Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Biharul-Ənvar
Biharul-Ənvar (azərb. Nurlar dəryası‎) və ya tam adı ilə Biharul-ənvaril-camiəti lidurəri əxbaril-əimmətil-əthar (azərb. Pak və məsum imamların hədislərindən gövhərləri əhatə edən nurlar dəryası‎) — Əllamə Məhəmməd Baqir Məclisinin XVIII əsrdə ərəb dilində yazdığı islami-ensiklopedik kitab. == Haqqında == Kitab şiə hədis elmində böyük ensiklopediya hesab olunur. Bütün dini məsələləri, o cümlədən Quran təfsiri, tarix, fiqh, kəlam və s. kimi məsələləri əhatə edir. "Biharul-ənvar" kitabı ən əhatəli şiə hədis məcmuəsi olub orada Quran ayələrinin ümdə bir hissəsinin təfsiri ilə yanaşı, babların başlıqları və mövzulara uyğun olaraq onda dərc olunmuş və təqribən bütün nəbəvi hədislər, bəzi qüdsi hədislər və Əhli-beytin rəvayətləri və maarifi bir yerə toplanmışdır. Bu kitab bütün etiqadları, dinin əsaslarını, nəzəri və əməli bölümlərini, iman, küfr, əhkamın bütün şöbələrini və bu kimi digər mövzuları müxtəlif bablarda, Allah Rəsulunun (s) və VIII əsrədək imamların səhabələrindən böyük şəxsiyyətlər barəsində məlumatları, elmi və təcrübi fikir və rəyləri, təxminən bütün tibbi, astronomik, riyazi görüşləri, ictimai maarifi, adət-ənənələri, mərasimləri, şiənin tarixi və mədəni yönlərini, əsatirləri, Adəmdən Xatəmə bütün peyğəmbərlərin qissələrini onların ismətinin isbatını, şiənin ümumi mədəniyyətini, folklorunu və xülasə İslamın bütün düşüncə, əməl, əqaid və əhkamı ilə bağlı bütün məsələləri ehtiva edir. "Biharul-ənvar" böyük və qiymətli bir xəzinədir ki, Əllamə Məclisi onun toplanıb ərsəyə gəlməsində çox zəhmət çəkmişdir. Bəzi böyük alimlərə görə onun bənzəri nə şiə aləmində, nə də ki digər İslami məzhəblərdə qələmə alınmamışdır.
Biharul Ənvar
Biharul-Ənvar (azərb. Nurlar dəryası‎) və ya tam adı ilə Biharul-ənvaril-camiəti lidurəri əxbaril-əimmətil-əthar (azərb. Pak və məsum imamların hədislərindən gövhərləri əhatə edən nurlar dəryası‎) — Əllamə Məhəmməd Baqir Məclisinin XVIII əsrdə ərəb dilində yazdığı islami-ensiklopedik kitab. == Haqqında == Kitab şiə hədis elmində böyük ensiklopediya hesab olunur. Bütün dini məsələləri, o cümlədən Quran təfsiri, tarix, fiqh, kəlam və s. kimi məsələləri əhatə edir. "Biharul-ənvar" kitabı ən əhatəli şiə hədis məcmuəsi olub orada Quran ayələrinin ümdə bir hissəsinin təfsiri ilə yanaşı, babların başlıqları və mövzulara uyğun olaraq onda dərc olunmuş və təqribən bütün nəbəvi hədislər, bəzi qüdsi hədislər və Əhli-beytin rəvayətləri və maarifi bir yerə toplanmışdır. Bu kitab bütün etiqadları, dinin əsaslarını, nəzəri və əməli bölümlərini, iman, küfr, əhkamın bütün şöbələrini və bu kimi digər mövzuları müxtəlif bablarda, Allah Rəsulunun (s) və VIII əsrədək imamların səhabələrindən böyük şəxsiyyətlər barəsində məlumatları, elmi və təcrübi fikir və rəyləri, təxminən bütün tibbi, astronomik, riyazi görüşləri, ictimai maarifi, adət-ənənələri, mərasimləri, şiənin tarixi və mədəni yönlərini, əsatirləri, Adəmdən Xatəmə bütün peyğəmbərlərin qissələrini onların ismətinin isbatını, şiənin ümumi mədəniyyətini, folklorunu və xülasə İslamın bütün düşüncə, əməl, əqaid və əhkamı ilə bağlı bütün məsələləri ehtiva edir. "Biharul-ənvar" böyük və qiymətli bir xəzinədir ki, Əllamə Məclisi onun toplanıb ərsəyə gəlməsində çox zəhmət çəkmişdir. Bəzi böyük alimlərə görə onun bənzəri nə şiə aləmində, nə də ki digər İslami məzhəblərdə qələmə alınmamışdır.
