Aksiz
Aksiz — kütləvi istehlak mallarının bəzilərinə (duz, qənd, kibrit, tütün, spirtl i içkilər və s.), xidmətlərə (kommunal, nəql. və s.), həmçinin zinət əşyalarına (zərgərlik məmulatı) və mineral xammala onların qiymətlərinə daxil edilməklə qoyulan dolayı vergi növü. Aksiz vergisi yüksəkrentabelli məhsul istehsalından əldə olunan mənfəəti büdcə gəlirinə əlavə etmək məqsədilə qoyulur. Aksiz dərəcələri hökumət tərəfindən təsdiqlənir və bütün ölkə ərazisində vahid qaydada tətbiq olunur.
== Vergi ödəyiciləri ==
Azərbaycan Respublikasında aksizli malların istehsalçıları;
Azərbaycan Respublikasına aksizli malların idxalçıları;
Xaricdə özü və ya podratçı vasitəsilə aksizli malları istehsal edən və orada vergi ödəyicisi kimi uçotda olmayan Azərbaycan Respublikasının rezidentləri;Aksizli mallar sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası ərazisində istehsal edildiyi hallarda, malların istehsalçısı (podratçı) aksizin ödəyicisidir. Bu halda istehsalçı (podratçı) aksiz məbləğlərini sifarişçidən almalıdır. Aksizli malların istehsalçısı və sifarişçisi qarşılıqlı surətdə asılı olan rezident şəxslər olduqda, malın sahibi (sifarişçi) aksizin ödəyicisidir.
Aksiz dərəcələri təyinolunma üsuluna görə
Dəyişilməz
Məxsusi - icbari məbləğlərdə
Advalorem - faizlərlə olur.Bütün əmtəə növlərinə (zərgərlik məmulatı və təbii qazdan savayı) məxsusi Aksiz dərəcələri təyin edilir.
Tarif dərəcələrinə görə
Vahid Aksiz — sortları keyfiyyət və qiymət baxımından az fərqlənən mallar üçün,
Diferensiallaşdırılmış Aksiz — keyfiyyətə görə təsniflənən mallar. Məsələn: tündlüyünə görə şərablar üçün
Orta Aksiz — sortları müxtəlif qiymət səviyyəsində olan eynicinsli mallar.