bir hissəsi idi və bu klubun tarixi ərzində ən çox qol vuran oyunçusudur. İsveç millisində 33 oyun keçirmiş və 43 qol vurmuşdur. 1948-ci ildə isə millinin heyətində Yay Olimpiya Oyunlarının qalibi olmuşdur. 291 oyuna 210 qol vurmaqla İtaliya A Seriyasının üçüncü bombardir oyunçusudur. 5 dəfə Seria A-da bombardir olub. Futbolçu karyerasını bitirdikdən sonra məşqçilik etməyə başlamışdır.
Qunnar Qarfors
Qunnar Qarfors (d. 29 may 1975, Hammerfest, Norveç) — Norveçli səyyah. Qunnar Qarfors 198 ölkəni ziyarət etmiş ən gənc həvəskar-səyahətçidir. O, bütün səyahətlərini daimi işindən ayrılmadan edə bilmişdir. Belə ki, Qunnar həftə sonları və özünün ödənişli məzuniyyətləri çərçivəsində dünyanı gəzmişdir.