İstanbul Əşkinazi sinaqoqu (ivr. האשכנזי בית הכנס) — Türkiyənin İstanbul şəhərinin Bəyoğlu ilçəsində, Qalata qülləsinin yaxınlığında yerləşən sinaqoq. İstanbulda hələ də fəaliyyət göstərən yeganə Əşkinazi sinaqoqu. Avstriya mənşəli yəhudilər tərəfindən 1900-cü ildə qurulmuşdur.[1] Türkiyədəki yəhudi əhalinin cəmi 4 %-ni təşkil edən Əşkinazilər tərəfindən tikilən 3 sinaqoqdan sağ qalan yeganə sinaqoqdur. Sinaqoq həftəiçi səhər dualarına və şənbə günləri Şabat dualarına ziyarətə açıqdır.[2]
İstanbul Əşkinazi sinaqoqu | |
---|---|
האשכנזי בית הכנסת | |
41°01′30″ şm. e. 28°58′30″ ş. u. | |
Ölkə | Türkiyə |
Şəhər | İstanbul |
Yerləşir | Bəyoğlu |
Tikilmə tarixi | 1900 |
Üslubu | Osmanlı |
Vəziyyəti | fəaliyyət göstərir |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sinaqoqda toy və Bar Mitsva Aşkenazi üsulu ilə keçirilir.
Bir yəhudi məktəbi olan Bene Beritin qurucusu olan Dr. David Markus 1938-ci ildə ölənə qədər sinaqoqun ruhani lideri olmuşdur. Bu gün isə sinaqoqun hahamı 2003-cü ildən Mendi Çitrikdir.