Şah Qasım Ənvar
Şah Qasım Ənvar (1356-1434) - görkəmli şair və sufi filosof. == Həyatı == Seyyid Əli ibn Harun ibn Əbülqasim Hüseyni Təbrizi (1356-1434) zəmanəsinin ədəbi aləmində “Qasım”, “Qasimi”, “Qasimi-Ənvar” təxəllüsləri ilə tanınmışdı. Qasimi-Ənvar gənc ikən Şeyx Sədrəddin Ərdəbilinin müridlərindən olmuş, sufi ideyalarına ömrünün sonunadək sadiq qalmışdır. O, təqribən bütün ömrünü müxtəlif Yaxın və Orta Şərq ölkələrində keçirmiş, kamil mürşid kimi özünə xeyli mürid toplamışdı. Gilan vilayəti, Qəzvin, Herat, Bəlx, Səmərqənd şəhərləri Qasimi Ənvarın yaşadığı, ədəbi-fəlsəfi fəaliyyət göstərdiyi, sufi təbliğatı ilə məşğul olduğu məkanlardandır. Şair Heratda olarkən Əmir Teymur və onun oğlu Şahrux tərəfindən hörmətlə qarşılanmış, lakin yerli din xadimlərinin tələbi və Şahruxun oğlu Baysunqurun xahişi ilə Heratı tərk edərək Səmərqəndə getmişdi. Burada o, bir müddət məşhur dövlət xadimi, alim Uluqbəyin himayəsində yaşamış, sonra isə Xorasana qayıdaraq Əbdürrəhman Caminin vətəni olan Cacrud kəndində məskən salmış, ömrünün sonunadək burada yaşamış, sufi ideyalarının təbliği ilə məşğul olmuşdur. Əbdürrəhman Caminin yazdığına görə, Şah Qasım Ənvarın müridləri islam dini ehkamlarına etinasız yanaşır və bərabərlişdirici cəmiyyət ideyaları yayırdılar. Qasimi Ənvar həmin kənddə vəfat etmiş və orada dəfn olunmuşdur.28 Uluqbəy onun qəbri üzərində əzəmətli türbə tikdirdi və bu abidə elm, fəlsəfə, ədəbiyyat xadimlərinin ziyarət obyektinə çevrildi. == Yaradıcılığı == Şah Qasım Ənvar Azərbaycan ədəbi mühitində İmadəddin Nəsimi ənənələrinə sadiq qalan, bu ənənələri yaşadan mütəfəkkir-şair kimi məşhurlaşmışdı.
Ənsar
Ənsar (Ərəb dilində: أنـــــصــــار ) - ərəb dilində "yardım edənlər, yardımçılar" deməkdir. Sifət olaraq "hər kəsi sevən, hər kəsə yardım edən" deməkdir. Termin olaraq İslam dininin tarixi inkişafı nöqteyi nəzərindən böyük əhəmiyyətə sahib olan Hicrət hadisəsi ilə bir bütün olaraq terminləşmişdir. İslam tarixində Məkkədən Mədinəyə köçən Mühacirlərə yardım edən Mədinəli Müsəlmanlara Ənsar deyilmiş, Quranda Allah tərəfindən Ənsarlara işarə edilərək yer verilmişdir. İslam tarixində Ənsar olaraq qeyd edilən Mədinə xalqı Məkkədə zülm altında olan ilk müsəlmanları şəhərlərinə dəvət etmiş, onlarla evlərini və torpaqlarını paylaşmış, şəhərlərinin bu dəvət səbəbilə düşmənlərin hücumuna məruz qala biləcəklərini göz önünə almışlar. Bir ayə ilə savaşmağa icazə verilənə qədər uzun bir müddət düşmənlərinə qarşılıq vermədən canlarını vermiş, Allahın icazəsi bildirilən ayə endiyi zaman isə İslam üçün savaşmışlar.
Ənvər
Ənvər — kişi adı. Ənvər Fərəcov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ənvər Sadat — Misir hərbi və dövlət xadimi, Misirin 3-cü prezidenti (1970–1981) Ənvər Vəliyev — Aktyor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Ənvər Arazov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ənvər paşa — 4 avqust 1922 Tacikistan) Osmanlı İmperiyası tarixində əhəmiyyətli Ənvər Əlibəyli — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), tərcüməçi, ictimai xadim. Ənvər Əbluc — Azərbaycan kino rejissoru, ssenari müəllifi, aktyor. Ənvər Həsənov — Azərbaycan aktyoru, ikinci rejissor, koordinator, rejissor assistenti, Azərbaycanın əməkdar artisti (2000). Ənvər İsmayılov Əsgər Ələkbər oğlu İsmayılov — Azərbaycan memarı və dövlət xadimi, Azərbaycan SSR əməkdar mühəndisi (1962). Əsgər Sərvər oğlu İsmayılov — krımtatar əsilli Ukrayna xalq və caz musiqiçisi, gitaraçı, Ukraynanın xalq artisti Ənvər Çingizoğlu — yazıçı, publisist, geneoloq Ənvər Xudiyev — Ənvər Şıxəlizadə — Kəndlər Ənvər Məmmədxanlı (Ucar) — Azərbaycan Respublikasının Ucar rayonunun inzibati ərazi vahidində kənd.
Bərf Ənbar
Bərf Ənbar (fars. برف انبار‎) — İranın İsfahan ostanının Fereydunşəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,056 nəfər və 1,257 ailədən ibarət idi. Xəmsəli və Səngbaran kəndlərinin birləşməsindən yaranıbdır. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir, azərbaycan dilində danışırlar və şiə müsəlmandırlar.
