QÜDSİYYƏT

is. [ ər. ] tənt. Müqəddəslik, təmizlik, paklıq.
[Yanardağ:] Cavab ver, odlar gəlini! Axır, bütün ümid sənin qüdsiyyətindədir. C.Cabbarlı.
Uğur olsun, Ədhəm, düşmənin puç olsun!.
…Vətən torpağının qüdsiyyəti sənə kömək olsun! Mir Cəlal.
Elə bil ki, o təbəssümdə dünyanın bütün gözəllik və qüdsiyyəti gizlənmişdi. İ.Əfəndiyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QÜDSİYYƏT qüdsiyyət bax qüdsilik
  • QÜDSİYYƏT müqəddəslik — təmizlik — paklıq

Antonimlər (əks mənalı sözlər)

  • QÜDSİYYƏT QÜDSİYYƏT – EYBƏCƏRLİK Cavab ver, odlar gəlini! Axır bütün ümid sənin qüdsiyyətindədir (C.Cabbarlı); Vəlini düşündürən bütün eybəcərliyi ilə hiss etdi
QÜDSİLİK
QÜLĞÜLƏ

Digər lüğətlərdə