Aksiz

Aksiz — kütləvi istehlak mallarının bəzilərinə (duz, qənd, kibrit, tütün, spirtl i içkilər və s.), xidmətlərə (kommunal, nəql. və s.), həmçinin zinət əşyalarına (zərgərlik məmulatı) və mineral xammala onların qiymətlərinə daxil edilməklə qoyulan dolayı vergi növü. Aksiz vergisi yüksəkrentabelli məhsul istehsalından əldə olunan mənfəəti büdcə gəlirinə əlavə etmək məqsədilə qoyulur. Aksiz dərəcələri hökumət tərəfindən təsdiqlənir və bütün ölkə ərazisində vahid qaydada tətbiq olunur.

Vergitutma obyektinin adı Vergi dərəcəsi
Minik avtomobilləri:
mühərrikin həcmi 2000 kub santimetrədək olduqda Mühərrikin həcminin hər kub santimetrinə görə - 0,15 manat
mühərrikin həcmi 3000 kub santimetrədək olduqda 300 manat + mühərrikin həcminin 2001-3000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə-1 manat
mühərrikin həcmi 4000 kub santimetrədək olduqda 1300 manat + mühərrikin həcminin 3001-4000 kub santimetr hissəsi üçün hər kub santimetrə görə - 2 manat
mühərrikin həcmi 4000 kub santimetrdən çox olduqda 3300 manat » mühərrikin həcminin 4000 kub santimetrindən çox hissəsi üçün hər kub

santimetrə görə 4 manat

İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr Mühərrikin həcminin hər kub santimetrinə görə 1 manat

Vergi ödəyiciləri[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikasında aksizli malların istehsalçıları;
  • Azərbaycan Respublikasına aksizli malların idxalçıları;
  • Xaricdə özü və ya podratçı vasitəsilə aksizli malları istehsal edən və orada vergi ödəyicisi kimi uçotda olmayan Azərbaycan Respublikasının rezidentləri;

Aksizli mallar sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası ərazisində istehsal edildiyi hallarda, malların istehsalçısı (podratçı) aksizin ödəyicisidir. Bu halda istehsalçı (podratçı) aksiz məbləğlərini sifarişçidən almalıdır. Aksizli malların istehsalçısı və sifarişçisi qarşılıqlı surətdə asılı olan rezident şəxslər olduqda, malın sahibi (sifarişçi) aksizin ödəyicisidir.

Aksiz dərəcələri təyinolunma üsuluna görə
  • Dəyişilməz
  • Məxsusi - icbari məbləğlərdə
  • Advalorem - faizlərlə olur.

Bütün əmtəə növlərinə (zərgərlik məmulatı və təbii qazdan savayı) məxsusi Aksiz dərəcələri təyin edilir.

Tarif dərəcələrinə görə
  • Vahid Aksiz — sortları keyfiyyət və qiymət baxımından az fərqlənən mallar üçün,
  • Diferensiallaşdırılmış Aksiz — keyfiyyətə görə təsniflənən mallar. Məsələn: tündlüyünə görə şərablar üçün
  • Orta Aksiz — sortları müxtəlif qiymət səviyyəsində olan eynicinsli mallar. Məsələn, tütün məmulatı üçün fərqləndirilir.
Alınma üsuluna görə
  • Fərdi Aksiz — malın ölçü vahidindən dəyişməz tarif dərəcəsi üzrə
  • Universal Aksiz — müəssisənin dövriyyə vergisi olur.

Aksiz ABŞ-də geniş yayılmışdır: alınma mərhələlərinə görə pərakəndə satış ticarətçiləri Aksizi və istehsalçılar Aksizi fərqləndirilir; həmçinin hazır məhsulların müəyyən kateqoriyalarından (avtomobillər, radio və fotoaparatlar, elektrik-məişət cihazları) Aksiz alınır. Aksiz vergiqoyması Azərbaycanda da lap qədimlərdə müxtəlif şəkildə mövcud olmuşdur. Rusiya imperiyası büdcəsinin ən gəlirli bəndi kimi şərab Aksiz Azərbaycanda da tətbiq edilirdi.

Şərab Aksizinin alınması 1920-ci ildə dayandırılmış, 1930–32-ci illərdə SSRİ-də aparılan vergi islahatları ilə əlaqədar bütün digər Aksizlərlə yanaşı, tamamilə ləğv edilmişdi. Azərbaycan Respublikasının “Aksizlər haqqında” qanunu 1991-ci ildə qəbul olunmuşdur. Aksizlər 2001-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənir. Aksizlər əmtəələrin qiymətinə və ya xidmət tarifinə əlavə edilir. Aksiz bir çox əmtəənin qiymətinin yarısını, bəzən isə 2/3-ni təşkil edir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 246. ISBN 978-9952-441-02-4.