Xayril Ənvər
Xayril Ənvər həmçinin Xairil Ənvər (26.07.1922-ci il Medan, 28.04.1949-cu il Cakarta) — indoneziyalı şair və tərcüməçi olmuşdur. "45-ci il nəslinin" lideri idi. O, İndoneziya dilini rəsmidən qeyri-rəsmi danışıq dili ilə əvəz etmişdir. == Tərcümeyi-halı == Medanda anadan olub və orada orta məktəbi bitirib. 1940-cı ildə Cakartaya gəlir. Şair Cakartada xəstəxanada bilinməyən xəstəlikdən rəhmətə gedir. Cakartada Karet Bivak qəbirsanlığında basdırılır. == Şəxsi xüsusiyyətləri == HB Jassin qeyd edir ki, 1943-cü ildə sonuncu şeirini Pandji Pustaka'ya təqdim edərkən Ənvərın ilk təəssüratı "nazik, solğun və görünməmiş görüntü" idi. Onun gözləri "qırmızı, bir qədər çılpaq daha doğrusu boş idi, lakin həmişə bu gözlər düşüncə içində itirdi. Bəziləri bunu "sadəcə qayğıya ehtiyacı olduğu" kimi qələmə verirdilər.
Ənvər İbrahim
Ənvər İbrahim (10 avqust 1947[…], Çerok Tok Kun[d], Pinanq) — Malayziyanın keçmiş baş naziri və müxalifətinin lideri == Həyatı == 1993-cü ildən 1998-ci ilə qədər baş nazir olub. Ənvər İbrahim Malayziya 1957-ci ildə müstəqillik qazandıqdan sonra iqtidarı əldən verməyən “Xalq Cəbhəsi” koalisiyasının əsas siyasi rəqibi hesab olunur. == İmpiçment == Ənvər İbrahim seks qalmaqallarında adı çəkilən siyasətçilərdəndir. 1998-ci ildə korrupsiya və homoseksual əlaqələr ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. Homoseksual əlaqənin cinayət epizodu sayıldığı Malayziyada bəzi hüquq müdafiəçiləri bu ittihamların siyasi böhtan adlandırmışdılar. 2004-cü ildə məhkəmə bu ittihamları onun üzərindən götürdü. 2008-ci ildə növbəti parlament seçkiləri öncəsi o yenidən “homoseksual əlaqələrdə olma” ittihamı ilə məsuliyyətə cəlb olunur. İstintaq onu öz köməkçisi ilə əlaqədə ittiham edirdi. 2012-ci ilin iyununda məhkəmə keçmiş baş nazirə qarşı irəli sürülən ittihamları əsassız hesab edərək onu azad edir. Lakin 2014-cü ildə Malayziya apelyasiya məhkəməsi onu homoseksual münasibətlərdə təqsirkar bilərək 5 il müddətinə azadlıqdan məhrum edir.
Ənvər İmanov
Ənvər Emil oğlu İmanov (11 yanvar 1999, Sumqayıt, Azərbaycan — 18 oktyabr 2020;, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ənvər İmanov 11 yanvar 1999-cu ildə Sumqayıt şəhərində zəhmətkeş ailədə dünyaya gəlib. 2005–2016-cı illərdə Sumqayıt şəhər 41 saylı tam orta məktəbdə təhsil alıb. 2020-ci il iyulun 20-də atası vəfat etmişdir. Nişanli idi. 2015-ci ildən AQGF-nın baş məşqiçisi, 10 qat Azərbaycan, 3 qat Avropa çempionu Zöhrab Məsimovun rəhbərliyi altında qol güləşi idman növü ilə məşğul olmağa başlayıb və Respublikada keçirilən yarışlarda iştirak edərək mükafatçı olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ənvər İmanov Füzuli, Cəbrayıl, Hadrutun azad edilməsində savaşıb. Ənvər İmanov 28 oktyabr 2020-ci ildə Hadrutun azad edilməsi zamanı şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həci Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Ənvər İsmayılov
Ənvər Ələkbər oğlu İsmayılov — Azərbaycan memarı və dövlət xadimi, Azərbaycan SSR Dövlət Tikinti Komitəsi sədrinin birinci müavini
Ənvər Şıxlinski
Ənvər Mamay Şıxlinski (3 aprel 1911, Qazaxbəyli, Qazax qəzası – 1992) — coğrafiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan EA-nın müxbir üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsinin dekanı, Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru, iqlimşünas alim, Azərbaycan Hidrometeoroloji Xidmət İdarəsinin iqlim şöbəsinin rəisi, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970). SSRİ Coğrafiya Cəmiyyətinin xüsusi diplomlarına layiq görülmüşdür. Azərbaycanın, Dağıstanın və Xəzər dənizinin iqliminə dair ilk məlumat kitabçaları məhz Ə.Şıxlinskinin iştirakı və rəhbərliyi ilə çap olunmuşdur. Respublika ərazisinin fiziki-coğrafi rayonlaşdırılmasını vermiş (V.Q.Zavriyevlə birlikdə) və bunu "Azərbaycan SSR-in coğrafiya atlası"nda (1949) çap etdirmişdir. Azərbaycanın irimiqyaslı iqlim xəritəsi (1961, 1977, 1991) və torpaqşünaslarla birgə tərtib etdiyi eyni miqyaslı torpaq-iqlim xəritəsi (1955, 1970) onun nailiyyətləri sırasındadır. == Həyatı == Şıxlinski Ənvər Mamay oğlu 1911-ci il aprelin 13-də Qazax qəzasının Qazaxlı kəndində anadan olmuşdur. 1932-ci ildən Azərbaycan Hidrometeoroloji İdarəsində işləmiş, 1934–1947-ci illərdə iqlimşünaslıq şöbəsinin müdiri olmuşdur. 1947–54-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunda şöbə müdiri və direktor işləmişdir. 1946–54-cü illərdə Bakının ali məktəblərində iqlimşünaslıq və fiziki coğrafiyadan dərs demişdir. Ölkəmizdə iqlimşünaslığın əsasını qoyanlardan biri olmuş, Azərbaycan və qonşu ərazilərin timsalında dağlıq ölkələrin iqliminə, həmçinin fiziki coğrafiyasına və landşaftının geofizikasına dair mühüm elmi tədqiqatlar aparmışdır.
