Qundaq-qundaq

Qundaq–qundaqAzərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaqgənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Qundaq–qundaq oyununu hələ indiki topların mövcud olmadığı dövrlərdə oynayırdılar. Hələ o zaman indiki toplar kos adlandırılırdı. Hazırda əsl topla oynanılan belə oyunları "işlətdi" və ya "ortadaqaldı" adlandırırlar.

Oyunun qaydaları[redaktə | mənbəni redaktə et]

10-15 oyunçu yığılıb dövrə vurub yerdə əyləşirlər. Bu şərtlə ki, qonşu oyunçular arasında azı 1 metr məsafə qalsın. İki çuxa və ya bir yorğanı büküb kos (top) halına salır və kəndirlə bağlayırlar. Bir nəfər ortada dayanır. Oyuna nəzarət edən hakim kosu (topu) oyunçulara atır və beləliklə, oyun başlanır. Ortada dayanan oyunçu kosu (topu) yerdə oturan oyunçuların əlindən almağa çalışır. Onlar isə bir-birinə ötürürlər. Ortada olan oyunçu kosu (topu) kimdən ala bilirsə, onunla yerini dəyişir. Müasir idman növlərinin çoxunda belə kombinasiyalı məşq oyunları keçirilir.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ayna uşaq ensiklopediyası, İdman güc və gözəllik. Bakı, "Ayna Mətbu Evi". 2004. Səh.88.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]