İstanbul Əşkinazi sinaqoqu
İstanbul Əşkinazi sinaqoqu (ivr. האשכנזי בית הכנס) — Türkiyənin İstanbul şəhərinin Bəyoğlu ilçəsində, Qalata qülləsinin yaxınlığında yerləşən sinaqoq. İstanbulda hələ də fəaliyyət göstərən yeganə Əşkinazi sinaqoqu. Avstriya mənşəli yəhudilər tərəfindən 1900-cü ildə qurulmuşdur. Türkiyədəki yəhudi əhalinin cəmi 4 %-ni təşkil edən Əşkinazilər tərəfindən tikilən 3 sinaqoqdan sağ qalan yeganə sinaqoqdur. Sinaqoq həftəiçi səhər dualarına və şənbə günləri Şabat dualarına ziyarətə açıqdır.Sinaqoqda toy və Bar Mitsva Aşkenazi üsulu ilə keçirilir.
Bir yəhudi məktəbi olan Bene Beritin qurucusu olan Dr. David Markus 1938-ci ildə ölənə qədər sinaqoqun ruhani lideri olmuşdur. Bu gün isə sinaqoqun hahamı 2003-cü ildən Mendi Çitrikdir.