Ənvər Şıxəliyev
Ənvər Vadimoviç Şıxəliyev (24 fevral 2001; Xürəl, Qusar rayonu, Azərbaycan — 29 oktyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ənvər Şıxəliyev 2001-ci il fevralın 24-də Qusar rayonunun Xürəl kəndində anadan olub. Milliyyətcə ləzgi idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ənvər Şıxəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ənvər Şıxəliyev oktyabrın 29-da Şuşanın azad edilməsi zamanı şəhid olub. Qusar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ənvər Şıxəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ənvər Şıxəliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ənvər Şıxəliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ənvər Şıxəlizadə
Ənvər Şıxəlizadə (18 dekabr 1915, Şamaxı – 22 fevral 1975, Bakı) — Azərbaycan neftçi alimi, texnika elmləri doktoru (1962), professor (1964). == Həyatı == Şıxəlizadə Ənvər Əbdülrəhman oğlu 1915-ci il 18 dekabr tarixində Şamaxıda anadan olmuşdur. Atası, Şıxəlizadə Əbdülrəhman və anası Veyisova Əminə Hayı Veyis qızı olmuşlar. Aprel işğalı zamanı Şıxəlizadə ailəsi öz doğma yerlərini tərk etməyə məcbur olmuşdur. Bakıya köçən zaman valideynləri- Əbdülrəhman bəy və Əminə xanım həlak olurlar. Valideynlərini itirən Ənvər böyük qardaşlarının himayəsi altına düşür. 1922-ci ildə Ənvər Bakı şəhəri Oktyabr rayonu 136 saylı orta məktəbə daxil olmuşdur. Natamam orta təhsil alaraq 1932-ci ildə"Akni" işçi fakültəsinə daxil olur və 1934-cü ildə oranı bitirərək M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitunun neft-mexanika fakültəsində təhsil almağa başlayır. İnstitutda təhsil aldığı illər ərzində öz bitirdiyi 136 saylı məktəbdə əvvəlcə fizika-kimya laboratoriyasında laborant, daha sonra yuxarı siniflərin rəsmxət müəllimi kimi işləyir. 1940-ci ildə institutda tam ali təhsil kursunu bitirdikdən sonra Ali Attestasiya Komitəsi ona L. Şmidt adına zavoda təyinat verir və o burada 1941-ci ilə qədər texniki şöbənin mexaniki konstruktor mühəndisi vəzifəsində işləyir.
Ənvər Əbluc
Ənvər Abbasqulu oğlu Əbluc (6 yanvar 1947, Jdanov) — Azərbaycan kinorejissoru, ssenarist, aktyor, Azərbaycanın əməkdar incəsənət xadimi (2006), Prezident təqaüdçüsü (2018-ci ildən). == Həyatı == Ənvər Əbluc 1947-ci ilin yanvar ayının 6-da Beyləqan (keçmiş Jdanov rayonu) İran Azərbaycanından olan siyasi mühacir ailəsində anadan olmuşdur. 1953-cü ildə məktəbə getmiş, 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq, 1973-cü ildə isə Moskvada Ümumiittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültələrini bitirmişdir. 7 bədii, 18 sənədli filmə ekran həyatı vermişdir. Quruluş verdiyi "Qara gölün cəngavərləri" adlı bədii filmi 1985-ci ildə Minsk şəhərində keçirilən Ümumittifaq kinofestivlında xüsusi mükafata və diploma layiq görülmüş, Qarabağ müharibəsindən bəhs edən "Ağ atlı oğlan" filmi İran İslam Respublikasında Beynəlxalq Uşaq filmləri festivalında, "Məhəmməd Biriya" sənədli filmi İsveç Krallığında keçirilən Beynəlxalq kinofestivalında iştirak etmiş, "Tərsinə çevrilən dünya" bədii filmi isə 2012-ci ildə İran İslam Respublikasında keçirilən Beynəlxalq Polis filmləri festivalında diploma layiq görülmüşdür. 1993-cü ildən Dövlət İncəsənət Gimnaziyasında rejissor sənətindən dərs deyir. Dublyaj sahəsində də xidmətləri var. Əməkdar incəsənət xadimidir (2006). 1 avqust 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. Aktyor Həsən Əblucun qardaşıdır.
