Qunduzca döyüşü – Qızıl Orda dövlətinin xanı Toxtamış ilə Teymur arasında indiki Samara oblastının Qunduzca çayı sahillərində 18 iyun 1391-ci ildə baş vermiş müharibə.[1] Toxtamışın məğlub olub, ordusundan geriyə qalanla Volqa bölgəsinə geri çəkilməsi ilə nəticələnmişdir.[2]
Qunduzca döyüşü | |||
---|---|---|---|
Əmir Teymurun Toxtamış xanla müharibəsi | |||
Tarix | 18 iyun 1391 | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Əmir Teymurun dəstəyi ilə 1378-ci ildə Qızıl Ordu taxtını ələ keçirən Toxtamış bir neçə il içərisində ölkənin daxili problemlərini həll edərək iqtisadi və hərbi sahədə ölkə birliyini təmin etdi. Şimala etmiş olduğu səfərlərlə rusları da itaəti altına alan Toxtamış beləcə gücünün zirvəsinə çatdı. Qızıl Orda dövlətini əvvəlki sərhədlərinə çatdırmaq üçün Əmir Teymurun ona etmiş olduğu yardımları heçə sayaraq, Xarəzmi Teymurdan istədi.[3] İstəyinin qəbul edilməməsindən sonra, 1387-ci ildə Teymurun çıxmış olduğu Orta Şərq səfərini fürsət bilib, Xarəzmdə Konqrat Süleyman Sufi ilə razılaşaraq üsyan başlatmış, Dəşti Çetadakı Duğlat əmir Kamarəddinlə də razılığa gələrək, birləşmiş ordular birlikdə Teymurun oğlu Ömər Şeyxi Əndicanda məğlub edərək Mavəraünnəhri yağmalamışdır. Eyni il hədəf yayındırma məqsədiylə başqa Qızıl Orda ordusuu Qafqaz üzərindən Teymurun hakimiyyəti altındakı Dərbənd və Şirvanı yağmalamaq üçün göndərmişsə də, bu ordu Teymurun mirzəsi Miranşaha məğlub olaraq geri çəkilməyə məcbur olmuşdur. 1388-ci ildə mərkəzinə geri dönən Teymur ilk olaraq Xarəzmə daxil olmuş, Qızıl Orda tərəfdarı konqratları məğlubiyyətə uğradaraq Ürgənci xarabaya çevirmiş və burada hakimiyyətini təzələmişdir. Miranşahın da qatılması ilə ordusunu gücləndirən Teymur 1389-cu ilin baharında Sapranda olan Toxtamışın üzərinə yerimişdir. Lakin Toxtamış uzun müddətdir səfərdə olmasına görə, yorğun ordusunun Teymura qarşı müqavimət göstərə bilməyəcəyini başa düşərək, Sapranı tərk etmiş və Dəşti Qıpçak bozqırına geri çəkilmişdir. 1390-cı ilin sonlarında Toxtamışın üzərinə səfərə çıxan Teymur qışı Daşkənddə keçirərək, 1391-ci ilin yanvar ayının sonunda Otrara çatmışdır. Burada Toxtamışın elçiləri ilə görüşən Teymur onun üzrünü qəbul etməyərək, elçiləri geri göndərmiş və Toxtamışın yerini müəyyən edə bilmək üçün gizlicə onları izlətmişdir. Teymurun üzərinə gəldiyini xəbər alan Toxtamış düşmən ordusunu yormaq üçün Dəşti Qıpçakda otlaq sahələrini məhv edərək geri çəkilməyə başlamışdır. 1391-ci ilin mart ayında Sarı Su çayını keçən Teymur may ayında isə Ural çayını keçərək irəliləyişini davam etdirmişdir. Bozqırda ordusuna ərzaq tapmaqda çətinlik çəkməsinə baxmayaraq, əzmlə irəliləyişinə davam edən Teymur Şərafəddin Əli Yəzdinin Zəfərnaməsində deyilən məlumatlara görə, gecə ikən ordusunun yeri müəyyən edilməsin deyə çadır qurulmasını və ocaq alanmasını belə qadağan etmişdir. Bundan əlavə, Teymur Toxtamışla döyüşməmişdən əvvəl onun tuğ bəyi ilə razılaşaraq döyüş zamanı tuğu tərs çevirməsini əmr etmişdir. Bu xəbərdən sonra Toxtamışla yorğun olaraq döyüşmə məsələsində fikir ayrılılqları olan komandanları ilə yenidən fikir birliyinisi təmin edən Teymur 18 iyun 1391-ci ildə Qunduzca çayı sahilində Qızıl Orda ordusu ilə qarşılaşmışdır.[4]
Teymur ordusunu vərdiş edilmiş 3-lü sistemdən (mərkəz, sağ, sol) fərqli olaraq, özünün dizayn etdiyi 7 qol nizamına görə tənzimlədi. Mərkəzdə 8.000 nəfəri 2 qanad rezervli olaraq nəvəsi Əbu Bəkir komandanlığına verən Teymur ordunun sol qoluna oğlu Öməri, sağ qoluna isə Miranşahı təyin etdi. Teymurlu ordusunun yolda yorulmasından qaynaqlanan güc əskikliyinin aldığı kəşfiyyat sayəsində sol qolda olan Sulduz qəbiləsinə aid birliklərdə olduğunu öyrənən Toxtamış döyüş zamanı hücumun əsas hədəfi kimi Teymurun sol cinahını götürmüşdü. Lakin Qızıl Ordu hərbçilərinin bütün hücumları çökəmkdə olan sol qola Teymurun birbaşa özünün müdaxilə etməsiylə dəf edildi. Döyüşdən əvvəl edilən razılaşmağa görə, Toxtamışa xəyanət edən tuğ bəyi döyüş zamanı Qızıl Orda tuğunu tərs çevirərək, Toxtamışın geri çəkildiyi fikrini yaratmışdır. Teymur isə bu hadisənin ardından öz əsgərlərini "düşmən qaçdı" deyə bağıra-bağıra ümumi hücuma keçirdi. Çıxan qarışıqlıq ortamında anidən geri çəkilməyə başlayan ordusuna komandanlıq edə bilməyən Toxtamış ordusunu buraxaraq döyüş meydanından qaçdı.[5]
Qazanılan qələbənin ardından yorğun olan ordusunu 26 gün davam edən şənliklə mükafatlandıran Teymur ordusunu daha çox yormamaq üçün Toxtamışı izləmədi. Döyüş meydanında böyüq miqdarda qənimət əldə edən Teymur gəldiyi yoldan paytaxt Səmərqəndə geri döndü.