Ənvər Əfəndiyev
Ənvər Zəkəriyyə oğlu Əfəndiyev (18 noyabr 1965, Qaşqaçay, Qax rayonu) — Azərbaycan ordusunun ehtiyata buraxılmış general-leytenantı, Birinci Qarabağ müharibəsinin və İkinci Qarabağ müharibəsinin iştirakçısı, və Quru Qoşunlarının keçmiş komandanı. == Həyatı == Ənvər Əfəndiyev 18 noyabr 1965-ci ildə Qax rayonu Qaşqaçay kəndində anadan olub. === Təhsili === 1983-cü ilə qədər Qax rayonu Qaşqaçay kənd orta məktəbində təhsil alıb. Elə həmin il Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinə (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) daxil olmuşdur. 1987-ci ildə hərbi təhsilini uğurla başa çatdıraraq Sovet Ordusunun tərkibində Kiyev hərbi dairəsində taqım komandiri vəzifəsinə təyinat almışdır. 1998–1999-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını, 1999–2000-ci illərdə Türkiyə Quru Qoşunları Hərbi Məktəbini bitirmişdir. == Hərbi xidməti == 1987–1989-cu illərdə Kiyev hərbi dairəsində taqım və bölük komandiri xidmət etdiyi müddətdə 1988-ci ildə üç aylıq müddətə Çernobıl AES-də baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmək üçün Çernobıl şəhərinə yollanıb. 1989–1992-ci illərdə Monqolustanda dislokasiya olunan Sovet qoşunlarının tərkibində bölük komandiri və taborun qərargah rəisinin müavini kimi xidmət edib. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra 1992-ci ildən etibarən Azərbaycan Ordusunda xidmət edir. Azərbaycan Ordusunda xidmətə başladığı ilk vaxtlardan etibarən Birinci Qarabağ müharibəsində Ağdam-Ağdərə istiqamətində tabor komandiri, alay komandirinin müavini kimi döyüşlərdə birbaşa iştirak edib, Birinci Qarabağ müharibəsi veteranıdır.
Ənvər Əhməd
Ənvər Əhməd (tam adı: Əhmədov Ənvər Misir oğlu; 8 avqust 1943, Salmanbəyli, Ağcabədi rayonu – 17 fevral 2022, Ağcabədi rayonu) — şair, tərcüməçi, ədəbiyyatşünas, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi (1982), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının doktoru (1992), "Qızıl qələm" mükafatı laureatı, beynəlxalq dərəcəli fəlsəfə və filologiya doktoru, professor (2000), Beynəlxalq Kadrlar Akademiyasının həqiqi üzvü (2001). == Həyatı və təhsili == Ənvər Əhməd 1941-ci il avqustun 8-də Azərbaycan Respublikasının Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulmuşdur. Ağcabədinin 5 saylı şəhər orta məktəbində orta təhsil alandan sonra Bakı Statistika Texnikumunu bitirmişdir (1961).Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1963–1968)."M. Ə. Sabirin poetikası" mövzusunda dissertasiya müdafiə etmişdir (1982). Hazırda AMEA Ədəbiyyat İnstitutunda doktorluq dissertasiyasını tamamlamışdır. == Əmək fəaliyyəti == "Dağ və mən" adlı ilk şeiri 1962-ci ildə "Ağcabədi pambıqçısı" qəzetində dərc olunmuşdur. Ağcabədi rayonunun Salmanbəyli kəndində mühasib köməkçisi işləmişdir (1961–1962). Sonra Ağcabədi rayon "Sürət" (indiki "Aran") qəzetində ədəbi işçi, müxbir, məktublar şöbəsinin müdiri (1968–1976), Xankəndi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, sonra dosenti (1976–1994) işləmişdir. Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının direktoru (1994–2000), Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının direktoru (2000–2002) olmuşdur. Sonuncu iş yeriAzərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Problemlər İnstitutunun şöbə müdiri vəzifəsi olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin Qarabağ filialının sədri seçilmişdir (1991).
Ənvər Əlibəyli
Əlibəyli Ənvər Əliverdi oğlu — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), tərcüməçi, ictimai xadim. == Həyatı == Ənvər Əlibəyli 1 aprel 1916-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, ali təhsilini əvvəl Tibb Texnikumunda, sonra ADU-nun Fəhlə fakültəsində, daha sonra isə ADPU-nUn Filologiya fakültəsində almışdır. 1939-cu ildən İkinci Dünya müharibəsi başlayana qədər Azərbaycan radiosunda çalışmışdır. Tiflisdə Topçular hərbi məktəbini bitirib, leytenant rütbəsi ilə könüllü olaraq ön cəbhəyə getmişdir. İkinci Dünya Müharibəsinin ilk günlərindən ordu sıralarında olan Ənvər Əlibəyli artilleriya batareyasının komandiri olmuş, 416-cı Taqanroq atıcı diviziyasında ağır döyüş yolu keçmişdir. Qafqaz və Ukraynanın azad olunmasında fəal iştirak edən Ənvər Əlibəyli 1944-cü ildə ağır yaralanmışdır. O, daha sonra döyüşdə iştirakını yazıçı-jurnalist kimi davam etdirmişdir. == Yaradıcılığı == Döyüşlərin birində ağır yaralanaraq Bakıya qayıdan Ənvər Əlibəyli bir müddət "Vətən uğrunda" jurnalında məsul katib kimi çalışmış, Azərbaycan KP MK-da təlimatçı kimi fəaliyyət göstərmişdir. 40-cı illərin sonlarında "İnqilab və mədəniyyət", "Təbliğatçı" jurnallarının məsul katibi olan Ənvər Əlibəyli 1948–1952-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının orqanı "Ədəbiyyat qəzetinin" redaktoru vəzifəsini icra etmişdir.
Ənvər Əlibəyov
Əlibəyli Ənvər Əliverdi oğlu — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1939), tərcüməçi, ictimai xadim. == Həyatı == Ənvər Əlibəyli 1 aprel 1916-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, ali təhsilini əvvəl Tibb Texnikumunda, sonra ADU-nun Fəhlə fakültəsində, daha sonra isə ADPU-nUn Filologiya fakültəsində almışdır. 1939-cu ildən İkinci Dünya müharibəsi başlayana qədər Azərbaycan radiosunda çalışmışdır. Tiflisdə Topçular hərbi məktəbini bitirib, leytenant rütbəsi ilə könüllü olaraq ön cəbhəyə getmişdir. İkinci Dünya Müharibəsinin ilk günlərindən ordu sıralarında olan Ənvər Əlibəyli artilleriya batareyasının komandiri olmuş, 416-cı Taqanroq atıcı diviziyasında ağır döyüş yolu keçmişdir. Qafqaz və Ukraynanın azad olunmasında fəal iştirak edən Ənvər Əlibəyli 1944-cü ildə ağır yaralanmışdır. O, daha sonra döyüşdə iştirakını yazıçı-jurnalist kimi davam etdirmişdir. == Yaradıcılığı == Döyüşlərin birində ağır yaralanaraq Bakıya qayıdan Ənvər Əlibəyli bir müddət "Vətən uğrunda" jurnalında məsul katib kimi çalışmış, Azərbaycan KP MK-da təlimatçı kimi fəaliyyət göstərmişdir. 40-cı illərin sonlarında "İnqilab və mədəniyyət", "Təbliğatçı" jurnallarının məsul katibi olan Ənvər Əlibəyli 1948–1952-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının orqanı "Ədəbiyyat qəzetinin" redaktoru vəzifəsini icra etmişdir.
Ənvər Abbasov
Ənvər Abbasov (pedaqoq)
Ənvər Abican
Ənvər Abican (Abicanov) (əsl adı Ənvərcan Obitcanov; 25 yanvar 1947, Fərqanə – 11 aprel 2020, Daşkənd) — Özbəkistan-sovet jurnalisti, şairi, fantastika yazıçısı. 1998-ci ildə Özbəkistanın xalq şairi adına layiq görülmüşdür. 2020-ci ildə vəfat etmişdir. == Əsərləri == === Kitabları === Аламазон и его пехота: Фантастическая повесть (60000 nüs.). Ташкент: Ёш гвардия. Пер. с узб. О. Ипатова. 1984. Грозный Мешпалван: Сказки, приключения, фантастика (75000 nüs.).
Ənvər Almaszadə
Ənvər Hacağa oğlu Almaszadə (27 avqust 1918, Bakı – 6 mart 2007, Bakı) — Azərbaycanın teatr rəssamı, qrafik, Azərbaycan SSR əməkdar rəssamı (1964). == Həyatı == Ənvər Almaszadə 27 avqust 1918-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1937-ci ildən rəssam kimi fəaliyyət göstərmiş AOBT-da Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasına və "Leyli və Məсnun" operasına tərtibat vermiş, geyim eskizləri hazırlamışdır. 29 iyun 1964-cü ildə Azərbaycan SSR əməkdar rəssamı fəxri adı ilə təltif olunub. Ənvər Almaszadə 6 mart 2007-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Həmçinin bax == Qəmər Almaszadənin qardaşıdır.
Ənvər Əlixanov
Ənvər Nəzər oğlu Əlixanov (17 (30) aprel 1917, Bakı – 31 iyul 1992, Bakı) — Azərbaycan SSR Nazirlər Sovetinin sədri, geologiya-mineralogiya elmləri doktoru, professor. == Həyatı == Ənvər Nəzər oğlu Əlixanov 1917-ci il aprelin 14-də Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. O, 1924-cü ildə Bakı şəhəri 19 saylı natamam orta məktəbə get-miş, məktəbi müvəffəqiyyətlə bitirib 1931-ci ildə Bakı şəhəri Sabunçu qəsəbəsindəki texnikuma daxil olmuşdur. Ə. Əlixanov 1934-cü ildə texnikumu bitirib texnik-geoloq peşəsinə yiyələnir. O, gənc texnik-geoloq kimi Zığda neft mədənlərində əmək fəaliyyətinə başlayır, 1936-cı ilin sentyabrına kimi burada çalışır. 1936–1941-ci illərdə Ə. Əlixanov Azərbaycan Sənaye İnstitutunun (indiki ADNSU) kəşfiyyat-geologiya fakültəsinin tələbəsi olmuş, 1941-ci ilin mayında institutu bitirib mədən mühəndis-geoloqu ixtisasını almışdır. Ə. Əlixanov institutu bitirdikdən sonra Kaqanoviçneft trestinin 3-cü mədəninə geoloq göndərilir. Burada bir neçə ay işlədikdən sonra orduya çağırılır. 1941–1942-ci illərdə Böyük Vətən müharibəsində cəbhədə döyüşmüşdür. O, əvvəl Tbilisi şəhərindəki topçuluq məktəbində oxumuş və leytenant rütbəsi almışdır.
Ənvər Əliyev
Ənvər Əliyev (leytenant) — Vətən Müharibəsi şəhidi, leytenant. Ənvər Əliyev (siyasətçi) — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sabiq üzvü.
Ənvər Əsfəndiyarov
Ənvər Əsfəndiyarov (başq. Әнүәр Зәкир улы Әсфәндиәров; 15 may 1934 — 4 fevral 2014) — sovet və rus tarixçisi, Tarix elmləri namizədi (1970), professor, Salavat Yulayev ordeni kavaleri (2004). == Bioqrafiyası == 15 may 1934-cü ildə Başqırd MSSR Baymak rayonu, Çingiz kəndində anadan olmuşdur. Anası o hələ uşaq ikən vəfat etmişdir. Atası isə Voronej cəbhəsində itkin düşmüşdür. Ənvər Baymak rayonunda olan uşaq evində böyümək məcburiyyətində qalmışdır. 1953-cü ildə Ufa şəhəri № 9 orta məktəbdə təhsil almışdır. 1958-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakultəsini bitirmişdir. 1958—1965-ci ildə Ufa çəhər 1 saylı məktəb-internatında dərs demişdir. 1965-ci ilin yanvarından noyabra qədər Başqırdıstan Dövlət Tibb Universitetində dərs demişdir.
Ənvər Əsgərov
Ənvər Əsgərov (1 may 1940, Qutqaşen – dekabr 2014) — Sovet və Azərbaycan rəssamı, 1970-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü, Sultan Məhəmməd mükafatı laureatı, Azərbaycanın əməkdar rəssamı, Azərbaycanda və xaricdə çoxsaylı sərgi iştirakçısı. Ənvər Əsgərovun əsərləri Azərbaycan və Rusiya muzeylərində, Azərbaycan, Rusiya, Böyük Britaniya, Türkiyə, İsveçrə və ABŞ-də şəxsi kolleksiyalarda saxlanılır. == Bioqrafiya == Ənvər Əsgərov 1 may 1940-cı ildə Qəbələdə anadan olmuşdur. İlk peşəkar təhsilini Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində Barat Maratlı, Kamil Xanlarov və Lətif Feyzullayev kimi rəssamlardan almışdır. Daha sonra Sankt-Peterburqdakı V.Muxina adına Ali Sənaye Rəssamlığı İnstitutunu bitirmişdir. 1968-ci ildən Azərbaycan və SSRİ Rəssamlar İttifaqının üzvüdür. 1993-cü ildə Rəssamlar İttifaqı tərəfindən Sultan Məhəmməd mükafatına layiq görülüb. 2000-ci ildə Əməkdar rəssam fəxri adına layiq görülmüşdür. Ənvər Əsgərovun yaradıcılığının erkən dövrü sənaye mənzərələri ilə əlaqədar olmuşdur. Lakin onun yaratdığı Bakının neftçıxarma şəhəri simaları o qədər lirik və zərif idilər ki, rəssamın əsərləri Azərbaycan paytaxtının vizit kartı kimi çıxış edirdilər.
Elvar (dağ)
Elvar — Göygöl rayonunda dağ. Hündürlüyü 1251 m. == Toponimikası == Elvar Göygöl rayonunda dağ. Gəncə çayından sağ tərəfdə yerləşir. Hün. 1251 m. Keçmişdə yaylaq yeri olmuşdur. Oronim el (camaat) və var (burada "yer, məskən") sözlərindən düzəlib, "el-obanın məskəni", "elin cəm olduğu, yığıldığı yer" mənasındadır.
Elvar Osmanov
Elvar Osmanov (8 avqust 1987, Dmanisi rayonu) — Azərbaycan idman mütəxəssisi; Döyüş sambosu üzrə Dünya və Avropa mükafatçısı; Döyüş sambosu üzrə idman ustası; Gəncə İdman Klubunun İdarə Heyətinin sədri (2016 — h.h.); Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının regionlar üzrə vitse-prezidenti (2019); Azərbaycan Reqbi Federasiyasının birinci vitse-prezidenti (2020 — h.h.); Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi; "Gəncə" voleybol klubunun prezidenti. Azərbaycan Respublikasının döyüş sambosu üzrə ilk idman ustasıdır. Rəhbərlik etdiyi dövrlərdə Azərbaycan idmançıları ölkə və Avropa-Dünya çempionatlarında çox sayda uğur qazanıb. == Həyatı == Elvar Eldar oğlu Osmanov 8 avqust 1987-ci ildə Gürcüstan SSR-in Dmanisi rayonunda anadan olub. 2005-ci ildə Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbi bitirib. 2005–2010-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. 2006–2007-ci illərdə N saylı hərbi hissədə xidməti zamanı döyüş hazırlığında qazandığı uğurlara görə hərbi hissə komandirinin fəxri fərmanı və çavuş hərbi rütbəsi ilə təltif olunmuşdur. 2010–2014-cü illərdə ixtisas artırılması məqsədilə AMAKA və Rusiya Dövlət Ali Məktəbi nəzdində Beynəlxalq Tətbiqi Kosmonaftika Universitetinin İdarəetmə fakültəsini bitirmişdir. 2015-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Həmçinin 2021-ci ildə ixtisas artırılması məqsədi ilə Türkiyə dövlət Atatürk Universitetinin Dövlət İdarəetmə fakültəsinə daxil olmuşdur.
Elvar Qasımov
Elvar Eldar oğlu Qasımov (7 fevral 1995; Ağdam rayonu, Azərbaycan — 5 oktyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elvar Qasımov 1995-ci il fevralın 7-də Ağdam rayonunun Birinci Baharlı qəsəbəsində anadan olub. Ailəli idi. 22.04.2018-ci il doğumlu Fidan adında qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Elvar Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elvar Qasımov oktyabrın 5-də Ağdam istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvar Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elvar Qasımov ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elvar Qədimov
== Siyahı ==
Enver Yücel
Ənvər Yücəl (1957, Giresun) — Türk iş adamı, pedaqoq, təşəbbüskar, XXI əsr təhsil futuristi və lider. Türkiyə və Türkiyə xaricində təhsil sahəsində fəaliyyət göstərən Bahçeşehir Uğur Eğitim Kurumları İdarə Heyəti Başçısı; Uğur Hazırlık, Uğur Yayınları, Uğur Kariyer Merkezi, Uğur Dershaneleri, Bahçeşehir Kolejleri, Bahçeşehir Kolejleri Fen ve Teknoloji Lisesi, Uğur Okulları, Bahçeşehir Üniversitesi, BAU International University Washington DC, BAU International University Berlin, 2015-2016 təhsil ilində fəaliyyətə başlayacaq olan BAU International Tıp Üniversitesi Batum və Mentora Dil Okulları və CES Dil Okulu banisidir. == Vizyonu == ənvər Yücəl bütün həyatını təhsilə həsr edən bir iş adamı və pedaqoqdur. 1974-cü ildən etibərən Türkiyə və dünyanın fərqli ölkələrindən tələbələri yüksək səviyyədə təhsil imkanı ilə təmin etməkdədir. Yücəlin fikrincə dünyadaki bütün problemlərin həlli təhsildir və məhz buna görə də təhsil sahəsini əslində bir “sosyal məsuliyyət” sahəsi olaraq görmək lazımdır. Yücəl, təhsilin dünyaya sülh gətirəcəyinə inandığı üçün dünyanın bütün ölkələrində bu sahədə fəaliyyət göstəməyə çalışır. ən önəmli fəaliyyətləri isə Mərakeşdən Cibutiyə, Somalidən Orta Şərqə, dünyanın müxtəlif regionlarından tələbələrə öz qurumlarında təqaüd verməkdir. Bu vasitəylə həm mədəniyyətlər arasında sülhə töhfə verir, həm də bu ölkələrdəki problemlərin həlli üçün təhsilli insan potensiyalının yetişdirilməsində rol oynayır. == Həyatı == ənvər Yücəl 1957-ci ildə Türkiyənin Giresun rayonunda anadan olub. Orta təhsilini internat olan Haydarpaşa Lisesində bitirdikdən sonra indiki adı Marmara Universiteti Təhsil Fakültəsi olan İstanbul Atatürk Təhsil İnstitutunun riyaziyyat kafedrasını bitirib.
Envər Aysevər
Envər Aysevər (d. 1971, İstanbul) Türk jurnalist, roman yazarı, televiziya aparıcısı. "BirGün" qəzetində gündəlik, "Boyun Eğme" jurnalında isə həftəlik yazılar yazmaqda və əynı zamanda Tele1'de "Ayrıntılar" adlı televizya proqramını hazırlayıb aparıcılığını etməkdədir. == Həyatı == 1971-ci ilde İstanbulda doğuldu. Mimar Sinan Gözəl Sənətlər universiteti sosyologiya bölümünden məzun oldu. "Doğuş", "Yeditepe "ve "Arel" universitetlərində dərslər verdi.
Nevar dili
Nevar dili (नेपाल भाषा, Nēpāl bhāṣā, Newah Bhaye və Newari kimi də tanınan) – Nepalın əsas dillərdən biri. Təxminən Nepal əhalisinin 3%-inin ana dilidir.Nepal Bhasanın Çin-Tibet dilləri kimi təsnifləşdirilməsinə baxmayaraq,böyük ölçüdə Hind-ari dillərindən təsirlənmişdir. Nepalın xaricində, Nepal Bhasa , Hindistanda da danışılır, xüsusilə Sikkimdə ki 11-rəsmi dillərindən biridir.
Edvard Edqar Peskott
Edvard Edqar Peskott (ing. Edward Edgar Pescott; 11 dekabr 1872, Celonq, Viktoriya – 31 iyul 1954, Viktoriya) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Edvard Edqar Peskott toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. == Əsərləri == Native Flowers of Victoria. 1914. The Dahlia in Australia. 1920. Bulb Growing in Australia. 1926. Gardening in Australia.
Elmar Qasımov (Eldar oğlu)
Elmar Eldar oğlu Qasımov (8 sentyabr 1973) — Bakı Ali Neft Məktəbinin rektoru (2012-ci ildən). == Həyatı == Elmar Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla, Bakı Dövlət Universitetinin coğrafiya və hüquq fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Coğrafiya üzrə fəlsəfə doktorudur. 1995–1999-cu illərdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri olaraq fəaliyyət göstərib. 1999–2016-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. === Ailəsi === Ailəlidir, iki övladı var. == İctimai-siyasi fəaliyyəti == 1999-cu ildə, 26 yaşında təhsil nazirinin müavini təyin edilmişdir. 1999–2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb. 2011–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifəsində çalışıb.